Şriftin ölçüsü :

Saytın rəngi :

2019-2020-ci tədris ili

2019-2020-ci tədris ilində görülmüş işlərin hesabatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunmuş, ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələ kimi irəli sürülmüşdür.

Hazırda Binəqədi rayonunda 32 ümumi təhsil məktəbi (onlardan 28-i tam orta məktəb, 4-ü məktəb-lisey) və 1 xüsusi tipli ümumi orta məktəb cəmi 33 orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. Hesabat ilinin sonuna kimi bu məktəblərdə 3536 nəfər müəllim 58022 (onlardan 26783 qız, 31 239-u oğlan) nəfər şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Müəllimlərdən 29-u Əməkdar müəllimdir.

Binəqədi  rayonunda 33 dövlət ümumtəhsil məktəbləri ilə yanaşı, 3 özəl ümumtəhsil məktəbi, 2 ali məktəb, 2 ali məktəbin tədris korpusu, 1 orta-ixtisas, 3 peşə məktəbi və peşə təhsil mərkəzi və Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu fəaliyyət göstərir.

Ötən dərs ili ərzində  Binəqədi rayon ümumi təhsil məktəblərini IX sinif üzrə 3729 (1763-ü qız, 1966-ı oğlan), XI siniflər üzrə 1729 (932-i qız, 797-i oğlan) nəfər bitirmişdir.

Təhsildə keyfiyyətə təsir edən əsas amillərdən biri də uşaqların məktəbəhazırlıq mərhələsini keçməklə təlimə başlamasıdır. 2019-2020-ci dərs ilində Binəqədi rayon dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında 3194 uşaq təhsil almışdır. Onlardan 1446-ı qız, 1748-i oğlandır. 

Yeni məktəb tikintisi aparılan 960 yerlik 205 nömrəli tam orta məktəbdə tamamlanma işləri aparılır. Eyni zamanda Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi  digər zəruri infrastrukturu özündə cəmləyən təhsil kompleksində sonuncu tamamlama işləri gedir. Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən 102 və 276 nömrəli tam orta məktəblərdə isə cari təmir işləri aparılmışdır.

            Qazanılmış nailiyyətlər:

Ötən dərs ilində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03 oktyabr 2019-cu il tarixli Sərəncamlarına əsasən, Azərbaycan təhsilinin inkişafı sahəsindəki xidmətlərinə görə bir sıra təhsil işçiləri “Əməkdar Müəllim” fəxri adına və “Tərəqqi” medalına layiq görülmüşdür. Binəqədi rayon orta ümumtəhsil məktəblərindən 313 nömrəli tam orta məktəbin direktoru Bayramov Zakir Gülbala oğlu, 314 nömrəli tam orta məktəbin direktoru Əliyev Nazir Səlim oğlu və 102 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Əliyeva Səmagül Əsgər qızı “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, 182 nömrəli tam orta məktəbin direktoru Tağıyeva Zinyət Vəli qızı və 83 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi Rzayeva Rəna Xəlil qızı “Tərəqqi” medalı ilə təltif edilmişlər.

Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, olimpiadada ümumilikdə  320 nəfər qalib elan olunmuşdur. Binəqədi rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərindən olimpiadanın qalibləri aşağıdakılardır:

  1. Kərimli Əziz İlham -11 Azərbaycan dili və ədəbiyyat - 276 nömrəli tam orta məktəb- I yer
  2. Feyziyeva Nərminə Yusif -11 Kimya -267 nömrəli tam orta məktəb - II yer
  3. Əlizadə Fərid Atamoğlan -9 Riyaziyyat -313 nömrəli tam orta məktəb- II yer
  4. Ağammədova Aysun Zülfüqar -11 Azərbaycan dili və ədəbiyyat 246 nömrəli məktəb-lisey- III yer
  5. Bağırzadə Aynur İlham -11 Azərbaycan dili və ədəbiyyat -297 nömrəli tam orta məktəb- III yer
  6. Xəlilli Murad Çingiz -10 Coğrafiya - 244 nömrəli tam orta məktəb -III yer
  7. Həmidov Malik Emin 11 Coğrafiya 283 nömrəli tam orta məktəb- III yer
  8. Hüseynova Günay Polad -11 Coğrafiya -313 nömrəli tam orta məktəb- III yer
  9. Ələkbərli Əmir Elşən- 11 Riyaziyyat 314 nömrəli tam orta məktəb- III yer
  10. Ələkbərli İlkin İlham 11 Riyaziyyat 300 nömrəli tam orta məktəb- III yer
  11. Mahmudzadə Elnur Vasif 11 Riyaziyyat 157 nömrəli tam orta məktəb- III yer
  12. Sadıxova Əsmər İlqar 10 İnformatika -83 nömrəli məktəb-lisey - III yer

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”nı, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 2018/2019-cu dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələrini əsasən aşağıda adları göstərilən məzunlar qızıl və gümüş nişanla təltif edilmişdirlər.

