Şriftin ölçüsü :

Saytın rəngi :

Sara Məmmədovadan, Bakı şəhəri Binəqədi rayonu, 16 oktyabr 2020-ci il

 
Çox hörmətli cənab Prezident
 
Bu gün 30 ilə yaxındır gözlədiyimiz, həsrətində olduğumuz sevincli tarixi günləri yaşayırıq. İşğalda olan torpaqlarımız Sizin dəyərli, ədalətli siyasətiniz və məntiqli, qətiyyətli, alovlu çıxışlarınızdan mənəvi ruh, güc alan qüdrətli, şanlı ordumuz tərəfindən işğalçı, qaniçən, iyrənc ermənilərdən azad olunur. Qorxaq erməni əsgərləri müharibə meydanında uğursuzluğa uğrayırlar.
 
Şükür olsun Allaha üç rəngli bayrağımız işğaldan azad olan torpaqlarımızda dalğalanır. Bu gün hər bir Azərbaycan vətəndaşı Sizin ətrafınızda sıx birləşərək daha güclü birlik nümayiş etdirirlər. Cavanlarımız böyük ruh yüksəkliyi ilə səfərbər olaraq canlarından keçməyə hazırdırlar. Dəyərsiz, qorxaq, namərd ermənilər növbəti təxribata əl ataraq bir çox ərazilərimizin dinc əhalisini ağır artilleriyalardan atəşə tutmaqla bir daha özlərinin çirkin, iyrənc, işğalçı sifətlərini bütün dünyaya göstərdilər. Sizin sözlərinizlə desək, “Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgərləri başqa dövlətin torpağında - Azərbaycan torpağında ölür”.
 
Sizin “Qarabağ Azərbaycandır!” deməyiniz xalqımızı daha da ruhlandırdı. Biz tezliklə qələbə çalacağımıza inanırıq. Qüdrətli, cəsur ordumuz Allah amanında olsun, xalqımıza qələbə sevinci bəxş etsin. Füsunkar Şuşamızda bayram təbili çalınsın. Hamımız birlikdə Qarabağ torpaqlarını ziyarətə gedək. Allahdan şəhid olmuş vətən oğullarımıza rəhmət, yaralılarımıza şəfa, qalanlara əzm, güc arzulayırıq.
 
Çox hörmətli Ali Baş Komandanımız, biz “El Gücü” Beynəlxalq Humanitar Assosiasiyası İctimai Birliyi olaraq Sizin ətrafınızda sıx birləşib, Sizə dəstək olaraq Sizi qələbəmizin qarantı hesab edirik. Siz bizim güvən, inam yerimiz, fəxrimizsiniz.
 
Biz Sizinlə qürur duyuruq. Allah Sizi qorusun.
 
Çox böyük hörmətlə,
 
Məmmədova Sara,
 
“El Gücü” Beynəlxalq Humanitar Assosiasiyası İctimai Birliyinin sədri
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər