Şriftin ölçüsü :

Saytın rəngi :

Tərlan Heybətov adına "Vətən" İdman Liseyi

 
Adı:                                                         Vətən İdman Liseyi
Ünvan: 7-ci mikrorayon S. S.Axundov küçəsi 95
Telefon: (012) 561-83-77
Yaranma tarixi: 1967
Neçə növbəlidir: 1 növbəlidir
Şagird yerlərinin sayı: 1020
İşçilərin sayı: 107

Rəhbərlik haqqında məlumat

Adı, soyadı və atasının adı: Tərminə Ağaəli qızı Əsədova               
Təvəllüdü: 03.04.1961
Təhsili: Ali
Stajı: 21
Neçənci ildən məktəbin direktorudur: 2017
Ailə üzvlərinin sayı: 4
 
Tərlan Heybətov adına “Vətən” İdman Liseyi 2022-ci ildə Binəqədi rayonu 7-ci mikrorayon S.S.Axundov küçəsi-95 ünvanında yerləşən 126 nömrəli tam orta məktəbin bazasında yaradılıb. Birinci Qarabağ müharibəsi şəhidi Tərlan Heybətovun adını daşıyan 600 şagird yerlik Liseydə dövlət əsaslı vəsait qoyuluşu hesabına aparılan yenidənqurma işləri 2024-cü ilin dekabrında başa çatdırılıb. 04 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev liseydə aparılmış yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Liseyin əsaslı təmir olunmuş tədris korpusunda 22 sinif otağı var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib.

Bu korpusda kimya, fizika, biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, 240 yerlik akt zalı, inzibati və yardımçı otaqlar yerləşir. Liseydə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir.

Təhsil ocağının idman korpusunda isə universal zal (basketbol, voleybol, gimnastika, qılıncoynatma və s.) və güləş zalı əsaslı təmir olunub. Bundan əlavə, trenajor, cüdo zalı, fizioterapiya otağı, reabilitasiya idman zalı, buxar və yardımçı otaqlar yenidən qurulub.

Layihə çərçivəsində 100 nəfərlik yataqxana korpusu da əsaslı təmir olunub. Buradakı yeməkxana 220 nəfər üçün nəzərdə tutulub. Korpusdakı mətbəx, camaşırxana və digər yardımçı otaqlar da ən müasir avadanlıqlarla təchiz edilib.

Təhsil ocağının həyətində geniş abadlıq işləri görülüb.

Keçidlər