Şriftin ölçüsü :

Saytın rəngi :

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ İDARƏSİ

Azərbaycan Respublikası, 2000-ci il dekabrın 12-də imzalanmış və 2003-cü il mayın 13-də Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının və onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması” haqqında Protokolun, habelə 20 sentyabr 2002-ci ildə qəbul edilən “İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında” Brüssel Bəyannaməsinin müddəaları nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Milli Fəaliyyət Planıına əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19.05.2004-cü il tarixli əmri ilə Azərbaycan Respublikası İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə məsul şəxs - Milli Koordinator təyin edilmiş və DİN-də “İnsan Alverinə qarşı Mübarizə idarəsi” yaradılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Aslanov Həzi Arif oğludur.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi» şəxsiyyətin şərəf və ləyaqətini alçaldan insan alverinin qarşısının alınmasını, onunla mübarizəni, insan alveri qurbanlarının müdafiəsini təmin edən, insan və vətəndaş hüquq və azadlıqlarını Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müvafiq cinayətkar qəsdlərdən qoruyan, bu məqsədlərlə qanunvericiliklə müəyyən edilmiş qaydada təhqiqat orqanı funksiyasını yerinə yetirən və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən ixtisaslaşdırılmış struktur qurumdur.

      Ünvan: Azadlıq prospekti 161; İndeks: AZ1106
      Qaynar xəttin telefonu: 152
      Növbətçi hissənin telefonu: (012) 590-20-49
      Faks: 590-20-48
      Elektron poçtu: thb@mia.gov.az
      http://iaqmi.gov.az

 

Keçidlər