Şriftin ölçüsü :

Saytın rəngi :

2 NÖMRƏLİ SAHƏ İNZİBATİ ƏRAZİ DAİRƏSİ

“Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (458-IVQ nömrəli 2 noyabr 2012-ci il) tətbiqi barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 29 noyabr 2012-ci il tarixli Sərəncam imzalanmışdır. Həmin Sərəncama müvafiq olaraq, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının  07 dekabr 2012-ci il tarixdə 247 saylı sərəncamı ilə  Bakı şəhəri Binəqədi rayon inzibati ərazi vahidi tərkibindəki Binəqədi rayonu ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində 6 və 9-cu mikrorayonların əhatə etdiyi ərazidə 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik yaradılmışdır.

2 nömrəli sahə inzibati ərazi dairəsi 6 və 9-cu mikrorayonların ərazisini əhatə edir. İnzibati dairənin ərazisinin sahəsi 2 km2, əhalisi 45 min nəfərə yaxındır. İnzibati ərazi dairəsinin ərazisində İnsan Resursları Mərkəzi, FHN-nin yanğından Mühafizə Xidməti, Binəqədi Rayon Enerji Təchizatı və Enerji Satış İdarəsi, 15 saylı istilik sistemləri istismarı sahəsi, akademik Zərifə Əliyeva adına park, metronun “Nəsimi” stansiyası yerləşir. Ərazisində 4 orta məktəb - 144, 157, 246, 267 saylı məktəblər; 7 məktəbəqədər uşaq müəssisəsi – 141, 153, 159, 210, 219, 238 və 266 saylı uşaq bağçaları; 5 səhiyyə müəssisəsi – Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya mərkəzi, 9, 21 və 27 saylı poliklinikalar, 1 özəl tibb müəssisəsi – “Elmed” klinikası, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, 4 kommunal xidmət müəssisəsi – 79, 92, 95 və 108 saylı müəssisələri fəaliyyət göstərir. Eyni zamanda ərazidə  147 və 114 saylı poçt şöbələri, 7-ci polis bölməsi, FHN-nin Yanğın Nəzarəti Xidməti, “Anar”, “Sonalar sonası”, “Milenium”, “Qala-Qapısı”, “Zeytun Bağı”, “Göy-Göl”, “Favorit, “Şah Dağ”, “Lalə” şadlıq sarayları və ailəvi istirahət mərkəzləri, “Araz”, “Sarı”, “Tamstore”, “Bolmart”, “Safastore” və “Rahat” marketləri, “Kitablı” MTK, “Eviniz tikilsin” MTK, “Yayla” MTK, “Nur” MTK, “Bursa” MTK, “Elnur” MTK, “Orbita” MTK, “Fərhad” MTK, “Binəqədi 37” MMC, “Şərur” MTK, “Kristal-F”, “Avro Qrand”,  “AMK”  MTK, “Vətən” MTK, “FAD” MMC, “RAS” MTK, “Zaman” Elmi İstehsalat Brliyi-1, “Fidan”  MTK, “Kapital-D” MTK, “Məkan” MTK-72  və s. MTK-lar  yerləşir.

Müəssisə 7 dekabr 2012-ci il tarixdə yaradılmış, işçilərin sayı 6 nəfərdir.

Ünvan: 9-cu mikrorayon A.Məmmədov küçəsi 119

Telefon: (012) 569-14-27, (012) 569-21-74

 

Keçidlər