Şriftin ölçüsü :

Saytın rəngi :

Nigar Kərimovadan, Bakı şəhəri Binəqədi rayonu, 10 noyabr 2020-ci il

 
Salam cənab Prezident,
 
Bu məktubu Sizə 7-ci sinif şagirdi Kərimova Nigar Əli qızı yazır. Hər şeydən öncə ailəmiz adından bu şərəfli günü bizə yaşatdığınız üçün Sizə təşəkkür edirəm.
 
Biz əslən Qarabağlı olmasaq da evimizdəki sevinc hissləri, nənəm və babamın sevinc göz yaşları heyrətamiz idi.
 
Cənab Prezident, biz Sizi çox sevirik. Ümid edirəm ki, Azərbaycanın göz bəbəyi olan Şuşa şəhərində açacağınız Şuşa Dövlət Universitetində təhsilimi davam etdirəcəyəm. Sizi çox sevirəm, xalqımızın başının üzərindən heç bir zaman əskik olmayasınız. Xalqımız hər zaman Sizinlədir.
 
Hörmətlə,
 
Kərimova Nigar Əli qızı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər