2021-2022-ci tədris ili
2021-2022-ci tədris ilində görülmüş işlərin hesabatı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunmuş, ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələ kimi irəli sürülmüşdür.
Qeyd olunan istiqamətdə daimi olaraq dövlət proqramlarının işlənib hazırlanması, təhsilin keyfiyyətinin artırılması istiqamətində ardıcıl tədbirlərin görülməsi işi Azərbaycan Respublikasının dövlət siyasətində hər zaman aktual mövzu molaraq saxlanılmışdır. Hələ ötən əsrin sonlarında Ulu Öndər Heydər Əliyevin SSRİ kimi dəmir pərdənin nəzarəti altında böyük təzyiqlərə məruz qalaraq ölkəmizin parlaq gənclərinin keçmiş ittifaq ölkələri və ya xarici dövlətlərdə təhsil almasına şərait yaratması bu gün təhsil sistemimizin özülünü təşkil edir. arixi yaddaş isə onu deməyə əsas verir ki, Azərbaycan təhsilinin yüksək sürətlə inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər 1969-cu ildə ilk hakimiyyətə gəldiyi dövrdən Azərbaycanda orta və ali təhsilin yüksək səviyyədə inkişafı, o cümlədən, ölkədən kənarda kadr hazırlığı başlandı.
Bu gün Azərbaycan təhsilində xüsusi xətt üzrə inkişafa həm də məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunması daxildir. Bununla bağlı ölkə Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixili 353 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı Proqramı" əsasında 3 il ərzində proqramın həyata keçirilməsi üçün büdcədən 30 milyon vəsait ayrılıb. Bu vəsait əsasında məktəblərdə kompyuterləşmə prosesi sürətlənib. Bu gün Azərbaycan məktəblərində şagirdlərin müasir texnologiyalarla bağlı məlumat alması və kompüterlərdən yüksək səviyyədə istifadə edə bilməsi üçün dərslər təşkil olunur. Bu da təhsilin inkişafı üçün atılan addımdır. Daha sonra cənab Prezident İlham Əliyevin 10 iyun 2008-ci il tarixli 2856 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində görülən işlər də böyük uğurla davam etdirilir. Belə ki, həmin proqrama əsasən, 20 məktəb "Elektron məktəb" pilot layihəsinə qoşulub. Həmçinin, məktəblərə verilmiş kompyuter dəstləri yenilənir. Milli Təhsil Portalının yaradılması, təhsil sisteminin informasiyalaşdırılması, ümumtəhsil məktəblərinə yeni kompyuterlərin verilməsi və digər işlərin görülməsi üçün 2008-ci ildə 8 milyon 353 min, 2009-cu ildə isə 14 milyon 980 min manat vəsait xərclənib.
Hesabat ilində Binəqədi rayonunda 34 ümumi təhsil məktəbi (onlardan 30-u tam orta məktəb, 4-ü məktəb-lisey) və 1 xüsusi tipli ümumi orta məktəb cəmi 35 orta ümumtəhsil məktəbi fəaliyyət göstərib. Hesabat ilinin sonuna kimi bu məktəblərdə 4657 nəfər müəllim 62 437 (onlardan 29 969-u qız, 32 467-i oğlan) nəfər şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Həmçinin 30.08.2022-ci il tarixində Azərbaycanda təhsilverənlərin sertifikatlaşdırılması prosesində ən yüksək nəticə - 60 bal toplamış müəllimlər Binəqədi rayonu 313 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Fərahnaz Nağıyeva və Binəqədi rayonu 144 nömrəli tam orta məktəbin iptidai sinif müəllimi Xatirə Hümbətovadır. Tədris prosesində iştirak edən müəllimlərdən 29-u Əməkdar müəllimdir.
Binəqədi rayonunda 35 dövlət ümumtəhsil məktəbləri ilə yanaşı, 3 özəl ümumtəhsil məktəbi, 2 ali məktəb, 2 ali məktəbin tədris korpusu, 1 orta-ixtisas, 3 peşə məktəbi və peşə təhsil mərkəzi, 1 özəl orta ixtisas təhsil müəssisəsinin korpusu və Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu fəaliyyət göstərir.
Hesabat dövrü ərzində Binəqədi rayon ümumi təhsil məktəblərini IX sinif üzrə 4237 (2076-ı qız, 2161-i oğlan), XI siniflər üzrə 2603 (1250-i qız, 1353-ü oğlan) nəfər bitirmişdir. XI sinifi bitirənlər arasından ümumilikdə 69 məzun ali təhsil müəssisələrinə keçirilən imtahanlarda 600 bal və daha yuxarı, 16 nəfər məzun isə 650 bal və daha yuxarı nəticə əldə etmiş, 2 nəfər məzun keçirilən qəbul imtahanlarının 2 –ci mərhələsində maksimum (400 bal) nəticə əldə etmişdirlər.
