Şriftin ölçüsü :

Saytın rəngi :

Əliyev Adil Abış oğlu – Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı, Milli Məclisin sədr müavini

Adil Abış oğlu Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşdur
1987: Bakı idman təmayüllü internat məktəbini bitirib
1992: İdman Ustası
1992: Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib
1992-1993: Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit
1994-2003: Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə: Bakı şəhəri Səbail rayon 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi
1998: DİN-in Polis Akademiyasını bitirib
2000: Polis Əlaçısı
2000: Azərbaycan Kikboksinq Federasiyasının prezidenti
2003: polis polkovnik-leytenantı
2004: BDU-nun magistraturasını bitirib
2003-2005: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi
2005: Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə igidliyə görə dövlət mükafatı
2009: MDB Müdafiə və Təhlükəsizlik Komitəsinin Sədr müavini
2009: Kikboksinq üzrə veteranlar arası Dünya Çempionu.
2005-2010: 20 saylı Nərimanov II seçki dairəsindən seçilmiş Millət Vəkili
2005-2010: Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü
2005-2010: Azərbaycan-Hollandiya parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi qru punun üzvü, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü, Türkiyə parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun üzvü.
2010. 2-ci dəfə 20 saylı Nərimanov II seçki dairəsindən Millət Vəkili seçilib.

10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Sədr müavini seçilmişdir.

10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Gənclər və idman komitəsinin sədri seçilmişdir.

20 iyun 2020-ci ildə "ehtiyatda olan polkovnik" rütbəsiylə təltif edilmişdir.

2010: BDU-nun aspiranturasını bitirib
2013-cü ildə  hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Ailəlidir, üç övladı var

Keçidlər