Elgüc Nadirlidən, Bakı şəhəri Binəqədi rayonu, 28 sentyabr 2020-ci il
Hörmətli Prezident, cənab Ali Baş Komandan
İyul ayında Milli Ordumuzun erməni təxribatlarına tutarlı cavab verməsi məni çox qürurlandırdı. Biz bu uğurlara ürəkdən sevinirik. İnanırıq ki, yaxın vaxtlarda işğal altındakı bütün rayonlarımız Sizin rəhbərliyiniz və qətiyyətinizlə azad ediləcək. Əminik ki, o gün uzaqda deyil. Biz Sizinlə fəxr edirik. Vətənimiz uğrunda döyüşməyə hər an hazırıq. Yetər ki, Siz əmr verin. Əli silahlı düşmənə qarşı son nəfəsimizə qədər döyüşməyə hazırıq.
Hörmətlə,
Nadirli Elgüc Sadiq oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu