2 NÖMRƏLİ SAHƏ İNZİBATİ ƏRAZİ DAİRƏSİ ÜZRƏ NÜMAYƏNDƏLİK
“Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (458-IVQ nömrəli 2 noyabr 2012-ci il) tətbiqi barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 29 noyabr 2012-ci il tarixli Sərəncam imzalanmışdır. Həmin Sərəncama müvafiq olaraq, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 07 dekabr 2012-ci il tarixdə 247 saylı sərəncamı ilə Bakı şəhəri Binəqədi rayon inzibati ərazi vahidi tərkibindəki Binəqədi rayonu ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində 6 və 9-cu mikrorayonların əhatə etdiyi ərazidə 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik yaradılmışdır.
2 nömrəli sahə inzibati ərazi dairəsi 6 və 9-cu mikrorayonların ərazisini əhatə edir.
Müəssisə 7 dekabr 2012-ci il tarixdə yaradılmış, işçilərin sayı 4 nəfərdir.
Ünvan: A.Məmmədov küçəsi 19
Telefon: (012) 569-21-74
Rəhbərlik haqqında məlumat
Adı, soyadı və atasının adı:
|
Şükürova Dilbər Fariz qızı
|
Təvəllüdü və doğulduğu yer:
|
31.08.1976, Bakı şəhəri
|
Təhsili:
|
Ali
|
Stajı:
|
10 il
|
Neçənci ildən müəssisənin rəhbəridir:
|
2017-ci il
|
Ailə üzvlərinin sayı:
|
2 nəfər
|
Qəbul qrafiki
Vəzifəsi
|
Soyadı, adı və atasının adı
|
Əlaqə telefonları
|
Qəbul günləri və saatları
|
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
|
Şükürova Dilbər Fariz qızı
|
(012) 569-21-74
|
I-III gün
saat 1400-1700
|