Şriftin ölçüsü :

Saytın rəngi :

2022-2023-cü tədris ili

2022-2023-cü tədris ilində görülmüş işlərin hesabatı
 
2022-2023-cü tədris ili ərzində Binəqədi rayonunda 34 ümumi təhsil məktəbi (onlardan 30-u tam orta məktəb, 4-ü məktəb-lisey) və 1 xüsusi tipli ümumi orta məktəb cəmi 35 orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. Hesabat ilinin sonuna kimi bu məktəblərdə 4657 nəfər müəllim 62 437 (onlardan 29 969-u qız, 32 467-i oğlan) nəfər şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Həmçinin tədris prosesində iştirak edən müəllimlərdən 29-u əməkdar müəllimdir.

Binəqədi  rayonunda 35 dövlət ümumtəhsil məktəbləri ilə yanaşı, 3 özəl ümumtəhsil məktəbi, 2 ali məktəb, 2 ali məktəbin tədris korpusu, 1 orta-ixtisas, 3 peşə məktəbi və peşə təhsil mərkəzi, 1 özəl orta ixtisas təhsil müəssisəsinin korpusu və Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu fəaliyyət göstərir.

Hesabat dövrü ərzində  Binəqədi rayon ümumi təhsil məktəblərini IX sinif üzrə 5203 (2568-ı qız, 2635-i oğlan), XI siniflər üzrə 3617 (1872-i qız, 1745-i oğlan) nəfər bitirmişdir. XI sinifi bitirənlər arasından ümumilikdə 57 məzun ali təhsil müəssisələrinə keçirilən imtahanlarda 600 bal və daha yuxarı, 9 nəfər məzun isə 650 bal və daha yuxarı nəticə əldə etmiş, 1 nəfər məzun keçirilən qəbul imtahanlarının 2 –ci mərhələsində maksimum (400 bal) nəticə əldə etmişdirlər.

Geridə qoyduğumuz tədris ili dövründə  06.09.2022-ci il tarixində 1600 yerlik 335 nömrəli  tam orta məktəbin tikintisi tamamlanmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimi baş tutmuşdur. Eyni zamanda Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində 205 saylı tam orta məktəbin istismar müddətini başa vurmuş binasının yerində yeni məktəb binası tikilərik vətəndaşların istifadəsinə verilmiş, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Binəqədi rayonu ərazisində fəaliyyət göstərən 4 orta ümumtəhsil müəssisəsində əsaslı təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Hal-hazırda Binəqədi rayonu ərazisində 126 nömrəli tam orta məktəbdə təmir işləri davam edir. 313 nömrəli tam orta məktəbdə yeni korpus tikintisi həyata keçirilir, Binəqədi Ryaon İcra Hkaimiyyətinin təşəbbüsü ilə Xocəsən qəsəbəsi ərazisində yeni təhsil kompleksi tikintisi proqrama salınmış və hal-hazırda tikintisi həyata keçiririlir.

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2023-2024-cü dərs ilinin başlanması münasibətilə humanitar aksiya çərçivəsində rayon ərazisində yaşayan aztəminatlı ailələrin övladlarına məktəbli formaları hədiyyə edilmişdir. Ümumilikdə imtiyazlı ailələrdən olan 120 məktəbli məktəbli forması ilə təmin olunub.

2022-2023-cü tədris ili ərzində Rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində şagirdlərə elmi fəaliyyətlərlə yanaşı onlarda vətənpərvərlik, dövlətə sədaqət və vətənə bağlılıq hisslərinin aşılanması məqsədilə davamlı tədbir və seminarlar təşkil olunmuşdur. Belə ki, Binəqədi rayonu  276 №-li tam orta məktəbdə 13.01.2023-cü il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsinin reallaşdırdığı "Olimpiya Mədəniyyəti və Təhsil Proqramı" (OCEP) layihəsi çərçivəsində Latviyaya həsr olunmuş tədbir, 13 yanvar 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə 2016- cı il Aprel döyüşləri zamanı şəhid olmuş Fəxrəddin Qurbanlının doğum gününə həsr olunmuş tədbir, Binəqədi rayonu Qamət Abbasov adına 284 nömrəli tam orta məktəbdə Həmidə xanım Cavanşirin 150 illik yubileyinə həsr olunmuş tədbir həyata keçirilmişdir.

