Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 12) 562-48-32; 1646

Radio "Antenn" 101 FM

 Antenn MTK-nın radiosu - radio "Antenn" 101 FM 1998-ci ildən fəaliyyət göstərir. Şirkətin həmtəsisçiləri Rüstəm Qədim oğlu Əliyev (Prezident) və Rövşən Novruz oğlu Cavadovdur (Vitse-prezident). 2000-ci ilin fevralında radiokanal - Radio "Antenn 101 FM" yayıma başladı. Bu vaxt ərzində radionun stabil dinləyici auditoriyası formalaşıb, əhatə coğrafiyası daha da genişlənib. Radionun yayımladığı verilişləri Azərbaycanın bütün rayonlarında dinləmək mümkündür. Radionun yayımı dünya standartlarına uyğun avadanlığa sahib Almaniyanın "Rohde & Schvartz" və italiyanın “DB Electronica” firmalarının istehsalı olan 1-2,5 kwаt gücü olan 8 ötürücü vasitəsi ilə həyata keçirilir. Efirə çıxan bütün proqramlar Azərbaycan dilindədir. Şirkət xəbərlər, siyasi, tematik, musiqi proqramları yayımlayır və audio-video reklamlar hazırlayır.
Ünvan:  Binəqədi rayonu, Azadlıq prospekti 189
Telefon: (012) 565-31-01

Keçidlər