Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında etik davranış məsələləri ilə əlaqədar 2019-cu ildə görülən işlər haqqında Hesabat
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsaslanaraq, hesabat ilində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında bir sıra işlər görülmüşdür.
Belə ki, hesabat ilində Aparatda və ərazi nümayəndəliklərində çalışan dövlət qulluqçularını maarifləndirmək məqsədilə aşağıdakı mövzularda təlimlər keçirilmişdir:
- Dövlət qulluqçularının etik davranış qaydaları - peşəkarlıq və fərdi məsuliyyətin artırılması, ictimai etimad, mədəni davranış;
- Dövlət qulluqçularının etik davranış qaydaları - əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsi;
- Dövlət qulluqçularının etik davranış qaydaları - insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, işgüzar nüfuza hörmət, əmlakdan istifadə, məlumatlardan istifadə, ictimai və siyasi fəaliyyət;
- Dövlət qulluqçusunun hüquqları, vəzifələri, təminatlar, məhdudiyyətlər və məsuliyyət.
Məlum olduğu kimi, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyətinin hər təqvim ilinin sonunda qiymətləndirilməsi müəyyən edilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısının 8 may 2014-cü il tarixli 99 nömrəli Sərəncamına əsasən, 1 iyun 2014-cü il tarixdən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında çalışan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə başlanmış və 2019-ci ildə də dövlət qulluqçularının fəaliyyəti qiymətləndirilmişdir.
Hesabat ilində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.4-cü maddəsinə və “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 8-ci bəndinə əsasən, 12 nəfər dövlət qulluqçusuna növbəti ixtisas dərəcələri verilmiş, 23 iyun Dövlət qulluqçularının Peşə bayramı münasibətilə 15 nəfər əməkdaş Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, Aparatın əməkdaşları il ərzində 3 aylıq vəzifə maaşı həcmində mükafat, əmək məzuniyyətinə çıxdıqda isə 1 aylıq vəzifə maaşı həcmində müavinət ödəlir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Aparatın Ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məmmədov Elnur Məmməd oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
İl ərzində Rayon İcra Hakimiyyəti başçısı Aparatında çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulmasına görə 12 şikayət daxil olmuşdur ki, bunlardan 5 şikayət üzrə müvafiq izahat verilmiş, 2 şikayət araşdırılması məqsədi ilə aidiyyatı üzrə göndərilmiş, 3 şikayət baxılmamış saxlanılmış və 2 şikayət hal-hazırda icraatdadır.