Şriftin ölçüsü :

Saytın rəngi :

Fab Boya və Kimya sənayesi MMC

 

Azərbaycan inşaat sektorunun qabaqcıl şirkətlərindən olan "FAB Boya və Kimya Sənayesi MMC" 2001-ci ildən fəaliyyət göstərir. Şirkət ilk olaraq boya məhsulları istehsalına başlamış, bu kateqoriyadan su əsaslı, sintetik, sellülozik boya məhsulları və həllediciləri istehsal etmişdir. Müəssisədə 2006-cı ildən Almaniya layihəsi əsasında müasir tələblərə cavab verən "Polimerlər" fabriki fəaliyyətə başlamışdır. Bu istehsal sahəsində PVA əsaslı müxtəlif yapışdırıcılar, akrilik bağlayıcılar və s. istehsal olunur. Müəssisənin 300 nəfərdən çox işçisi vardır. Hal hazırda ixrac yoxdur,  lakin 10 ölkə üzərində ixrac yönümlü danışıqlar aparılır. Müəssisənin direktoru Kənan Məhərrəmovdur.
Ünvan AZ1106, Binəqədi rayonu, Xutor yaşayış sahəsi ev sıra 15 mənzil 79
 
İstehsal etdiyi məhsulun adı
Məhsulun xüsusiyyəti
Məhsulun satışa buraxıldığı ölçü
Fab akril  Akrilik kopolimer emulsiya əsaslı, mat görünümlü dekorativ çöl divarlar üçün son qat boyadır 25 kq (plastik qabda)
Fab akrilik məcun Karbohidrogen bağlayıcı əsaslı, tərkibində metallik alüminium tozu olan son qat boyadır  15 kq  (dəmir qabda)
Fab alümin boya Karbohidrogen bağlayıcı əsaslı, tərkibində metallik alüminium tozu olan son qat boyadır  15 kq  (dəmir qabda)
Fab binder Akrilik kopolimer emulsiya əsaslı, yüksək keyfiyyətli, şəffaf, iç və çöl divar astarıdır 4 l (plastik qabda)
Fab boya sökücü Tərkibində turşu yoxdur, yandırıcı xassəyə malik deyil, qatı olduğu üçün həm dik, həm də üfiqi səthlərdə istifadə edilə bilər 0,75 l (dəmir qabda)
Fab hammerton silver grey Stiren alkid əsaslı, çəkiclənmiş metal görünüşlü, hava qurumalı son qat boyadır 0,85 -2,5 l (dəmir qabda)
Fab mobiteks taxta qoruyucu  Alkid bağlayıcı əsaslı, şəffaf görünüş verən, xüsusi tərkibli taxta qoruyucudur 15 l (dəmir qabda)
Fab mərmər və qranit yapışdırıcısı  Poliefir əsaslı, 2 komponentli, universal mərmər, qranit, təbii və süni daş yapışdırıcısıdır 1,2 kq (dəmir qabda)
Fab plastik Akrilik kopolimer emulsiya əsaslı, mat görünüşlü dekorativ son qat iç divar boyasıdır 25 kq (plastik qabda)
Fab plus Akrilik kopolimer emulsiya əsaslı, yüksək keyfiyyətli, silinəbilən mat görünümlü dekorativ son qat iç divar boyasıdır 25 kq (plastik qabda)
Fab poliester məcun  Poliefir əsaslı istifadəyə hazır elastik məcundur 3 kq (dəmir qabda)
Fab sellülozik parlaq boya  Nitrosellüloza əsaslı, hava qurumalı, parlaq son qat boyadır 2,5 l  (dəmir qabda)
Fab sellülozik dolğu vernik  Sellülozik əsaslı hava qurumalı, son qat laklara düzgün səth hazırlamaq məqsədi ilə istifadə edilən doldurucu lakdır 12 kq  (dəmir qabda)
Fab sellülozik mat lak  Nitroselluloza əsaslı, hava qurumalı, düzgün mat görüntü verən son qat lakdır 15 l (dəmir qabda)
Fab sellülozik parlaq lak  Nitrosellüloza əsaslı, hava qurumalı, şəffaf görüntü verən parlaq son qat lakdır  15 l (dəmir qabda)
Fab sellülozik tiner  Yüksək keyfiyyətli həlledicilərdən alınmış sellülozik həlledicidir 12 l (dəmir qabda)
Fab sil Akrilik kopolimer əsaslı,yüksək keyfiyyətli, mat görünümlü,yüksək örtücülüyə malik,silikonlu,silinəbilən,dekorativ son qat iç divar boyasıdır 25 kq (plastik qabda)
Fab silan  Akrilik kopolimer silikon əsaslı, mat görünüşlü, yüksək örtücülüyə malik, silinə bilən, dekorativ son qat fasad boyasıdır  25 kq  (plastik qab)
Fab silan astar  Silikonlu emulsiya əsaslı, piqmentli, yüksək bağlayıcı gücə malik çöl cəbhə boya astarıdır 16 kq  (plastik qabda)
