Şriftin ölçüsü :

Saytın rəngi :

2025-ci il - 6 aylıq

Abadlıq-quruculuq

Rayon ərazisində mərhələli qaydada həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 2025-ci ilin 6 ayı ərzində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, yaşayış binalarının giriş və dam örtüklərində cari təmir işləri aparılmış və bu istiqamətdə işlər davam etdirilməkdədir. Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan çoxmənzilli yaşayış binalarının yumşaq və çardaqlı dam örtüklərinin təmir edilməsi, kənar yanar əşyalardan təmizlənməsi, yaşayış binalarının girişlərində, həyətlərində, 216 binanın zirzəmilərində sanitar təmizlik və dezinfeksiya işləri aparılmış, yaşayış evlərinin zirzəmilərində 194 p/m kanalizasiya xətti dəyişdirilmişdir.

6 ay ərzində rayon ərazisində lift kabinalarının 175 kv.m yumşaq dam örtüyü cari təmir edilmişdir.

Hesabat dövrü ərzində baş verə biləcək yanğın, partlayış və digər fövqəladə hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbir olaraq 1428 mənzilin tüstü və havalandırma kanalları təmizlənmişdir.

Rayonun 6, 7, 8, 9-cu mikrorayonlar ərazisindəki yaşayış binalarında mövcud olan 757 sərnişin liftlərinin fasiləsiz istismar edilməsinin təmin olunması üçün gücü 3,8 kvt olan 26 liftin böyük mühərriki əsaslı, 56 liftin mühərriki isə cari təmir edilmişdir. 

Rayon ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində hesabat dövründə məişət tullantılarının yığılması və daşınmasında mövcud olan bir sıra problemlər öz həllini tapmış, bu sahəyə xüsusi diqqət ayrılmışdır. Tullantı meydançalarının yenidən qurulması, yeni müasir tipli tullantı meydançalarının tikilib istifadəyə verilməsi, konteynerlərin və urnaların yenilənməsi, məişət tullantılarının yığılması və daşınmasının müəyyən edilmiş qrafiklər üzrə həyata keçirilməsinə, zərərsizləşdirilməsinə, mövcud problemlərin aradan qaldırılması məqsədilə rayon ərazisində fəaliyyət göstərən bələdiyyələr, Mənzil Kommunal Təsərrüfatı Birliyi qarşısında məsələlər qaldırılmış və icrasına nəzarət edilmişdir. Hesabat dövrü ərzində məişət tullantıları konteynerləri cari təmir olunaraq bərpa edilmişdir. Xaric olan bərk məişət tullantılarının müvəqqəti toplanması üçün yaşayış massivlərində 657 konteyneraltı meydança və 2797 ədəd konteynerdən istifadə olunur. Rayon üzrə gündəlik xaric olan məişət tullantılarının mütəmadi daşınması üçün ümumilikdə 37 ədəd xüsusi təyinatlı, eyni zamanda digər maşın və mexanizmlərdən   istifadə olunmaqla zərərsizləşdirilməsi üçün mövcud müqavilələr əsasında aidiyyəti üzrə təhvil verilməsi təmin edilir. 

Yaşıllıq tədbirləri üzrə

2025-ci ilin 6 ayı ərzində rayon ərazisində mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılmış, quru ağaclar təmizlənmiş, çoxillik güllərə qulluq göstərilmiş, əkilən güllərin alağı təmizlənmiş, vaxtaşırı suvarılmış, parklar quru ot və alaqlardan təmizlənmiş, ərazidə olan çəmənliklərə gübrə verilmişdir. Ərazidə yaşıllıqların genişləndirilməsi istiqamətində mütəmadi olaraq işlər davam etdirilir. Eyni zamanda rayon ərazisində mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənliklərin biçilməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri mütəmadi olaraq həyata keçirilmişdir. Biləcəri parkında 40 ədəd liqistrum, 25 ədəd sərv, 10 ədəd şam ağacları, Azadlıq prospektində 24 ədəd zeytun, 18 ədəd liqistrum, S.S.Axundov küçəsində 6 ədəd zeytun, Dərnəgül yaşıllıq sahəsində 36 ədəd şam, 11 ədəd sərv, A.Kunanbayev küçəsində 8 ədəd şam ağacları, A.Məmmədov küçəsində 7 ədəd şam ağacları, Zeytun bağı ərazisində 25 ədəd zeytun ağacları, Ç.Aytumatov abidəsinin ətrafında 60 ədəd liqistrum kolları, Z.Əliyeva adına parkda 10 ədəd liqistrum kolları, Naxçıvani küçəsində 14 ədəd liqistrum kolları, Avtovağzal yaşıllıq sahəsində 10 ədəd şam ağacı, 14 ədəd tuya, F.Hümbətov parkında 900 ədəd mövsümü güllər, Z.Əliyeva adına parkda 2950 ədəd, Biləcəri parkında 8000 ədəd, C.Enesko parkında 600 ədəd, Azdlıq prospektində  4000 ədəd mövsümü güllər əkilmişdir. Z.Əliyeva adına parkda 40 m2 , Biləcəri parkında 50 m2 yaşıl çəmən otu salınmışdır.

