Şriftin ölçüsü :

Saytın rəngi :

BİLƏCƏRİ QƏSƏBƏSİ

Biləcəri qəsəbəsi Binəqədi rayonunun inzibati ərazisinə daxil olan, rayon mərkəzindən 4,5 km aralıda, Abşeron yarımadasının qərbində yerləşən qədim yaşayış məntəqəsidir. Qəsəbənin əvvəlki adı "Bəlayi-Cari", sonradan 1936-cı ilədək "Biləcəri kəndi", 1936-cı ildən isə "Biləcəri qəsəbəsi (şəhər tipli qəsəbə)" adlandırılmışdır. Hazırda qəsəbə ərazisində yaşayan əhalinin rəsmi sayı (qeydiyyatda olan) 48900, qeyri rəsmi (qeydiyyatsız yaşayan) 70000 nəfər təşkil edir. Milli tərkib üzrə əhalinin 99 %-ni azərbaycanlılar, az sayda isə rus və tatar millətinin nümayəndələri təşkil edir.

Qəsəbə ərazisində ümumilikdə 12 sənaye və 6 müxtəlif təyinatlı müəssisə, o cümlədən, Zaqafqaziyada ən böyük çeşidləmə "Dəmiryol Stansiyası", "Lokomotiv Depo", “Yuyucu-Buxarlayıcı stansiya, “Vaqon Depo”, Dəmiryol İşarəetmə İdarəsi", "Dəmiryol Tikinti İdarəsi" “Dəmiryol Yol Təmiri İdarəsi” “Dəmiryol Maşın Mexanizm Təmiri İdarəsi” “Dəmiryol Yol Nəqliyyat Agentliyi” və "Xırman firması (istehsal növü - un məmulatları)" fəaliyyət göstərir.

Qəsəbə ərazisində 7 ümumtəhsil məktəb (284, 297, 298, 299, 300, 301 və 314 saylı orta məktəb), 10 məktəbəqədər müəssisə (234, 274, 291, 292, 294, 295, 296, 297, 298 və 327 saylı uşaq bağçası), 2 məktəbdənkənar təlim-tərbiyə müəssisəsi (Uşaq Gənlər Yaradıcılıq Mərkəzi, Uşaq Gənclər Şahmat-İdman Mərkəzi), 1 musiqi məktəbi (Fikrət Əmirov adına 6 nömrəli 11 illik uşaq İncəsənət məktəbi), 1 mədəniyyət evi, 1 təcili yardım stansiyası (17 saylı), 2 şəhər poliklinikası (15 saylı və 30 saylı), 1 uşaq poliklinikası (11 saylı), 1 kitabxana, 1 poçt, 1 polis bölməsi (6-ci polis bölməsi), 10 saylı Dairə Seçki Komissiyası,1 nömrəli Avtomobil Yolları Dövlət Agentliyi (Avtomobil Yollarının Yaşıllaşdırılması idarəsi, Avtomobil Yollarının Mühafizə  Xidməti, Avtomobil Yollarının Təmiri idarəsi) FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbəsi və Dəzgahqayırma zavodu mövcuddur. Qəsəbədə, həmçinin, ”Murov“ Voleybol klubunun bazası, "Lokomotiv" idman-sağlamlıq mərkəzi fəaliyyət göstərir.

Qəsəbə ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət tərəfindən qorunan 1658-ci ildə inşa edilmiş məscid, 1903-cü ildə inşa edilmiş və 2006-cı ildə yenidən bərpa edilərək genişləndirilmiş "Tunel", "1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə" və "20 Yanvar şəhidlərinin xatirəsinə" salınmış “Güllə yağışı” abidə kompleksləri mövcuddur.

Məşhur Bakı milyonçusu, neft maqnatı Ağamusa Nağıyevin qəbri və qəbirüstü abidəsi Biləcəri qəsəbəsində yerləşir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 7 nəfər işçi çalışır.

Ünvan: Biləcəri qəsəbəsi İ.Mahmudov küçəsi

Telefon: (012) 401-37-34 

Keçidlər