“Nəsimi” metro stansiyası
Nəsimi metro stansiyasının inşasına 2006-cı ildə başlanılmışdır və 2008-ci ilin oktyabrında istifadəyə verilmişdir.Metro stansiyanın 6 və 9-cu mikrorayon istiqamətlərinə çıxışları var.Stansiyanın platformasının uzunluğu 102 metr, eni 15 metrdir.9 oktyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Metropoliteninin “Nəsimi” stansiyasının açılışında iştirak etmişdir.