Ümumi olaraq 2025-ci ilin I rübü ərzində rayon ərazisində 162 ədəd ağaclar, 156 ədəd müxtəlif növ kollar, 16450 ədəd müxtəlif növ gül kolları əkilmiş, 90 m2 yaşıl çəmən otu salınmışdır.

Yolların təmiri üzrə  

Aparılan abadlıq tədbirləri zamanı 2025-ci ilin 6 ayı ərzində M.Ə.Rəsulzadə qəsəbəsi, İncəçay küçəsində 1800m2 (300 m M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən), Sirab küçəsi (Zeytunluq ərazisi)  960m2 (160 m sakinlər tərəfindən), 8 Mart küçəsi, döngə 1-də 600m2 (100 m Agentlik tərəfindən), F.Rüstəmov küçəsində 2400m2 (400 m Agentlik tərəfindən), M.Aydınbəyov küçəsində 780m2 (130 m Agentlik tərəfindən), Biləcəri qəsəbəsi, M.Füzuli küçəsi, döngə 1-də 5400m2 (900 m Agentlik tərəfindən), Tomris küçəsində 2700m2 (450 m Agentlik tərəfindən), Yaşar Sadıqov küçəsində 1200m2 (200 m Agentlik tərəfindən), 1 May yaşayış massivi, 3-cü döngə şəhid Nihad Rzaxanov küçəsində 1800m2 (300 m Agentlik tərəfindən), X.Məlikaslanov küçəsi, 3-cü döngə1800m2 (300 m Agentlik tərəfindən), Amin Qəfərli küçəsi (köhnə adı Binəqədi yolu, döngə 10) 7500m2 (1250 m Agentlik tərəfindən), Binəqədi qəsəbəsi, A.İsfahani küçəsi, döngə 1 (yeni adı 18 oktyabr) 3000m2 ( 500 m Agentlik tərəfindən), III mədən, korpus 125 (yeni adı Cənub) 4860m2 (810 m Agentlik tərəfindən), M.F.Axundov küçəsində 1200m2 ( 200 m Agentlik tərəfindən), Xocəsən qəsəbəsi, Şəfəq küçəsində 1750m2 (350 m RİH tərəfindən), Çaylı küçəsi, döngə 2-də 1920m2 (320 m RİH tərəfindən), 1-ci bağlar küçəsi (şəhərciyə gedən yol) 279m2 (90 m sakinlər tərəfindən), 28 May qəsəbəsi, Qarabağ küçəsində 2100m2 (350 m Agentlik tərəfindən), yolların əsaslı təmiri işləri aparılmışdır.   

Ümumilikdə, 2025-ci ilin I rübü ərzində 7110 metr uzunluğunda 42049 m2 asfalt örtüyü salınmışdır.