297 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Dahi şəxsiyyət” adlı tədbir keçirilib.

31 yanvar 2023-cü il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin təşkilatçılığı 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Gəncliyi” adlı  tədbir keçirildi.Binəqədi rayonunda fəaliyyət göstərən 300 nömrəli tam orta məktəbdə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilim, doğma dilim” adlı tədbir keçirilib.

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində Azərbaycan-Qırğızıstan dostluğuna həsr olunmuş tədbir keçirilib. Binəqədi rayonu ərazisində fəaliyyət göstərən 205 nömrəli tam orta məktəbdə təşkil olunmuş tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, RİH başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, İdarənin müvafiq struktur bölmə rəhbərləri və digər qonaqlar iştirak ediblər.

23 fevral 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” adlı tədbir həyata keçirilmişdir.

02 mart 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ümumitəhil müəssisələrində çalışan Ana-dili və ədəbiyyatı müəllimlərinin iştirakı ilə “POEZİYADA ƏBƏDİLƏŞƏN ÖMÜR” adlı tədbir həyata keçirildi.

Binəqədi rayonu ərazisində fəaliyyət göstərən şəhid Seymur Məmmədov adına 301 nömrəli tam orta məktəbdə Ənvər Məmmədxanlının anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Binəqədi rayonu 276 nömrəli tam orta məktəbdə Humanist Pedaqogika üzrə Təhsil Təşkilatları Beynəlxalq Assosiasiyasının prezidenti, əməkdar müəllim Asif Cahangirovla görüş keçirilib.

Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.

Binəqədi rayonu 314 nömrəli tam orta məktəbdə Cabir Novruzun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

31 Mart Azərbaycanlılarının Soyqırım Günü Binəqədi rayonu 135 saylı orta məktəbdə qeyd olunub. Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının 105-ci ildönümüdür. Bu münasibətlə Bakı Şəhəri Binəqədi rayonu General Əliağa Şıxlinski adına orta məktəbdə anım tədbiri keçirilib. 4 aprel 2023-cü il tarixində Binəqədi rayon 205 nömrəli tam orta məktəbdə “Aprel döyüşlərinin” ildönümünə həsr olunmuş tədbir keçirildi.

7 Aprel 2023-cü il tarixində Binəqədi rayonu  300 nömrəli tam orta məktəbdə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının  100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda esse-yazı müsabiqəsinin rayon mərhələsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirildi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllim və tələbələrinin iştirakı ilə 16 aprel 2023-cü il tarixində Beynəlxalq Muğam mərkəzində “Heydər Əliyev ili” çərçivəsində “Elə bağlı, ürəklərə bağlıyam” adlı konsert keçirilib.

Konsertdən öncə ADMİU nəzdində Humanitar Kollecin tələbələrinin Muğam Mərkəzinin foyesində portret, peyzaj, natürmort və s. bu kimi müxtəlif rəsm əsərləri tamaşaçılar üçün sərgilənib.

19 aprel 2023-cü il tarixində Binəqədi rayonu 276 nömrəli tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!”  mövzusunda  konfrans keçirildi.

04 may 2023-cü il tarixində Binəqədi rayonu  276 nömrəli tam orta məktəbdə  ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Tarix yaradan şəxsiyyət” adlı tədbir keçirildi.

4 may 2023-cü il tarixində Binəqədi rayonu 100 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ulu Öndər Uşaqların Gözü İlə” adlı tədbir keçirildi.

5 may 2023-cü il tarixində Binəqədi rayonu 246 nömrəli məktəb-liseydə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi.

09 may 2023-cü il tarixində Binəqədi rayonu 283 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əbədi Ömrün 100 ili” adlı tədbir keçirildi.

Binəqədi rayonu 157 № li tam orta məktəbdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əsrlərin Dahi Lideri” adlı tədbir keçirildi.

