Şriftin ölçüsü :

Saytın rəngi :

2023-2024-cü tədris ili

2023-2024-cü tədris ili ərzində Binəqədi rayonun təhsil sahəsində görülmüş işlər
 
Binəqədi rayonunda 34 ümumi təhsil məktəbi (onlardan 30-u tam orta məktəb, 4-ü məktəb-lisey olmaqla) və 1 xüsusi tipli ümumi orta məktəb cəmi 35 orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. Hesabat ilinin sonuna kimi bu məktəblərdə  3592 nəfər müəllim 66844 nəfər şagirdin təlim-tərbiyəsi ilə məşğul olmuşdur (onlardan 31243-u qız, 35601-i oğlan). Həmçinin tədris prosesində iştirak edən müəllimlərdən 29-u Əməkdar müəllimdir.

Binəqədi  rayonunda 35 dövlət ümumtəhsil məktəbləri ilə yanaşı, 3 özəl ümumtəhsil məktəbi, 2 ali məktəb, 2 ali məktəbin tədris korpusu, 1 orta-ixtisas, 3 peşə məktəbi və peşə təhsil mərkəzi, 1 özəl orta ixtisas təhsil müəssisəsinin korpusu və Azərbaycan Respublikası Təhsil İnstitutu fəaliyyət göstərir.

Hesabat dövrü ərzində  Binəqədi rayon ümumi təhsil məktəblərini IX sinif üzrə 5574 nəfər şagird (onlardan 2816-ı qız, 2758-i oğlan), XI siniflər üzrə 3923 nəfər bitirmişdir (onlardan 2015-i qız, 1908-i oğlan). XI sinifi bitirənlər arasında, ümumilikdə 130 məzun ali təhsil müəssisələrinə keçirilən imtahanlarda 600 bal və daha yuxarı, 36 nəfər məzun isə 650 bal və daha yuxarı nəticə əldə etmiş, 1 nəfər məzun keçirilən qəbul imtahanlarının buraxılış mərhələsində maksimum (300 bal) və 1 nəfər də keçirilən qəbul imtahanlarının 2–ci mərhələsində maksimum (400 bal)  nəticə əldə etmişdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin əmri ilə 2023/2024-cü dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələrinə əsasən 4 nəfər məzun qızıl medalla təltif edilmişdir.

Geridə qoyduğumuz tədris ili dövründə  06.09.2022-ci il tarixində 1600 yerlik 335 nömrəli  tam orta məktəbin tikintisi tamamlanmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimi baş tutmuşdur. Eyni zamanda Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində son iki ildə 205 saylı tam orta məktəbin istismar müddətini başa vurmuş binasının yerində yeni məktəb binası tikilərik vətəndaşların istifadəsinə verilmişdir. “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Binəqədi rayonu ərazisində fəaliyyət göstərən 4 orta ümumtəhsil müəssisəsində əsaslı təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Hal-hazırda Binəqədi rayonu ərazisində 126 nömrəli tam orta məktəbdə təmir işləri sona çatmışdır. 313 nömrəli tam orta məktəbdə Binəqədi Ryaon İcra Hkaimiyyətinin təşəbbüsü ilə Xocəsən qəsəbəsi ərazisində yeni təhsil kompleksi tikintisi sona çatmış və köhnə korpusda təsaslı təmir işləri həyata keçiririlməyə başlamışdır. Aprel zəfəri küçəsində 1 yeni məktəbin isə tikintisi davam etdirilir.

Keçidlər