Geridə qoyduğumuz tədris ili dövründə məktəb tikintisi aparılan 14.07.2021-ci il tarixində 1200 yerlik 333 nömrəli tam orta məktəbin və 06.09.2022-ci il tarixində 1600 yerlik 335 nömrəli tam orta məktəbin tikintisi tamamlanmış hər iki təhsil müəssisəsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimi baş tutmuşdur. Eyni zamanda Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində 205 saylı tam orta məktəbin istismar müddətini başa vurmuş binasının yerində yeni məktəb binası tikilərik vətəndaşların istifadəsinə verilmiş, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Binəqədi rayonu ərazisində fəaliyyət göstərən 4 orta ümumtəhsil müəssisəsində əsaslı təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Hal-hazırda Binəqədi rayonu ərazisində 126 nömrəli tam orta məktəbdə təmir işləri davam edir. Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi digər zəruri infrastrukturu özündə cəmləyən təhsil kompleksində sonuncu tamamlama işləri yekunlaşdırılmışdır.
2021-2022-ci tədris ili ərzində Rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində şagirdlərə elmi fəaliyyətlərlə yanaşı onlarda vətənpərvərlik, dövlətə sədaqət və vətənə bağlılıq hisslərinin aşılanması məqsədilə davamlı tədbir və seminarlar təşkil olunmu, Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən uşaqlar üçün hazırlanan “Bizim böyük Qələbəmiz” adlı kitabın Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Binəqədi rayonu ərazisində fəaliyyət göstərən 100, 248, 276 və 300 nömrəli tam orta məktəblərdə təqdimatı keçirilmişdir. 8 Aprel 2022-ci il tarixində Binəqədi rayonu 276 nömrəli tam orta məktəbdə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktiki konfransın rayon turu tədbiri keçirilmiş və qalib olmuş 5 şagird Bakı şəhər mərhələsinə vəsiqə qazanmışdır. 10.07. 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsi və 6 № li Uşaq-Gənclərin İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında 5 yanvar 2022-ci il tarixli 3069 saylı Sərəncamının icrası məqsədilə Binəqədi rayon orta ümumtəhsil və incəsənət məktəblərinin şagirdlərinin təqdimatında “Azərbaycan Səninlədir- Sənsiz deyil!” 10-cu Yaradıcılıq Festivalı qaliblərinin “15 iyun–Milli Qurtuluş Günü”nə həsr olunmuş bayram konserti keçirilmişdir. 20 Yanvar - "Ümumxalq Hüzn Günü"nün 32-ci ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda Binəqədi rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa müsabiqəsi və 30.03.2022-ci il tarixində “31 Mart-Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Binəqədi rayon məktəblilərinin Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırımı Muzeyini ziyarəti təşkil olunmuşdur. 4 Aprel 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Binəqədi rayonunda fəaliyyət göstərən şəhid Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə “Aprel döyüşləri”nin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. 18 may 2022-ci il tarixində Binəqədi rayonu 283 saylı tam orta məktəbdə "Şuşa ili”nə həsr olunan Qarabağ xalçalarının sərgisi nümayiş olunmuşdur. 27 May 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Binəqədi rayonu Vüqar Əvəzov adına 300 nömrəli tam orta məktəbdə “28 May – Müstəqillik Günü”nə həsr olunmuş tədbir və Binəqədi rayonunun ərazisində fəaliyyət göstərən 30, 100, 143,179, 182, 276, 283, 298, 301, 306, 313 nömrəli tam orta məktəblərdə və 83, 246 məktəb-liseylərdə “28 May- Müstəqillik Günü” münasibətilə bayram tədbirləri təşkil olunmuşdur. Orta ümumtəhsil müəssisələrində şagirdlərlə 50-dən çox Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin görüşləri təşkil olunmuş onların bu istiqamətdə tərbiyə olunmasına xüsusi diqqət göstərilmişdir. Bütün bunlarla yanaşı təhsil müəssisələrinin elmi fəaliyyətləri də hesabat dövründə mühüm uğurlarla yadda qalmışdır beləki
Qazanılmış nailiyyətlər:
Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, Binəqədi rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərindən olimpiadanın qalibləri aşağıdakılardır:
- Hüseynzadə Vəfa Tofiq qızı – 246 nömrəli məktəb liseyin şagirdi – II yer
- İsgəndərov Hüseyn Emin oğlu –299 nömrəli məktəb liseyin şagirdi – II yer
- Vəliyev Nicat Xəyyam oğlu–313 nömrəli tam orta məktəb– II yer
- Ağayev Elman Elçin oğlu –314 nömrəli tam orta məktəb– II yer
- Hacızadə Əsma Gündüz qızı–314 nömrəli tam orta məktəb– III yer
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”nı, Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə 2021/2022-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələrini əsasən aşağıda adları göstərilən məzunlar qızıl və gümüş nişanla təltif edilmişdirlər.
