Qafarov Kəmaləddin Nəsrəddin oğlu – Milli Məclisin üzvü, Səhiyyə Komitəsinin üzvü
7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirmişdir. Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavinidir. Rus və türk dillərini bilir.
2015, 2020 və 2024-cü illərdə 9 saylı Binəqədi İkinci Seçki dairəsindən V, VI və VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Səhiyyə Komitəsinin üzvüdür.
Ailəlidir, dörd övladı var.









