335 nömrəli tam orta məktəb
Adı: |
335 nömrəli tam orta məktəb |
Ünvan: |
Binəqədi qəsəbəsi, mədən 2 korpus 93 |
Telefon: |
|
Yaranma tarixi: |
2022 |
Neçə növbəlidir: |
1 |
Şagird yerlərinin sayı: |
1600 |
İşçilərin sayı: |
63 |
Adı, soyadı və atasının adı: |
Aynurə Nəzərli Əli |
Təvəllüdü: |
06.02.1979 |
Təhsili: |
Ali |
Stajı: |
15 |
Neçənci ildən məktəbin direktorudur: |
2024 |
Ailə üzvlərinin sayı: |
4 |
Məktəbin layihəsi Binəqədi rayonu ərazisində yerləşən məktəblərdə şagird sıxlığı ilə əlaqədar yeni ümumi təhsil müəssisəsinin tikintisinə zərurət yarandığından Prezident İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə əhali sıxlığı və məktəb tutumu nəzərə alınaraq hazırlanıb. Tikintisinə 2020-ci ilin noyabrında başlanılan 1600 şagird yerlik məktəbdə 63 sinif, 4 informatika otağı, 2 məktəbə qədər hazırlıq otağı, 5 STEAM otağı, 2 idman zalı, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika kabineti, kimya və biologiya laboratoriyaları, kitabxana, 200 yerlik yeməkxana və 520 nəfərlik akt zalı yaradılıb. Dördmərtəbəli binanın ümumi sahəsi 17 min 254 kvadratmetrdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 sentyabr 2022-ci il tarixində Bakının Binəqədi rayonunda yeni inşa olunan 335 nömrəli tam orta məktəbin açılışında iştirak edib.