26 May 2023-cü il tarixində Binəqədi rayonu 115 nömrəli tam orta məktəbdə 28 May – Müstəqillik  Gününə həsr olunmuş tədbir keçirildi.

12 iyun tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi,  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 -cü ildönümünə və 15 İyun-"Milli Qurtuluş Günü"nə həsr olunmuş "Uşaqlar Bizim Gələcəyimizdir!" mövzusunda uşaq yaradıcılıq festivalı keçirildi.

Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə  təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Milli Dövlətçiliyimizin Xilaskarı” adlı tədbir keçirildi.

31 iyul 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi Rayon təşkilatının birgə təşkilatçılığı ilə 01 Avqust- “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə məktəb direktorlarının da iştirakı ilə tədbir keçirilmişdir.

Orta ümumtəhsil müəssisələrində şagirdlərlə 50-dən çox Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin görüşləri təşkil olunmuş onların bu istiqamətdə tərbiyə olunmasına xüsusi diqqət göstərilmişdir.

Həmçinin rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində maarifləndirici tədbirlər də həyata keçirilmişdir. Maarifləndirici tədbirlərin həyata  keçirilməsinin əsas məqsədinin bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya, “ağ ölüm”ə qarşı mübarizə aparmağın vacibliyini önə çəkmək olmuşdur. Müasir dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu fiziki, mənəvi və maddi zərərlərdən, yaşadığımız dövrdə bəşəriyyəti təhdid edən narkotik asılılığının cəmiyyətdə və insan həyatında törədə biləcəyi neqativ hallar, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə görüşlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır. "Narkomaniyaya yox deyək” mövzusunda növbəti maarifləndirici tədbir Binəqədi Rayon Polis İdarəsinin təşkilatçılığı ilə rayonun 300 saylı tam orta məktəbində keçirilib.

07 aprel 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 144 saylı tam orta məktəbdə "Narkomaniyaya yox deyək” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi.

12 aprel 2023-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 83 saylı məktəb-liseydə "Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndirici tədbir keçirildi.

5 may 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin və  Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 297 saylı tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndirici tədbir keçirildi.

12 may 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 246 № li məktəb-liseydə "Narkotiksiz gələcək naminə!” mövzusunda  maarifləndirici tədbir  keçirildi.

19 may 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 100 № li tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda  növbəti maarifləndirici tədbir keçirildi.

Qazanılmış nailiyyətlər:

Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, Binəqədi rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərindən olimpiadanın qalibləri aşağıdakılardır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”nı, Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə 2022/2023-cü dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələrini əsasən aşağıda adları göstərilən məzunlar qızıl medalla təltif edilmişdirlər.

DİM İMTAHANLARINDAN YÜKSƏK BAL TOPLAYAN MƏZUNLAR:

  1. Elmir İsmayılov Mikayıl – 182 – 684 bal, Bakı Ali Neft Məktəbi, Komputer Mühəndisi
  2. Abdullayev Emil Rasim - 299 – 683 bal, Ali Neft Məktəbi,Komyuter Elmləri
  3. Mahmudlu Fərid Elxan- 115- 676.9 bal, Bakı Ali Neft Məktəbi - “İnformasiya Təhlükəsizliyi”
  4. Qarayeva Fatimə İlham - 30 – 668 bal, Azərbaycan Tibb Universiteti
  5. Əlizadə Xəyal İsirəfil oğlu- 301 - 667.1 bal, Bakı Ali Neft Məktəbi, Kompüter mühəndisliyi(ingilis dili)
  6. Məhəmmədrza Cəfərov Təmkin- 182 – 656 bal, Almaniya Tibb Universiteti, Cərrah
  7. Yeganə Babazadə Raqif -182 - 652.8 bal, Azərbaycan Tibb Universiteti, müalicə və profilaktika 2
  8. Kənan Kazımov İntiqam- 157 - 652.1 bal, Azərbaycan Tibb Universiteti, Tibb
  9. Süleymanzadə Leyla Azər qızı -267 - 651 bal, Azərbaycan Tibbi Universiteti, Müalicə işi

