2020-2021-ci tədris ili
2020-2021-ci tədris ilində görülmüş işlərin hesabatı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunmuş, ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələ kimi irəli sürülmüşdür.
Hazırda Binəqədi rayonunda 33 ümumi təhsil məktəbi (onlardan 29-i tam orta məktəb, 4-ü məktəb-lisey) və 1 xüsusi tipli ümumi orta məktəb cəmi 33 orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. Hesabat ilinin sonuna kimi bu məktəblərdə 3673 nəfər müəllim 59 507 (onlardan 27 324 qız, 32 183-ü oğlan) nəfər şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Müəllimlərdən 29-u Əməkdar müəllimdir.
Binəqədi rayonunda 33 dövlət ümumtəhsil məktəbləri ilə yanaşı, 3 özəl ümumtəhsil məktəbi, 2 ali məktəb, 2 ali məktəbin tədris korpusu, 1 orta-ixtisas, 3 peşə məktəbi və peşə təhsil mərkəzi və Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu fəaliyyət göstərir.
Ötən dərs ili ərzində Binəqədi rayon ümumi təhsil məktəblərini IX sinif üzrə 3989 (1846-ı qız, 2143-ü oğlan), XI siniflər üzrə 2508 (1163-ü qız, 1345-i oğlan) nəfər bitirmişdir. XI sinifi bitirənlər arasından ümumilikdə 83 məzun ali təhsil müəssisələrinə keçirilən imtahanlarda 600 və daha yuxarı bal toplamışdır.
Yeni məktəb tikintisi aparılan 960 yerlik 205 nömrəli tam orta məktəbin tikintisi tamamlanmış və fəaliyyətə başlamışdır. Eyni zamandaBinəqədi qəsəbəsi ərazisində şagird sıxlığının aradan qaldırılması məqsədi ilə 1 yeni məktəbin tikintisi nəzərdə tutulmuşdur, Xocəsən qəsəbəsi ərazisində 14.07.2021-ci il tarixində 624 yerlik 333 saylı tam orta məktəbin açılış mərasimi baş tutmuşdur. Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi digər zəruri infrastrukturu özündə cəmləyən təhsil kompleksində sonuncu tamamlama işləri yekunlaşdırılmışdır. Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən 143 və 299 nömrəli tam orta məktəblərdə isə cari təmir işləri aparılmışdır.
Qazanılmış nailiyyətlər:
Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, Binəqədi rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərindən olimpiadanın qalibləri aşağıdakı məktəblilər olmuşdur:
- Ranal Qurbanov – 102 nömrəli tam orta məktəbin şagirdi – I yer
- Murad Xəlilli – 244 nömrəli tam orta məktəbin şagirdi – I yer
- Mələk Sahibzadə - 314 nömrəli tam orta məktəbin şagirdi – I yer
- Murad Hüseynov – 313 nömrəli tam orta məktəbin şagirdi – II yer
- Murad Alməmmədov – 99 nömrəli tam orta məktəbin şagirdi – III yer
- Nihad Məlikov – 244 nömrəli tam orta məktəbin şagirdi – III yer
- Məhəmməd Abdullayev – 115 nömrəli tam orta məktəbin şagirdi – III yer
- Əsmər Sadıxova – 83 nömrəli məktəb-liseyin şagirdi – III yer
- Nərgiz Məmliyeva - 182 nömrəli tam orta məktəbin şagirdi – III yer
- Turan Alışlı – 83 nömrəli məktəb-liseyin şagirdi – III yer
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”nı, Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə 2020/2021-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələrini əsasən aşağıda adları göstərilən məzunlar qızıl və gümüş nişanla təltif edilmişdirlər.
Qızıl nişanla təltif olunmuş XI sinif məzunları:
Sadıxova Əsmər İlqar qızı – Bakı şəhəri 83 nömrəli məktəb-lisey
- Kazımova Günel Aydın qızı – Bakı şəhəri 135 nömrəli tam orta məktəb
- Xəlilli Murad Çingiz oğlu – Bakı şəhəri 244 nömrəli tam orta məktəb
- Məlikov Nihad Çingiz oğlu – Bakı şəhəri 244 nömrəli tam orta məktəb
- Sahibzadə Mələk Zaur qızı – Bakı şəhəri 314 nömrəli tam orta məktəb
Gümüş nişanla təltif olunmuş XI sinif məzunları:
Abdullayev Məhəmməd Abdul oğlu – Bakı şəhəri 115 nömrəli tam orta məktəb
Beynəlxalq Olimpiyadalarda yüksək nəticə göstərən şagird və məzunlar:
Ranal Qurbanov -102 saylı tam orta məktəb
Binəqədi rayonu ərazisində fəaliyyət göstərən təhsil müəssisələrindən məzun olan 4 nəfər şagird ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında göstərdiyi yüksək nəticələrə görə “Prezident Təqaüdünə” layiq görülmüşdür.
- Sevdimli Jalə Ceyhun qızı 299 saylı məktəb-lisey -690 bal
- Nəzərova Gülay Müslüm qızı 284 saylı tam orta məktəb- 686 bal
- Qasımov Səmral Seymur oğlu 297 saylı tam orta məktəb- 685 bal
- Xəlilli Murad Çingiz oğlu 244 saylı tam orta məktəb-682 bal
2020-2021-ci tədris ilində Təhsil Nazirliyinin direktorların işə qəbulu üzrə apardığı müsabiqənin nəticələrinə görə Rəna Ağayeva 267 nömrəli məktəb-liseyin direktor vəzifəsinə təyin edilmişdir.
Əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması çeviklik və inteqrasiya prinsiplərini əsas götürür. Cənab Prezident ölkəmiz üçün böyük əhəmiyyət daşıyan bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində qarşıya proqram xarakterli vəzifələr qoyubdur. Qeyd edək ki, son illər peşə təhsilində davamlı şəkildə zəruri, islahatyönümlü addımlar atılmaqdadır ki, onlardan da ən mühümü məhz ölkə Prezidentinin 20 aprel 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Təhsil nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılmasıdır. Hazırda Mərkəzdə quruculuq işləri davam etdirilir, başa çatdıqdan sonra ilin sonunda açılış mərasimi keçiriəcəkdir.
24 mart 2020-ci il tarixindən etibarən ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələbləri Binəqədi rayonu ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində uğurla tətbiq edilmişdir. Rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində distant təhsilin uğurla tətbiqi istiqamətində işlər görülmüşdür. Bu dövr ərzində təhsil müəssisələrində daimi dezinfeksiya işlərinin aparılması diqqət mərkəzində olmuşdur.