Gümüş nişanla təltif olunmuş XI sinif məzunları:
- Vəliyev Nicat Xəyyam oğlu– Bakı şəhəri 313 nömrəli tam orta məktəb
Beynəlxalq Olimpiyadalarda yüksək nəticə göstərən şagird və məzunlar:
Novruzlu Həzi Arif oğlu – 182 nömrəli tam orta məktəb
Respublika fənn müsabiqəsi:
Azər Ağamalıyev -301 nömrəli tam orta məktəb III yer
“Əlaçı” televiziya bilik yarışmasının qalibi:
Vüqar Həsənov -246 nömrəli məktəb-lisey
Tacikistan Respublikasının paytaxtı Düşənbədə Beynəlxalq İnformatika Məktəbi “Junior” (ISIJunior) keçirilən beynəlxalq komanda yarışmaları -bürünc medal:
Firudin Əsgərzadə -267 nömrəli məktəb-lisey
5-7 siniflər arasında keçirilən ALPLogo proqramlaşdırma olimpiadasında əldə olunan uğurlar:
Abdullah Əliyev-267 nömrəli məktəb-lisey I yer
Cavid Məmmədov-267 nömrəli məktəb-lisey III yer
23-29 dekabr 2021-ci il tarixləri arasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə Microsoft tərəfindən “Minecraft Global Challenge 2021” çərçivəsində III-XI sinif şagirdləri üçün “Qarabağı Birlikdə Quraq!” adlı ölkədaxili müsabiqə komanda olaraq II yerə layiq görülənlər:
Süleyman Şükürzadə-267 nömrəli məktəb-lisey
Həsən Əzizli -267 nömrəli məktəb-lisey
İlham Hacızadə -267 nömrəli məktəb-lisey
Cavidan Qafarov -267 nömrəli məktəb-lisey
Ölkəmizdə aparılan təhsil islahatının ən əsas tərkib hissələrindən biri olan texniki-peşə təhsilinin yeniləşdirilməsi sahəsində də, son illər böyük işlər görülməkdədir. Texniki peşə təhsilini , Azərbaycan təhsil sisteminin əsas istiqamətlərindən biri olmaqla, cəmiyyətin sosial-mədəni və iqtisadi inkişafında fərdlərin iştirakını təmin edir, onların ətraf mühitə təsir etmək imkanlarını artırır, insanları yeni biliklərə yiyələnməyə istiqamətləndirir, peşəkar fəaliyyətdə davamlı inkişafa nail olmaqda real köməklik göstərir. Dövlətimiz bütün bunları nəzərə alır və təhsilin bütün sahələrinə diqqət və qayğı ilə yanaşır. Cənab Prezident İlham Əliyev təhsilin bu sahəsinin də inkişafını həmişə diqqət mərkəzində saxlamışdır. Prezident İlham Əliyevin 2007-ci ildə "Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı"nı təsdiq etməsi bu sahənin sürətli inkişafı üçün güclü stimul yaratdı. Belə ki, texniki peşə təhsilinin maddi-texniki bazası möhkəmləndirildi, idarəetmə strukturu təkmilləşdirildi. Həmçinin, çox sevindiricidir ki,Təhsil Nazirliyi texniki peşətəhsili sahəsində bir sır beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Belə ki, YUNESKO, Dünya Bankı, Avropa Təhsil Fondu, Beynəlxalq Əmək Təşkilatı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı, Cənubi Koreyanın DEU İnternational Korporasiyası ilə ölkəmizdə texniki peşə təhsilinin inkişafı sahəsində bir sıra layihələr həyata keçirilib. Bunlara misal olaraq Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu ilə YUNESKO arasında 18 iyun 2007-ci il tarixində imzalanmış sazişə əsasən, "Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi layihəsi"nin həyata keçirildiyini göstərmək olar. Əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması çeviklik və inteqrasiya prinsiplərini əsas götürür. Hal-hazırda Binəqədi rayonu ərazisində orta ixtisas peşə təhsili müəssisələri, peşə liseyi və kolleclərdə ümumilikdə 2425 tələbə təhsil almaqdadır. Təhsil alan tələbələrin 1637 nəfəri sənaye və istehsal sahələrinin tələblərinə cavab verən ixtisaslarda təhsil alır.