QIZIL MEDAL ALAN MƏZUNLAR:

Aşağıda adları qeyd edilən XI sinif məzunları  Qızık medalla təltif olunmuşdurlar:

  1. Hüseynli Muhamməd Elşən – Bakı şəhəri 83 nömrəli tam orta məktəb
  2. Elmir İsmayılov Mikayıl - Bakı şəhəri 182 nömrəli tam orta məktəb

BEYNƏLXALQ VƏ YERLİ OLİMPİADA ÇEMPİONATLARI:

  1. II-X sinif şagirdləri arasında keçirilən Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələrində əsasən:
  2. Nərmin Muradova Musa, 246 nömrəli məktəb-lisey, Bakı Bşti, 0505400081, Qızıl medal, 8-ci sinif;
  3. Bahadir Heydərli Xanlar, 143 nömrəli tam orta məktəb, Bakı BŞTİ, Gümüş medal, 3-cü sinif;
  4. Ömər Balaoğlanli Kənan, 182 nömrəli tam orta məktəb, Bakı BŞTİ, Gümüş medal, 3-cü sinif;
  5. Nihad Məmmədli Elnur, 244 nömrəli tam orta məktəb, Bakı Bşti, Gümüş medal, 4-cü sinif;
  6. Adil Məmmədli Sənan, 283 nömrəli tam orta məktəb , Bakı BŞTİ, Gümüş medal, 8-ci sinif;
  7. Sədad Nəcəfli Rövşən, 115 nömrəli tam orta məktəb , Bakı BŞTİ, Bürünc medal, 8-ci sinif;
  8. Gülər Həsənova Vasif, 244 nömrəli tam orta məktəb, Bakı BŞTİ,  Bürünc medal, 4-cü sinif;
  9. Aysel Qurbanzadə İlqar, 284 nömrəli tam orta məktəb, Bakı BŞTİ, Bürünc medal, 7-ci sinif;
  10. Nigar Səmədova Sərvət, 300 nömrəli tam orta məktəb, Bakı BŞTİ, Bürünc medal, 2-ci sinif.

V sinif şagirdləri arasında keçirilən Lütfi Zadə adına məntiq olimpiadasının nəticələrinə əsasən:

  1. Sona Əsgərova Vüqar, 144 nömrəli tam orta məktəb, Gümüş medal;
  2. Tunar Əliyev Niyazi, 276 nömrəli tam orta məktəb, Bürünc medal;
  3. Abdullah Hüseyn Teymur, 30 nömrəli tam orta məktəb, Bürünc medal;

Respublika fənn olimpiadalarının nəticələrinə əsasən:

  1. Nilufər Zeynalova Hidayət, 83 nömrəli məktəb-lisey, Coğrafiya fənni üzrə Qızıl medal;
  2. Hüseyn Əmirov Azər, 182 nömrəli tam orta məktəb , Tarix fənni üzrə Qızıl medal;
  3. Vəfa Hüseynzadə Tofiq, 246 nömrəli məktəb-lisey, Biologiya fənni üzrə qızıl medal;

Respublika fənn müsabiqələrinin nəticələrinə əsasən:

  1. Amin Lətifli Ramin, 283 nömrəli tam orta məktəb, I yer; ALPLogo 2023 priqramlaşdırma olimpiadası, 2-ci yer;
  2. Əli Məmmədli Vasif, 100 nömrəli tam orta məktəb, I yer;
  3. Uğur Hüseynzadə Məftun, 83 nömrəli məktəb-lisey, I yer;
  4. İsmayıl Süleymanli Rövşən, 299, 6-cı sinif, Riyaziyyat fənni üzrə I yer;
  5. Yusif Yaqubov Yaqub, 83, 6-cı sinif, Riyaziyyat  fənni üzrə II yer, 
  6. Nigar Həsənli Mirsiyaf, 301, 6-cı sinif, İnformatika fənni üzrə II yer, 
  7. Günel Rəcəbova Mahir, 313, 6-cı sinif, İnformatika fənni üzrə II yer, 
  8. Sənan Məmmədxanil Mehman, 182, 7-ci sinif, Biologiya fənni üzrə II yer, 
  9. Nəzrin Xəlilzadə Mahir, 143 nömrəli tam orta məktəb, II yer;
  10. Rəşad Əliyev Oqtay, 313, 6-cı finis, İnformatika fənni üzrə III yer, 
  11. Gülşən Cəfərli Nəsimi, 182, 7-ci sinif, Biologiya fənni üzrə III yer, 
  12. Məhəmməd Mirzəzadə Cəlal, 313 nömrəli tam orta məktəb, III yer;
  13. Abdullah Hüseyn Teymur, 30 nömrəli tam orta məktəbin şagirdi, III yer;

