M.Ə.RƏSULZADƏ QƏSƏBƏSİ
M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi rayonunun mərkəzində, Abşeron yarımadasının qərb hissəsində yerləşir.
Qəsəbənin bundan əvvəlki adı "Kirov" qəsəbəsi olmuşdur. Kirov qəsəbəsi 26.02.1936-cı ildə Bakı şəhərinin Kirov rayonunun tərkibində Kirov qəsəbəsi kimi qeydə alınmış, 10.11.1937-ci ildə həmin qəsəbə mərkəz olmaqla Kirov qəsəbə Sovetliyi (inzibati ərazi dairəsi) yaradılmışdır. 05.10.1999-cu ildən isə həmin qəsəbə Rəsulzadə qəsəbəsi adlandırılmışdır.
Qəsəbənin bundan əvvəlki adı "Kirov" qəsəbəsi olmuşdur. Kirov qəsəbəsi 26.02.1936-cı ildə Bakı şəhərinin Kirov rayonunun tərkibində Kirov qəsəbəsi kimi qeydə alınmış, 10.11.1937-ci ildə həmin qəsəbə mərkəz olmaqla Kirov qəsəbə Sovetliyi (inzibati ərazi dairəsi) yaradılmışdır. 05.10.1999-cu ildən isə həmin qəsəbə Rəsulzadə qəsəbəsi adlandırılmışdır.
Qəsəbə əhalisinin rəsmi sayı (qeydiyyatda olan) 53000 nəfər, qeyri rəsmi isə (qeydiyyatsız yaşayan) 70000-nə yaxındır. Ərazisi 12 kv km-dir.
Qəsəbənin inzibati ərazisində 109 küçə, 3 yaşayış massivi ("Vorovski", "Xutor", "Baksol") və 8323 ev təsərrüfatı mövcuddur.
Qəsəbə ərazisində 5 orta təhsil məktəbi (99, 100, 143, 30, 115), 5 məktəbəqədər müəssisə (“Sahil”, “Delfin”, 76, 90 və 211 saylı) fəaliyyət göstərir.
Həmçinin Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Rayon Prokurorluğunun, Rayon Məhkəməsinin, C.Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının, Mərkəzi Seçki Komissiyasının, Dövlət Miqrasiya Xidmətinin və Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının inzibati binaları M.Ə.Rəsulzadə qəsəbəsində yerləşir.
Qəsəbə ərazisində Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanası və onun Poliklinika şöbəsi, 20 saylı uşaq poliklinikası, "Avrasiya" özəl tibb mərkəzi, "Vimay" özəl tibb mərkəzi, 9 saylı Təcili yardım stansiyası fəaliyyət göstərir.
Qəsəbə ərazisində 3 istirahət parkı: Heydər Əliyev, Ramiz Aboyev adına mədəniyyət və istirahət parkı və Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətov adına parklar yerləşir.
Eyni zamanda qəsəbə ərazisində bir çox sənaye müəssisələri, o cümlədən ayaqqabı istehsalı üzrə ixtisaslaşmış "Bot" MMC, müxtəlif növ boyalar istehsal edən "Sobsan" müəssisəsi, tikinti sənayesi üzrə formalaşan Bakı "Dəmir-Beton-8" ASC, "Asko" firması, "Arzu" LTD beton-çınqıl, "Ağac emalı" zavodu, “Azprof” MMC, "Montana Construction" beton-çınqıl, "Monalit Beton" MMC, 6 saylı Dəmir beton zavodu, “Akabe inşaat”, “Bakı Tikiş Evi”, “Altesqrup” LTD və "Kosmik cihazqayırma" təsərrüfat zavodu fəaliyyət göstərməkdədir.
Rəsulzadə qəsəbəsində “Vaqa”MMC, "Zəngəzur" müəssisəsi, "Gilan" yığma emalatxanası, 29 saylı çörəkbişirmə müəssisəsi, "Uğur-ÇB" istehsal müəssisəsi, "Ruzi-VM" MMC,”Uzun Ömür” MMC, "Yadigar" firması, və s. müxtəlif təyinatlı müəssisələr öz fəaliyyətlərini həyata keçirirlər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyində 7 nəfər işçi çalışır.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qafarov Zaur Alxan oğludur.
Ünvan: Binəqədi rayonu H.Ağamalıyev küçəsi 4
Telefon: (012) 412-43-34
Ünvan: Binəqədi rayonu H.Ağamalıyev küçəsi 4
Telefon: (012) 412-43-34