Şriftin ölçüsü :

Saytın rəngi :

Arslan Muratdan, Bakı şəhəri Binəqədi rayonu, 30 sentyabr 2020-ci il

Çox hörmətli qardaş Azərbaycan xalqının Prezidenti cənab İlham Əliyev
 
Əvvəla Sizi salamlayıram. Adım Murat Arslandır və Türkiyə Respublikasının vətəndaşıyam. İllərdir Qarabağın işğalının və Xocalı qətliamının ağrı-acısı ürəyində yaşayan və bunu ətrafındakılara təbliğ edərək boya-başa çatmış bir övladınızam. Erməni işğalçılarının torpaqlarımıza hücumu xəbərini alsaq da, Allaha şükürlər olsun ki, dünən və bu gün Azərbaycan Ordusunun şad xəbərlərini eşitməkdəyik. Canımız Azərbaycandakı səfərbərlik xəbərini eşitdikdən sonra canı-könüldən ordunuzun sıralarına qatılmaq və düşmənə qarşı vuruşmaq istəyirik. Sizi əmin edirik ki, mənim kimi Türkiyədə bu fikirləri daşıyan milyonlarca qardaşınız vardır. Azərbaycan Ordusu çox güclüdür və düşmənə layiqli cavabını verəcəyinə heç şübhəmiz yoxdur. Bizim üzərimizə düşən isə Sizin çağırışınıza qoşulmaq və niyyətimizi bildirməkdir.
Bir daha Sizi əmin etmək istəyirik ki, ehtiyac hiss etdiyiniz andan Sizin ordunun sıralarında olacağıq.
 
Qarabağ Azərbaycandır!
 
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!
 
Hörmətlə,
Arslan Murat Ahmet oğlu
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər