Şriftin ölçüsü :

Saytın rəngi :

BİNƏQƏDİ RAYON MƏNZİL-KOMMUNAL TƏSƏRRÜFATI BİRLİYİ

   

Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının  09 fevral 1996-cı il tarixli, 200 saylı sərəncamı və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 01 mart 1996-cı il tarixli, 149 saylı sərəncamına əsasən yaradılmışdır.

Birlik tabeliyində 11 Mənzil-Kommunal İstismar Sahəsi, Nəqliyyat Sahəsi və Təmizlik sahəsinin rəhbərlik orqanı kimi, hüquqi şəxs hüquqlarından istifadə edir, müstəqil balansa, bank hesablarına və digər hesablara malik olub, qismən büdcədən maliyyələşdirilməklə, təsərrüfat hesabı əsasında fəaliyyət göstərir, öz işində Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və Binəqədi Rayon İcra Hakimiyyətinə tabedir.

Birlik öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Qanunlarını və digər normativ aktları, Bakı Şəhər İcra Hakimiyyətinin və müvafiq struktur bölməsinin qərar və sərəncamlarını, Binəqədi Rayon İcra Hakimiyyətinin qərar və sərəncamlarını, habelə 24 noyabr 1999-cu il tarixdə təsdiq olunmuş nizamnaməsini rəhbər tutur.

Binəqədi rayon MKTB-nin məqsəd və vəzifələri:

-xidməti ərazisində yerləşən binalarda mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin mühəndis texniki qurğularının saxlanması və cari təmiri

-yaşayış binalarında yaşayış və qeyri-yaşayış sahələrini təyinatı üzrə istifadəsinə nəzarət etmək

-xidməti ərazisinin sanitar təmizliyini tabeliyindəki sahələrin gücü ilə təmin etmək

-xidməti və digər təhkim olunduğu ərazilərdə məişət tullantılarının idarə olmaqla daşınmasını təşkil etmək

-əhali və müxtəlif obyektlərdən (iaşə, kommersiya, müxtəlif dövlət və qeyri-dövlət qurumlarından) göstərilən xidmətin haqqını yığıb, aidiyyatı üzrə ödənişi yerinə yetirmək

 Binəqədi rayon MKTB-nin xidməti ərazisi və binaların dislokasiyası

 Birlik 61700 nəfərə xidmət etməklə, ərazisi 6, 7, 8, 9-cu mikrorayonları, Naxçıvani küçəsini, Dərnəgül yaşayış massivini, Biləcəri və Binəqədi qəsəbəsinin məhdud sahəsini əhatə edir.

 Birliyin balansında 111 ədəd birmərtəbəli, 11 ədəd ikimərtəbəli, 2 ədəd üçmərtəbəli, 6 ədəd dördmərtəbəli, 86 ədəd beşmərtəbəli, 2 ədəd yeddimərtəbəli, 159 ədəd doqquzmərtəbəli, 5 ədəd onmərtəbəli, 6 ədəd on iki mərtəbəli, 7 ədəd on altı mərtəbəli və 1 ədəd on səkkiz mərtəbəli bina yerləşir.

Binəqədi rayon MKTB-nin struktur şöbələri

Birlikdə bir aparat və on iki sahə olmaqla, ümumilikdə 800-dən yuxarı işçi çalışır.

Aparat: rəis, baş mühəndis, rəisin müavini olmaqla dörd şöbədən (Ümumi, Mühasibatlıq, Mənzil Təsərrüfatının İstismarı və Kommunal Təsərrüfat şöbələri) ibarətdir.

Xidməti sahələri: 1 saylı MKİS, 72 saylı MKİS, 79 saylı MKİS, 80 saylı MKİS, 92 saylı MKİS, 95 saylı MKİS, 102 saylı MKİS, 106 saylı MKİS, 107 saylı MKİS, 108 saylı MKİS, 117 saylı MKİS, Təmizlik Sahəsi və Nəqliyyat Sahəsindən ibarətdir.

Birliyin rəhbərliyi: 

Birliyin rəisi: Zamanov Elmin Elbəyi oğlu

Rəis müavini: Qasım Əbdürəhmanov

Baş mühəndis: Vəli Əliyev

Ünvan: M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsi 10

Telefon: (012) 447-21-32

Faks: (012) 447-21-32

Rayon ərazisində Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 və 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin 78, 113, 145, 154 saylı Mənzil-Kommunal İstismar Sahələri və Müdafiə Nazirliyinin Mənzil-Kommunal İstismar Sahəsi əhaliyə xidmət göstərir.

Qəbul qrafiki

Vəzifəsi

Soyadı,adı və atasının adı

Əlaqə            telefonları

Qəbul gunləri

və saatları

Rəis

Zamanov Elmin Eləyi oğlu

(012) 447-21-32

II gün

saat 1000-1300

Keçidlər