Fab sintetik antipas  Alkid bağlayıcı əsaslı yüksək pas önləmə gücünə malik sintetik astardır 15 l (dəmir qabda)
Fab sintetik cızılmayan parlaq parket lakı  Parket döşəmə, taxta plitə və mozaikaları yağ, çay, qəhvə və içki kimi maddələrə qarşı qoruyur, məişətdə istifadə olunan təmizlik vasitələrinə qarşı davamlıdır 3,5 l  (dəmir qabda)
Fab sintetik laklı taxta qoruyucu  Uretan alkid bağlayıcı əsaslı, yüksək hopdurucu gücə malik, asan tətbiq edilə bilən, taxtanın görüntüsünü pozmadan rəngləndirən dekorativ parlaq taxta qoruyucudur 2,5 l (dəmir qabda)
Fab sintetik luks parlaq boya  Alkid bağlayıcı əsaslı üstün xüsusiyyətlərə malik yüksək keyfiyyətli sintetik parlaq son qat boyadır 15 l (dəmir qabda)
Fab sintetik mat boya Alkid bağlayıcı əsaslı yüksək keyfiyyətli dekorativ mat boyadır  15 l  (dəmir qabda)
Fab sintetik parlaq boya Alkid bağlayıcı əsaslı üstün xüsusiyyətlərə malik sintetik parlaq son qat boyadır 15 l (dəmir qabda)
Fab sintetik parlaq parket lakı Tək komponentli, modifiye edilmiş, uretan alkid bağlayıcı əsaslı, asan tətbiq edilə bilən, parlaq parket lakıdır 15 l  (dəmir qabda)
Fab sintetik super mat boya  Alkid bağlayıcı əsaslı yüksək keyfiyyətli dekorativ mat boyadır  15 l (dəmir qabda)
Fab sintetik yat vernik  Tək komponentli, uretan alkid bağlayıcı əsaslı, üstün xüsusiyyətlərə malik, asan tətbiq edilə bilən lakdır 15 l (dəmir qabda)
Fab su-tut Akrilik kopolimer emulsiya əsaslı, tək komponentli, istifadəyə hazır, elastik, hər cür səthə rahat tətbiq edilə bilən, ağ rəngli (üzəri boyana bilən) dekorativ su izolyasiya  25 kq (plastik qabda)
Fab super plus Akrilik kopolimer emulsiya əsaslı, yüksək keyfiyyətli, dəfələrlə silinə bilən mat görünüşlü dekorativ son qat iç divar boyasıdır 25 kq (plastik qabda)
Fab tavan Akrilik kopolimer emulsiya əsaslı, mat görünüşlü dekorativ iç tavan boyasıdır 25 kq (plastik qab)
Fab tekstur Akrilik kopolimer əsaslı, mat görünüşlü, yüksək örtücülüyə malik, nəmə və suya dayanıqlı dekorativ son qat fasad boyasıdır 25 kq (plastik qab)
Fab universal tutkal Polivinil asetat və su əsaslı, ümumi istifadə üçün yararlı, taxta, kağız, örtmə və yapışdırma işlərində istifadə edilən, quruduqdan sonra möhkəm və elastik təbəqə yaradan, kiflənməyən, qoxusuz, yüksək yapışma gücünə malik, ağ rəngli yapışdırıcıdır 25 kq (plastik qabda)
Fab yol cizgi boyası Qısa yağlı, alkid əsaslı yol cizgi boyasıdır 15 l (dəmir qabda)
Fabkim flex porselen  Sement əsaslı, temperatur dəyişmələrinə, suya və dona dayanıqlı, yüksək yapışma özəlliyinə malik, normal sərtləşən elastik kafel və keramika yapışdırıcısı 25 kq (kisə)
Fabkim hidrostop  Maye silikon əsaslı, inşaat materiallarının üzərlərinə hopdurularaq su önləyicilik verən, solventli və şəffaf su izolyasiyası materialıdır 12 l (dəmir qabda)
Fabkim izofleks komponent  Kafel bə bənzər materialları yapışdırmadan öncə su və nəmə qarşı istifadə edilən, beton və ya sement əsaslı zəmin və divarlara uyğun, 2 komponentli (toz+maye) sement əsaslı tam elastik su izolyasiya materialı A 25 kq+ B 12 l
Fabkim net Tərkibində hidroxlor və fosfor turşusu var. Sement qalıqlarını çox qısa müddətdə çıxarır. Keramik plitələr (yer, divar, farfor plitələr) və bu kimi döşəmə materiallarının üzərində qalan dərz qalıqları və inşaat sonrası ləkələrə uyğundur 1 l (plastik qabda)
Fabkim pool - bəyaz Sement əsaslı, suya və dona dayanıqlı, yüksək yapışma özəlliyinə malik elastik kafel yapışdırıcısıdır,  əsasən hovuz və islaq məkanlara döşənəcək plitələrin yapışdırılmasında mükəmməl nəticə göstərir 25 kq (kisə)
