2025-ci il - YANVAR-OKTYABR
Binəqədi Rayon İcra Hakimiyyətinin 2023-2025-ci illər üzrə fəaliyyətinin səmərəlilik göstəriciləri üzrə hesabatı
Azərbaycan Respublikasının Prezidentinin 30 yanvar 2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsini təmin edən “Dövlət Nəzarəti İnformasiya Sistemi” yaradılmışdır.
Sözügedən sistemdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbələri tərəfindən hazırlanan məlumatlar tələb olunan meyarlara və icra intizamına uyğun yerləşdirilir.
DNİS tərəfindən tapşırıqların icrasının qiymətləndirilməsi metodologiyasına əsasən qiymətləndirilmə zamanı aşağıdakı meyarlar əsas götürülür:
- icra intizamı gözlənilməklə tələb olunan vaxtda (icra müddəti olan, İcra müddəti olmayan və mütəmadi) hesabatın sistemə daxil edilməsi;
- tapşırıq üzrə görülmüş işlərə dair əsaslandırılmış arayışlar və müvafiq təsdiqedici sənədlər (məktub və digər yazışmalar, keçirilmiş tədbirlərə dair fotoşəkilllər, videoçarxlar, RİH-in rəsmi internet resursunda və sosial şəbəkələrdə etdiyi paylaşımlar, məlumatların KİV-də işıqlandırılması; maarifləndirici və təbliğat xarakterli paylaşımlar və s.);
- hesabat və təsdiqedici sənədlərin qiymətləndirmə dövrü üzrə tapşırığın mahiyyətinə uyğun olması
Hazırkı hesabat Binəqədi Rayon İcra Hakimiyyətinin 2023-2024-cü illər və 2025-ci ilin ilk 10 ayı ərzində görülmüş işlər, əldə olunmuş nəticələr və fəaliyyətin effektivliyinin qiymətləndirilməsi məqsədilə hazırlanmışdır.
ƏSAS SƏMƏRƏLİLİK GÖSTƏRİCİLƏRİ:
|
İcraçı qurumun adı |
illər |
Orta tamam lanma faizi (%) |
Cəmi |
İcra edil mişdir |
İcra edilmişdir |
Qismən icra edilmişdir |
İcra edilmə mişdir |
Məlumat təqdim edil məyib |
İcraya verilib |
Qiymət ləndirmə gözləyir |
Qiymət ləndirilmir |
|
|
İcrası tamam lanmışdır |
İcrası davam edən |
|||||||||||
|
Binəqədi RİHi |
2023 |
81.98% |
268 |
146 |
37 |
109 |
72 |
3 |
1 |
21 |
1 |
24 |
|
2024 |
83.19% |
302 |
163 |
97 |
66 |
52 |
0 |
13 |
31 |
8 |
35 |
|
|
2025-ci il - 10 ay |
84.02% |
327 |
186 |
130 |
56 |
38 |
1 |
19 |
29 |
0 |
54 |
|
NƏTİCƏ:
Son üç illik göstəricilər Binəqədi Rayon İcra Hakimiyyətinin fəaliyyətində səmərəlilik və idarəetmə keyfiyyətinin yüksəlişini nümayiş etdirir. 2023-cü ildə 81,98% olan icra faizi 2024-cü ildə 83.19%-ə, 2025-ci ilin ilk 10 ayında isə 84.02%-ə çatmışdır. Bu artım davamlı idarəetmə islahatlarının və icra intizamının güclənməsinin nəticəsidir.
Aparılmış təhlil göstərir ki, 2023- 2025-ci illər ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin fəaliyyətində:
- İcra intizamı və nəzarət mexanizmləri gücləndirilmişdir;
- Layihələrin vaxtında tamamlanma faizi artmışdır;
- Dövlət nəzarəti sisteminin tətbiqi idarəetmədə şəffaflıq və hesabatlılığı artırmışdır.
Cari ilin 10 ayı ərzində DNİS elektron sistemə Binəqədi RİH-in əsas və digər icraçı statusunda müəyyən olunduğu ümumilikdə 327 fərman və sərəncamların icrası ilə bağlı tapşırıq yüklənmişdir. Onlardan 54 tapşırığın icrası ilə bağlı “qiymətləndirmir” statusu seçilmişdir. Qalan 273 tapşırığın cari dövrə olan icra vəziyyətinin qiymətləndirilmə statusu aşağıdakı kimidir:
Göründüyü kimi, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən icrası təmin edilmiş 186 tapşırığın qiymətləndirilməsi müsbət səciyyələndirilmişdir. 38 tapşırığın icra vəziyyəti “Qismən icra edilmişdir” və “Cari dövr üzrə qismən icra edilmişdir” statusunda qiymətləndirilmişdir.
RİH-in əsas icraçı qismində müəyyən edildiyi, “İcra edilməmişdir” statusunda olan olan 1 tapşırıqla bağlı aidiyyəti qurumlarla işlər davam etdirilir, cari ilin sonunadək yekubnlaşdırılması nəzərdə tutulub. Qeyd olunanlarla yanaşı, 19 tapşırıq “Məlumat təqdim edilməyib” və 29 tapşırıq “İcraya verilib” statusuda müəyyən edilmişdir. DNİS sisteminə tapşırıqların nəticəsi ilə bağlı məlumatların qiymətləndirilməsi məqsədi ilə sistemə yüklənmədə limit müəyyən edilmişdir (il ərzində eyni tapşırıqla bağlı 2 dəfə). Ümumilikdə, qeyd olunan tapşırıqlarla bağlı görülmüş işlərə dair məlumatların cari ilin sonunadək yüklənməsi icra olunacaqdır (tapşırıqların bir qismi ilə bağlı əsas icraçı qismində müəyyən edilmiş aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına RİH tərəfindən müraciətlər ünvanlanmış, müvafiq təkliflər hazırlanmış və bu istiqamətdə müvafiq işlər davam etdirilir).
|
İcraçı qurumun adı |
illər |
Orta tamam lanma faizi (%) |
Cəmi |
İcra edil mişdir |
İcra edilmişdir |
Qismən icra edilmişdir |
İcra edilmə mişdir |
Məlumat təqdim edilməyib |
İcraya verilib |
Qiymət ləndirmə gözləyir |
Qiymətlən dirilmir |
|
|
İcrası tamam lanmışdır |
İcrası davam edən |
|||||||||||
|
Binəqədi RİH |
2025-ci ilin 10 ayı |
84.02% |
327 |
186 |
130 |
56 |
38 |
1 |
19 |
29 |
0 |
54 |
|
Əsas icraçı: |
91.27% |
100 |
57 |
34 |
23 |
1 |
1 |
4 |
21 |
0 |
16 |
|
|
Digər icraçı: |
81.49% |
227 |
129 |
96 |
33 |
37 |
0 |
15 |
8 |
0 |
38 |
|
TÖVSİYƏLƏR
- “Dövlət Nəzarəti İnformasiya Sistemi” vasitəsilə icra məlumatlarının real vaxt rejimində yenilənməsi təmin edilsin;
2. Yerli struktur bölmələr arasında koordinasiya daha da təkmilləşdirilsin;
3. Layihələrin nəticə əsaslı monitorinq mexanizmləri genişləndirilsin;
4. Rəqəmsal idarəetmə və hesabatlılıq sahəsində təlimlər gücləndirilsin.