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında təşkil etdiyi “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən:

  1. Əliyeva Zəhra İlqar qızı - 276 - I yer;
  2. Mehrəliyev Ramal Rəşad - 299 - II yeri;
  3. Elnur Fətəliyev, Murad Balacayev, Aslanova Aytac, Abdullayeva Arzu Rəsulov Rəvan – 144 - komanda olaraq “RoboGames” yarışında “Robot Dizaynı” üzrə qalib komanda seçilmişdir;

İLIN ƏN YAXŞI SİNİF RƏHBƏRİ:

2022-2023-cü təhsil ili üzrə 1 sinifdən bütün şagirdləri Ali məktəbə qəbul olmuş sinif rəhbərləri: 

  1. İsgəndərova Samirə Vaqif, tarix müəllimi - 102-11/q sinifinin bütün şagirdləri universitetə qəbul olaraq sinif üçün 100% nəticə göstərmişdir 
  2. Mustafayeva Emma Yunus, İngilis və Alman dili - 115 – 11/ç sinifinin bütün şagirdləri universitetə qəbul olaraq sinif üçün 100% nəticə göstərmişdir     
  3. Aslanova Vəsmiyə Xanlar, Azərbaycan dili və ədəbiyyat müəllimi -144- 11/A
  4. Babayeva Rəsmiyyə Hətəm- 83- 11/A
  5. Qəmbərova Zəhra Yaqub- 83- 11/B
  6. Orucova Ruhiyyə Əli – 83- 11/Ç
  7. Mehriban Əliyeva Adil- 182- 11/c sinifinin bütün şagirdləri universitetə qəbul olaraq sinif üçün 100% nəticə göstərmişdir
  8. Nəcəfova Sevinc Minbala qızı, Rus dili-244- 11/A
  9. Mirzəliyeva Xaliqə Əyyub qızı, Azərbaycan dili-244-11/B
  10. Nağıyeva Elza Məsdan qızı, Təsviri İncəsənət- 244-11/C
  11. Qılıncova Aytən Firədun qızı, Riyaziyyat-244- 11/Ç
  12. Məmmədeova Aida İrahim qızı - 313- 11/a sinifinin bütün şagirdləri universitetə qəbul olaraq sinif üçün 100% nəticə göstərmişdir
  13. Həsənova Sevda Pənah -300 – 11/a sinfinin bütün şagirdləri universitetə qəbul olaraq sinif üçün 100% nəticə göstərmişdir.

MƏKTƏBİN DİREKTORUNUN TƏLTİFİ:

