Şriftin ölçüsü :

Saytın rəngi :

Aynur İsmiyevadan, Bakı şəhəri Binəqədi rayonu, 14 oktyabr 2020-ci il

 
Hörmətli Prezident, cənab Ali Baş Komandan
 
Mənim 15 yaşlı bacım Aliyə Əliyeva müharibədə şəhid olmuşdur. Sizin qətiyyətlə apardığınız uğurlu siyasət və müzəffər Ordumuzun igid əsgərlərinin qəhrəmanlığı sayəsində bacımın və onun timsalında ömür kitabı yarımçıq qalmış bütün günahsız uşaqların qanı yerdə qalmır. Bu qisasa və doğma Qarabağda erməni faşistlərinə qarşı apardığınız təmizləmə siyasətinə görə Sizə ailəmiz adından sonsuz minnətdarlığımı bildirirəm.
 
Şəhidlərimizin ruhunu şad edən şanlı Ordumuzun cəsur əsgərlərinə düşmən üzərində yeni qələbələr çalmağı, azadlıq bayrağını müqəddəs Şuşa şəhərində dalğalandırmağı arzu edirəm.
 
Sizə inanır və Sizinlə qürur duyuruq!
 
Hörmətlə,
 
Aynur İsmiyeva
 
Məcburi köçkün
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər