Xələfov Xələf Alı oğlu - Azərbaycan Xarici İşlər Nazirliyinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi, diplomat
Xələf Xələfov 1959-cu ilin sentyabrın 21-də Ermənistanda anadan olmuşdur.
1977-1982-ci illərdə Kiyev Dövlət Universitetini bitirmişdir.
1983-1990-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində inspektor - bölmə rəisi olmuşdur.
1990-1991-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil almışdır.
1991-1992-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin 2-ci katibi vəzifəsində çalışıb. 1992-1997-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi olmuşdur.
1997-2018-ci illərdə Azərbaycan Xarici İşlər Nazirinin müavini vəzifəsində çalışmışdır.
2018-ci ilin dekabr ayından 3 may 2019-cu il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışmışdır.
3 may 2019-cu ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavinidir.
Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsidir.
2002-ci ildə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsinə, 2018-ci ildə Birinci dərəcə Dövlət müşaviri dərəcəsinə layiq görülmüşdür. 2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Böyük zabit” ordeni ilə təltif olunmuşdur. 2019-cu ilin iyul ayında Xələf Xələfov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Xarici dillərdən alman və rus dillərini bilir.
Evlidir. İki övlad atasıdır.