Şriftin ölçüsü :

Saytın rəngi :

İsa Məmiyevdən, Bakı şəhəri Binəqədi rayonu, 10 oktyabr 2020-ci il

 
Hörmətli cənab Prezident
 
İlk öncə sentyabrın 27-dən başlayaraq Azərbaycan xalqına bəxş etdiyiniz sevincə görə mən Sizə öz adımdan, ailəm və bütün qohum-əqrəbam adından təşəkkür və minnətdarlıq edirəm.
 
Cənab Prezident, Siz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin başlatdığı iqtisadi inkişaf xəttini və ordu quruculuğunu ardıcıl, qərarlı və dönməz şəkildə davam etdirərək, əsirlər boyu bizə və ümumiyyətlə bütün türk insanına nifrət bəsləyən, ilk fürsətdə onu və onun tarixini məhv edən erməni quldurlarına və onların başında duran cəlladlara dərs verməklə, Azərbaycan xalqının və Milli Ordusunun adını tariximizə qızıl hərflərlə yazdınız.
 
Cənab Prezident, Siz Azərbaycan xalqının ümidlərini doğrultdunuz, onun arzularını gerçəkləşdirdiniz. Siz Azərbaycanın şanlı Milli Ordusunu möhkəmləndirdiniz. İndi bu müzəffər Orduya rəhbərlik edirsiniz. Erməni quldurlarına və onların işğalçı dövlətinə layiq olduqları dərsi verməklə, Azərbaycan xalqının nüfuzunu nəinki regionumuzda, həm də Türk dünyasında və eləcə də bütün dünyada qaldırdınız. Vətənimizin ərazi bütövlüyünü təmin etməklə, xalqımızı layiq olduğu yerə gətirdiniz, onun adının dünya tarixinə qalib kimi yazılmasına nail oldunuz.
 
Cənab Prezident, Siz öz bacarıq və qətiyyətinizlə, yüz ölçülüb bir biçilmiş qərarlarınızla erməni quldurlarını Azərbaycan xalqının əzəli torpaqlarından təmizlədiyinizə, torpaqlarımızı bu quldurların və onların havadarlarının işğalından azad etdiyinizə görə biz Sizi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı ilə yanaşı, Azərbaycan xalqının Milli Qəhrəmanı sayırıq. Çox istərdik ki, tez bir zamanda Sizə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilsin və doğma torpaqlarımız, Qarabağımız erməni quldurlarından təmizləndikdən sonra sizin heykəliniz Xankəndidə ucaldılsın.
 
Hörmətlə,
 
Məmiyev İsa
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər