Şriftin ölçüsü :

Saytın rəngi :

2023-cü il - illik

SƏNAYE

2023-cü ilin yanvar-dekabr aylarında 1043766,5 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 22,6 faiz çox sənaye məhsulu istehsal edilmiş və  xidmətlər  göstərilmişdir.

      İstehsal edilmiş sənaye məhsulunun 1251932,7 min manatı istehlakçılara göndərilmiş, ondan 1040751,0  min manatı öz istehsalı olan mallar olmuşdur.

Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə  alınmaqla sənaye  müəssisələrinin anbarlarında  01 yanvar 2024-cü il vəziyyətinə 14200,7  min manatlıq  hazır məhsul ehtiyatı  olmuşdur.

TİKİNTİ

2023-cü ilin yanvar-dekabr aylarında bütün maliyyə mənbələri hesabına 172496,0 min manat həcmində əsas fondlar istifadəyə verilmişdir.

2023-cü ilin yanvar-dekabr aylarında Binəqədi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 286092,8 min manat məbləğində vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 4,3 faiz çox vəsait yönəldilmişdir. 2023-cü ilin yanvar-sentyabr aylarında 169061,7 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.

2023-cü ilin yanvar-dekabr aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 1850754,2 min manat olmuş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 dəfə çox olmuşdur.

Podratçı təşkilatların gördükləri yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi işləri 2023-cü ilin yanvar-dekabr aylarında 1623261,7 min manat, əsaslı təmir 105671,6 min manat, cari təmir 77621,6 min manat, sair tikinti  işləri isə 44199,3 min manat təşkil etmişdir. 

İSTEHLAK BAZARI

2023-cü ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2663032,6 min manatlıq  əmtəə satılmış, bu da  əvvəlki ilin eyni səviyyəsindən 0,3 faiz az olmuşdur. Satılmış əmtəələrin 43,0 faizi hüquqi şəxslərin, 9,0 faizi rayonda fəaliyyət göstərən yarmarkanın, 48,0 faizi isə  hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların  payına düşmüşdür.

RABİTƏ

2023-cü ilin yanvar-dekabr aylarında rabitə müəssisələri tərəfindən 39344,8 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,2 faiz artmışdır.

NƏQLİYYAT

2023-cü ilin yanvar-dekabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 159774,6 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,1 faiz artmışdır.

İAŞƏ DÖVRİYYƏSİ

2023-cü ilin yanvar-dekabr aylarında iaşə müəssisələrinin ümumi dövriyyəsi 80800,8 min manat olmuşdur. Həcmin 60,4 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyəti sayəsində əldə olunmuş və onlar tərəfindən əhaliyə 48846,8 min manatlıq iaşə xidmətləri göstərilmişdir.

Hüquqi şəxslərin fəaliyyəti sayəsində əhaliyə 31954,0 min manatlıq iaşə xidmətləri göstərilmişdir.

ƏHALİYƏ GÖSTƏRİLƏN ÖDƏNİŞLİ XİDMƏTLƏR

Ödənişli xidmətlərin həcmi 2023-cü ilin yanvar-dekabr aylarında 355189,0 min manat təşkil etmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 34,2 faiz artmışdır.

Hüquqi şəxslər tərəfindən əhaliyə 261900,1  min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 73,7 faizini təşkil etmişdir.

İŞÇİLƏRİN SAYI VƏ ƏMƏKHAQQI

2023-cü ilin yanvar-noyabr aylarında  Binəqədi rayonu üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artaraq 62176  nəfər olmuşdur.

2023-cü ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 11,3 faiz artaraq 776,4  manat olmuşdur.

YENİ İŞ YERLƏRİ

“Azərbaycan Respublikası regionlarının sosial, iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edildikdən ötən dövr ərzində bölgələrin tarazlı inkişafına və iqtisadi potensialının səmərəli istifadəsinə yönəlmiş tədbirlərin icra olunması davam etdirilmiş, regionların müxtəlif makroiqtisadi göstəricilər üzrə xüsusi çəkisi artmış, bölgələrdə sahibkarların və iş adamlarının fəaliyyəti üçün əlverişli mühit formalaşdırılaraq yeni istehsal və emal müəssisələri yaradılmış, ənənəvi məşğulluq sahələri bərpa olunaraq yeni iş yerləri açılmışdır.

Binəqədi rayonunda  2023-cü ilin yanvar-dekabr aylarında 6422 yeni iş yeri açılmışdır.

Keçidlər