  1. Almaz Bayramova- 83 saylı tam orta məktəbin direktoru- “Binəqədi rayonu üzrə 9-cu sinif buraxılış imtahanlarının ümumi səciyyəsinə əsasən Binəqədi rayonu üzrə 1-ci yeri tutduğuna görə Bakı şəhəri 83 nömrəli məktəb-liseyin direktoru ALMAZ FƏTTAH QIZI BAYRAMOVA” təltif edilir
  2. Mailə İsmayılova- 102 nömrəli tam orta məktəbin direktoru- “Binəqədi rayonu üzrə 9-cu sinif buraxılış imtahanlarının ümumi səciyyəsinə əsasən Binəqədi rayonu üzrə 2-ci yeri tutduğuna görə Bakı şəhəri 102 nömrəli tam məktəbin direktoru MAİLƏ HƏŞİM QIZI İSMAYILOVA” təltif edilir
  3. Ağazadə Rəna- 267 nömrəli tam orta məktəbin direktoru- “Binəqədi rayonu üzrə 9-cu sinif buraxılış imtahanlarının ümumi səciyyəsinə əsasən Binəqədi rayonu üzrə 3-cü yeri tutduğuna görə Bakı şəhəri 267 nömrəli tam məktəbin direktoru RƏNA ELDAR QIZI AĞAZADƏ” təltif edilir
  4. Zinyət Tağıyeva- 182 nömrəli tam orta məktəbin direktoru- “Binəqədi rayonu üzrə 2022-2023-cü il tədris ilinin yekun göstəricilərinə əsasən təhsildə əldə etdiyi uğurlarına görə Bakı şəhəri 182 nömrəli tam məktəbin direktoru ZİNYƏT VƏLİ QIZI TAĞIYEVA” təltif edilir
  5. Solmaz Kazımova- 299 nömrəli məktəb-liseyin direktoru- “Binəqədi rayonu üzrə 2022-2023-cü il tədris ilinin yekun göstəricilərinə əsasən təhsildə əldə etdiyi uğurlarına görə Bakı şəhəri 299 nömrəli məktəb-liseyin direktoru SOLMAZ HƏSƏN QIZI KAZIMOVA” təltif edilir

5 Oktyabr– BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ MÜNASIBƏTILƏ:

  1. Əbülfət Əkbərov- 217 nömrəli tam orta məktəbin direktoru - “5 oktyabr –Beynəlxalq Müəllimlər Günü münasibətilə ƏBÜLFƏT ŞAHGƏLDİ OĞLU ƏKBƏROV” təltif edilir;
  2. Xanmetova Aygün Firudin qızı- rus bölməsi üzrə ibtidai sinif müəllimi-30
  3. Nuriyeva Mahirə Əfsər qızı- kimya müəlliməsi-298
  4. Bayramov Nəcəf Kərəm oğlu – riyaziyyat- 313
  5. Mirzəliyeva Kəmalə Ata qızı. İxtisas: Rus dili- 144
  6. Alıyev Ramal Alı oğlu, Tarix müəllimi-314
  7. Rüstəmova Kamilə Rəfi qızı.İnformatika,rəqəmsal bacarıqları ,Steam- 100
  8. İsmayılova Zairə Vahid qızı, İbtidai sinif müəllimi-284
  9. İmanova Şəhla Sabir qızı, Azərbaycan dili ədəbiyyat müəllimi- 297
  10. Əliyeva Elmira Nəriman qızı, tarix müəllimi- 248
  11. Rəfiyeva Rəna Fikrət Azərbaycan dili və ədəbiyyat -99
  12. Ağayeva Sədaqət Fərrux-kimya müəllimi- 157
  13. Əliyev Heydər İsa, Nizam intizama nəzarət və valideynlərlə əlaqə koordinatoru, hərbi hazırlıq müəllimi- DÜNYA məktəbi
  14. Lalə  Əhmədova Nəcəf, Coğrafiya- 306
  15. Səbinə İmanova Comran qızı, Azərbaycan dili və ədəbiyyatı fənn müəllimi- 3
  16. Xəlilova Pərvin Muxyar qızı, İbtidadi sinif müəlliməsi- 103
  17. Rzayeva Şəhla Faiq, İbtidai sinif müəllimi- 135
  18. Ömərova İradə Ənvər qızı- Azərbaycan dili və ədəbiyyatı müəllimi- 143
  19. Allahverdiyeva Nuriyə Rafiz qızı, İngilis bölməsi üzrə direktor müavini/ Biliyin nəzəriyyəsi fənn müəllimi- İDRAK liseyi
  20. Əhmədova Gülabatın İlyas qızı. İngilis dili müəllimi- Vətən İdman Liseyi

Peşə liseyi və kolleclərdə ümumilikdə 2425 tələbə təhsil almaqdadır. Təhsil alan tələbələrin 1637 nəfəri sənaye və istehsal sahələrinin tələblərinə cavab verən ixtisaslarda təhsil alır.

Keçidlər