Şriftin ölçüsü :

Saytın rəngi :

XOCƏSƏN QƏSƏBƏSİ İNZİBATİ ƏRAZİ DAİRƏSİ ÜZRƏ NÜMAYƏNDƏLİYİ

 
XOCƏSƏN QƏSƏBƏSİ İNZİBATİ ƏRAZİ DAİRƏSİ ÜZRƏ NÜMAYƏNDƏLİYİ
 
Xocəsən qəsəbəsinin adı tarixdə ilk dəfə V-VI əsrlərdə çəkilib. Qədim İpək Yolunun üstündə yerləşən bu kənd bəzi mənbələrdə Xoca Həsən, bəzilərində isə Hacı Həsən kimi səsləndirilmişdir. Görkəmli tarixçi Sara Aşurbəyli bu kəndin adını Xocəsən kimi qeyd edib və bunun mənasını ərəblərin dövründə vergi yığan məntəqə kimi göstərmişdir. Belə ki, kəndin karvan yolunun üstündə yerləşdiyinə görə bu ərazi yaxın ətraf məntəqələrin vergi yığımı üçün münasib olmuşdur.
İnzibati ərazi dairəsinə Xocəsən və Sulutəpə qəsəbələri daxildir. Qəsəbələr hal-hazırda tam bir-biri ilə birləşmiş və faktiki olaraq bir qəsəbə olmuşdur.
Xocəsən qəsəbəsinin ərazisi 18 kv. km olmaqla rayon mərkəzindən 9 km məsafədə yerləşir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 1999-cu ildə yaradılmış, işçilərinin sayı 5 nəfərdir.
Ünvan: Binəqədi rayonu R.Allahverdiyev küçəsi 100
Telefon: (012) 346-18-43
 
Rəhbərlik haqqında məlumat
 
Adı, soyadı və atasının adı:
 Abasov Ramil Tahir oğlu
Təvəllüdü və doğulduğu yer:
 29.06.1994
Təhsili:
 Ali
Stajı:
 1 il
Neçənci ildən müəssisənin rəhbəridir:
 2024
Ailə üzvlərinin sayı:
 4 nəfər
 
Qəbul qrafiki
 
Vəzifəsi
Soyadı, adı və atasının adı
Əlaqə telefonları
Qəbul günləri və saatları
 
 
Binəqədi RİH başçısının Xocəsən QİƏD üzrə nümayəndəsi səlahiyyətlərini müvəqqəti icra edən
Abasov Ramil Tahir oğlu
(012) 346-18-43
I gün
saat 0900-1300
III gün
saat 0900-1800

 

 

 

Keçidlər