Kommunal xidmətlər üzrə, o cümlədən:

su təchizatının və kanalizasiya şəbəkəsinin yaxşılaşdırılması

Rayon üzrə əhalinin içməli su təchizatının və kanalizasiya şəbəkəsinin yaxşılaşdırılması istiqamətində 2025-cü ilin 6 ayı ərzində bir sıra zəruri əhəmiyyət kəsb edən işlər həyata keçirilmişdir. Rayon ərazisində müxtəlif ünvanlarda, ümumilikdə, 686 p/m müxtəlif diametrli su xətti təmir edilərək dəyişdirilmiş və sakinlərin istifadəsinə verilmişdir. Su xətləri üzrə 6 ədəd yeni siyirtmə quraşdırılmışdır. Müxtəlif ünvanlarda 3241 ədəd su xətlərində və 7361 ədəd kanalizasiya şəbəkəsində baş vermiş qəzaların qarşısı alınmış, 214 p/m kanalizasiya xətti təmir olunaraq dəyişdirilmiş, 2621 p/m xətt isə mexaniki üsulla təmizlənmişdir. 

qaz təchizatının yaxşılaşdırılması

Rayon əhalisinin və qeyri əhali istehlakçılarının qaz təchizatının yaxşılaşdırılması, təbii qazla təhlükəsiz və fasiləsiz təmin olunması məqsədilə Bakı Regional Qaz İstismar Departamentinin Binəqədi rayonu üzrə texniki istismarı xidməti tərəfindən xidməti ərazilərdə vahid şəbəkə üzrə cari işlər görülmüşdür. Əhalinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə rayonun ayrı-ayrı ərazilərində 3939 dəfə qaz tənzimləyici şkaflar təftiş edilərək texniki baxış keçirilmiş, 3438 dəfə ərazinin müxtəlif yerlərində tənzimləmə işləri aparılmış, 3087 ədəd “Smart-Kart” tipli qaz sayğacları mexaniki sayğaclarla əvəz olunmuş, 133 ədəd qüsurlu sayğaclar yeni “Smart-Kart” tipli qaz sayğacları ilə əvəz edilmişdir. Eyni zamanda istismara yararsız qaztənzimləyici şkafların yeni müasir tipli qaztənzimləyici məntəqələrlə əvəz olunması, qaztənzimləyici stansiyaların ətrafının abadlaşdırılması, yerüstü magistral qaz xətlərinin boyanması və bəzi yerlərdə əhalinin qaz təchizatının yaxşılaşdırılması üçün yeni qaztənzimləyici məntəqələrin quraşdırılması və siyirtmələrin təftiş olunması işləri həyata keçirilmişdir.

elektrik enerjisi ilə təminat

Əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması məqsədilə rayon ərazisində 2230 metr yeni kabel xətləri çəkilmiş, 4330 metr yararsız kabel xətləri yenisi ilə əvəz edilmişdir. Gərginliyin aşağı olduğu Baksol ərazisində 1 ədəd 630 kv-luq, S.Bəhlulzadə küçəsində 1 ədəd 1600 kv-luq və Binəqədi qəsəbəsində 2 ədəd yeni 630 kv-luq transfarmotor quraşdırılıb, ayrı-ayrı ərazilərdə  3 ədəd transfarmotorlar yenisi ilə əzəz edilib, 2 ədəd əsaslı, 24 ədəd isı cari təmir edilmişdir. Bundan başqa transformator məntəqələrində mövcud elektrik qurğularına texniki xidmət göstərilmiş və cari təmir işləri aparılmış, TM və KTM-lərin ətrafında abadlıq-təmizlik işləri həyata keçirilmişdir. 

istiliklə təminat

Əhalinin istiliklə təmin edilməsi və bu sahədə mövcud olan problemlərin həlli məqsədilə rayon ərazisində “Azəristiliktəchizat” ASC-nin 3, 15 və 20 saylı İstilik Sistemləri İstismar Sahələri fəaliyyət göstərir. 2024-2025-ci illərin qış mövsümündə 33 ədəd məhəllədaxili istilik qazanxanaları və 15 istilik məntəqələri ilə 527 yaşayış binası, 13 məktəb, 10 uşaq bağçası, 9 səhiyyə müəssisəsi, 302 digər təyinatlı binalar istiliklə təmin olunmuşdur. İstilik təchizatında mövcud olan problemlərin aradan qaldırılması və əhalinin fasiləsiz istiliklə təmin edilməsi məqsədilə rayon ərazisində ayrı-ayrı ünvanlarda məhəllədaxili istilik xətlərində 803 metr müxtəlif diametrli istismara yararsız boru xətləri yenisi ilə əvəz edilmiş və aşağı paylama istilik xətlərinə mütəmadi olaraq nəzarət edilmiş, qazanxanalara texniki baxış keçirilmiş və cari təmir işləri aparılmışdır.

Keçidlər