 Qızıl nişanla təltif olunanlar XI sinif məzunları:

 Kərimli Əziz İlham oğlu – Bakı şəhəri 276 nömrəli tam orta məktəb

  1. Camalova Reyhan Rauf qızı – Bakı şəhəri 283 nömrəli tam orta məktəb
  2. Əhmədov Emil Ramil oğlu – Bakı şəhəri 313 nömrəli tam orta məktəb
  3. Guseinova Gunai Polad qızı – Bakı şəhəri 313 nömrəli tam orta məktəb

Gümüş nişanla təltif olunan XI sinif məzunları:

  1. Bağırzadə Aynur İlham qızı – Bakı şəhəri 297 nömrəli tam orta məktəb
  2. Ələkbərli Əmir Elşən oğlu – Bakı şəhəri 314 nömrəli tam orta məktəb

2019-2020-ci tədris ilində Təhsil Nazirliyinin direktorların işə qəbulu üzrə apardığı müsabiqənin nəticələrinə görə 3, 115, 283, 297, 298 və 314 nömrəli tam orta məktəblərin direktor vəzifəsinə təyinatlar edilmişdir.

Əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması çeviklik və inteqrasiya prinsiplərini əsas götürür. Cənab Prezident ölkəmiz üçün böyük əhəmiyyət daşıyan bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində qarşıya proqram xarakterli vəzifələr qoyubdur. Qeyd edək ki, son illər peşə təhsilində davamlı şəkildə zəruri, islahatyönümlü addımlar atılmaqdadır ki, onlardan da ən mühümü məhz ölkə Prezidentinin 20 aprel 2016-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Təhsil nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılmasıdır. Hazırda Mərkəzdə quruculuq işləri davam etdirilir, başa çatdıqdan sonra ilin sonunda açılış mərasimi keçiriəcəkdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə rayonun ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda keçirilən dərslər ötən dərs ilində də yüksək səviyyədə həyata keçirilmişdir.

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin təşkil edilməsinin əsas məqsədi Ulu Öndərin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində Ümummilli Liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasıdır. Dahi lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edən dərsləri əvvəlcədən müəyyənləşdirilmiş müəllimlər tədris etmişdir. Dərslər YAP Binəqədi rayon təşkilatında olmaqla rayonun 5 məktəbində tədris edilmişdir. Sonda dərslərdə fəal iştirak edən müəllim və şagirdlərlə görüş keçirilmiş, fəal iştirak edən müəllim və şagirdlər fəxri fərmanlarla təltif edilmişdir.

15 sentyabr 2017-ci il tarixdə Binəqədi rayonunun ümumtəhsil məktəblərində “15 sentyabr – Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə tədbirlər keçirilmişdir. Bilik günündə Rayon İcra Hakimiyyəti başçısı Aparatı və bələdiyyə nümayəndələri məktəblərdə iştirak etmiş və yeni dərs ili münasibətilə məktəbin müəllik kollektivini və şagirdləri təbrik etmişdirlər.

Ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə ənənəvi olaraq keçirilən bu maarifləndirici layihənin əsas məqsədi ölkə məktəblilərinin respublikamızın ərazisini yaxşı tanımaları, tarixi yerlərlə yaxından tanış olmaları, tətil günlərini səmərəli keçirmələri, digər rayon və şəhərlərdən olan həmyaşıdları ilə tanış olmaqlarıdır. Bildirildi ki,  “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq. Həmçinin, gənclərimizə ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini öyrətməklə yanaşı, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, ölkə başçımız cənab İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacaq.
Tur–aksiya çərçivəsində Binəqədi rayonunun şagirdləri Gəncə-Göy Göl-Şəmkir rayonları istiqamətində yola düşmüşlər. Bu münasibətlə “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili məktəblilərinin Gəncə-Göy Göl-Şəmkir rayonlarına yola salınmaları münasibətilə tədbir  keçirilmişdir. “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində səfərdən qayıdan məktəbliləri Heydər Əliyev adına istirahət parkında valideynləri və Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmiləri qarşılamışdır.

Təhsil sisteminin inkişafını təmin edən dövlət proqramlarının rayonda icrası, eyni zamanda bir sıra layihələrin həyata keçirilməsi təmin edilmişdir.

Keçidlər