4 saylı DOST Mərkəzi
Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan agentliyin sayca 4-cü DOST Mərkəzi əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, əlillik, əmək və məşğulluq, övladlığa götürmə, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza sahələri üzrə bütövlükdə 132 xidmət göstərir.
4 saylı DOST Mərkəzində gün ərzində qəbul edilən təxmini vətəndaş sayı 500-600 nəfərdir.
Mərkəzdə il ərzində 125-130 min vətəndaşa “bir pəncərə” prinsipi ilə məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin sosial-hüquqi, sosial-məişət xidmətləri, sosial-pedaqoji xidmət olmaqla, ümumilikdə 160 adda xidmət göstərilir. Mərkəzdə “Könüllü DOST” proqramı üzrə 50 nəfərədək könüllü fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 mart 2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən 4 saylı DOST Mərkəzinin açılışında iştirak etmişdir.