Şriftin ölçüsü :

Saytın rəngi :

2022-ci il -illik

SƏNAYE

2022-ci ilin yanvar-dekabr aylarında 907877,5 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 17,5 faiz çox sənaye məhsulu istehsal edilmiş və  xidmətlər  göstərilmişdir.

İstehsal edilmiş sənaye məhsulunun 1034515,8 min manatı istehlakçılara göndərilmiş, ondan 902047,8 min manatı öz istehsalı olan mallar olmuşdur.

Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar 2023-cü il vəziyyətinə 11192,7 min manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

TİKİNTİ

2022-ci ilin yanvar-dekabr aylarında bütün maliyyə mənbələri hesabına 104719,3 min manat həcmində əsas fondlar istifadəyə verilmişdir.

2022-ci ilin yanvar-dekabr aylarında Binəqədi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 279864,3 min manat məbləğində vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 23,5 faiz çox vəsait yönəldilmişdir.  2022-ci ilin yanvar-dekabr aylarında 186663,9 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.

2022-ci ilin yanvar-dekabr aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 783949,9 min manat olmuş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 39,5 faiz çox olmuşdur.

Podratçı təşkilatların gördükləri yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi işləri 2022-ci ilin yanvar-dekabr aylarında 465668,5 min manat, əsaslı təmir 129336,5 min manat, cari təmir 65461,7 min manat, sair tikinti  işləri isə 123483,2 min manat təşkil etmişdir. 

İSTEHLAK BAZARI

2022-ci ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2413849,4 min manatlıq  əmtəə satılmışdır, bu da  əvvəlki ilin eyni dövrünə nisbətən 3,7 faiz artım deməkdir. Satılmış əmtəələrin 45,8 faizi hüquqi şəxslərin, 10,9 faizi rayonda fəaliyyət göstərən yarmarkanın, 43,4 faizi isə  hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların  payına düşmüşdür.

RABİTƏ

2022-ci ilin yanvar-dekabr aylarında rabitə müəssisələri tərəfindən 31372,1 min manat həcmində xidmət göstərilmiş, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8 dəfə artmışdır.

NƏQLİYYAT

2022-ci ilin yanvar-dekabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 138951,4 min manat həcmində xidmət göstərilmiş, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 96,1 faiz təşkil etmişdir.

İAŞƏ DÖVRİYYƏSİ

2022-ci ilin yanvar-dekabr aylarında iaşə müəssisələrinin ümumi dövriyyəsi 59228,5 min manat olmuşdur. Həcmin 45,1 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyəti sayəsində əldə olunmuş və onlar tərəfindən əhaliyə 26723,2 min manatlıq iaşə xidmətləri göstərilmişdir.

Hüquqi şəxslərin fəaliyyəti sayəsində əhaliyə 32505,3 min manatlıq iaşə xidmətləri göstərilmişdir.

ƏHALİYƏ GÖSTƏRİLƏN ÖDƏNİŞLİ XİDMƏTLƏR

Ödənişli xidmətlərin həcmi 2022-ci ilin yanvar-dekabr aylarında 163760,9 min manat təşkil etmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 71,1 faiz təşkil etmişdir.

Hüquqi şəxslər tərəfindən əhaliyə 155505,3 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 95,0 faizini təşkil etmişdir.

İŞÇİLƏRİN SAYI VƏ ƏMƏK HAQQI

2022-ci ilin yanvar-noyabr aylarında Binəqədi rayonu üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6 faiz artaraq 61392 nəfər olmuşdur.

2022-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 12,0 faiz artaraq 697,4 manat olmuşdur.

YENİ İŞ YERLƏRİ

“Azərbaycan Respublikası regionlarının sosial, iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edildikdən ötən dövr ərzində bölgələrin tarazlı inkişafına və iqtisadi potensialının səmərəli istifadəsinə yönəlmiş tədbirlərin icra olunması davam etdirilmiş, regionların müxtəlif makroiqtisadi göstəricilər üzrə xüsusi çəkisi artmış, bölgələrdə sahibkarların və iş adamlarının fəaliyyəti üçün əlverişli mühit formalaşdırılaraq yeni istehsal və emal müəssisələri yaradılmış, ənənəvi məşğulluq sahələri bərpa olunaraq yeni iş yerləri açılmışdır.

Binəqədi rayonunda 2022-ci ilin yanvar-dekabr aylarında 5770 yeni iş yeri açılmışdır.

Keçidlər