Şriftin ölçüsü :

Saytın rəngi :

İbrahimov Eldar Rza oğlu – Azərbaycanın siyasi xadimi, on birinci çağırış Naxçıvan MSSR Ali Sovetinin, on ikinci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı və Milli Şuranın üzvü, Azərbaycan Respublikası I, II, III, IV, V və VI çağırış Milli Məclisinin deputatı[1], iqtisadi elmləri doktoru, professor

1945-ci il martın 12-də Azərbaycan Republikası Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Naxçıvan tikinti idarəsində başlamışdır. 1963-1970-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsilini davam etdirmişdir. 1963-cü ildən istehsalatda müxtəlif vəzifələrdə çalışmışdır.

1961-ci ildə Naxçıvanda tikinti idarəsində, toxuculuq kombinatında, avtotəmir zavodunda fəhlə, çilingər, mexanik işləmişdir. 1966-cı ildən Azərbaycan Kənd Texnika Birliyi sistemində mühəndis, baş mühəndis, 1980-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı olmuşdur. 1982–1988-ci illərdə Naxçıvan Dövlət Texnika Birliyinin sədri — Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin müavini, 1988-ci ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini — Dövlət Aqrar Sənaye Komitəsinin sədri və Vilayət Partiya Komitəsinin büro üzvü, 1993-cü ildən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini — Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri vəzifələrində çalışmışdır.

Beş çağırış Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, hal-hazırda VI çağırış Milli Məclisin İntizam komissiyasının sədridir. Ağsaqqallar Şurasının sədr müavinidir. Azərbaycan-Özbəkistan Dostluq qrupunun sədridir.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.

Ailəlidir 3 övladı var.

Keçidlər