Fabkim standart Sement əsaslı, suya dayanıqlı, yüksək yapışma özəlliyinə malik yer və divar üçün keramika yapışdırıcısı 25 kq (kisə)
Fabkontakt Xam beton üzərinə tətbiq ediləcək alçı və sement əsaslı suvaqlardan öncə səthin yapışqanlığını artırmaq məqsədiylə istifadə edilən polimerlə modifikasiya edilmiş qətran əsaslı iç və çöl cəbhə astarıdır 25 kq  (plastik qabda)
Mega aqua start  Tək komponentli, istifadəyə hazır, su əsaslı  parket lakı astarıdır 5 l (plastik qabda)
Mega aqua ipəkmat  Tək komponentli, su əsaslı, istifadəyə hazır, ipəkmat parket lakıdır 5 l (plastik qabda)
Mega aqua parlaq lak  Tək komponentli, su əsaslı, istifadəyə hazır, parlaq parket lakıdır 5 l (plastik qabda)
Mega tutkal Su əsaslı Poly Vinil Asetat (PVA) tərkibli, ümumi istifadə üçün yararlı, taxta, kağız, örtmə və yapışdırma işlərində istifadə edilən, yüksək yapışma gücünə malik, homopolimer yapışdırıcıdır 10 kq (plastik qabda)
Megaastar Akrilik kopolimer əsaslı, silikonlu, yüksək yapışma gücünə malik, örtücü, iç cəbhə və fasadlarda istifadə olunan astardır 20 kq  (plastik qabda)
Megadekor Akrilik əsaslı, mat görünüşlü, yüksək elastikliyə, yapışma gücü və örtücülüyə malik, asan tətbiq edilən, silinə bilən yüksək keyfiyyətli dekorativ son qat divar kağızı boyasıdır 10 kq (plastik qabda)
Megadolğu Sellülozik əsaslı, hava qurumalı, tez quruyan, doldurucu lakdır 15 l (dəmir qabda)
Megafasko Akrilik kopolimer əsaslı, mat görünüşlü, tənəffüs edə bilən, yüksək yapışma gücünə və örtücülüyə malik, çöl şəraitinə, günəş şüalarına və suya qarşı davamlı, asan tətbiq edilən, yüksək keyfiyyətli dekorativ son qat fasad boyasıdır 25 kq (plastik qabda)
Megaip Akrilik kopolimer əsaslı, parlaq görünüşlü, yüksək örtücülüyə və yapışma gücünə malik, dəfələrlə silinə və yuyula bilən, asan tətbiq edilən, sərt, yüksək keyfiyyətli dekorativ, parlaq son qat iç cəbhə boyasıdır 20 kq (plastik qabda)
Megaipək Akrilik kopolimer əsaslı, parlaq görünüşlü, yüksək yapışma gücünə və örtücülüyə malik, dəfələrlə silinə və yuyula bilən, çöl şəraitinə, günəş şüalarına və suya qarşı davamlı, asan tətbiq edilən, sərt, yüksək keyfiyyətli dekorativ son qat fasad  boyasıdır 20 kq  (plastik qabda)
Megaplus Akrilik kopolimer əsaslı, mat görünüşlü, dəfələrlə silinə və yuyula bilən, tənəffüs edə bilən, yüksək yapışma gücünə və örtücülüyə malik, asan tətbiq edilən, yüksək keyfiyyətli dekorativ son qat iç cəbhə boyasıdır  25 kq (plastik qabda)
Megasil  Akrilik kopolimer və silikon əsaslı, dəfələrlə silinə və yuyula bilən, tənəffüs edə bilən, yüksək yapışma gücünə və örtücülüyə malik, asan tətbiq edilən, yüksək keyfiyyətli dekorativ, mat görünüşlü son qat iç cəbhə boyasıdır  25 kq  (plastik qabda)
Megasilan Akrilik kopolimer əsaslı, silikonlu, tənəffüs edə bilən, yüksək yapışma gücünə və örtücülüyə malik, çöl şəraitinə, günəş şualarına və suya qarşı davamlı, su qovucu xüsusiyyətə malik, asan tətbiq edilən, yüksək keyfiyyətli dekorativ mat görünüşlü son qat fasad boyasıdır 25 kq (plastik qabda)
Megasədəf astar Akrilik kopolimer əsaslı, mat görünüşlü, tənəffüs edə bilən, yüksək yapışma gücünə və örtücülüyə malik, asan tətbiq olunan, yüksək keyfiyyətli sədəf boya astarıdır 1 kq (plastik qabda)
Megasədəf silver Akrilik kopolimer əsaslı, dəfələrlə yuyula və silinə bilən, tənəffüs edə bilən, parlaq görünüşlü, yüksək yapışma gücünə malik, asan tətbiq edilən, sədəf pigmentlər ilə rəngləndirilmiş, yüksək keyfiyyətli dekorativ parlaq son qat iç cəbhə boyasıdır 1 kq (plastik qabda)

 

Keçidlər