Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev adına mədəniyyət və istirahət parkı

 
Heydər Əliyev adına istirahət parkının əsası 2001-ci ildə qoyulmuş, 2013-cü ildə yenidən qurulmuşdur. Açılışında möhtərəm Prezidentimiz cənab İlham Əliyev iştirak etmişdir.
Ərazisi 6 hektardır. Parkda 1 ədəd musiqili və rəqs edən fəvvarə, çoxsaylı uşaq əyləncə qurğuları, istirahət guşələri, fəvvarələr və şəlalər inşa edilmişdir. Yenidənqurma işlərinə yerli və xarici mütəxəssislər cəlb edilib.
Parkda xaricdən gətirilən və ölkəmizdə yetişən 600-dən çox ağac, kol, gül, ot, çiçək və digər bitki növləri əkilmişdir. Burada relyef nəzərə alınmaqla müasir üslubda hazırlanmış körpülərdən, şəlalələrdən, fəvvarələrdən, çeşmələrdən və digər kiçik memarlıq elementlərindən geniş və məharətlə istifadə olunub.
Uşaqlar üçün müxtəlif attraksionlar, yelləncəklər və digər idman və oyuncaq elementləri quraşdırılıb. Parkın mərkəzində müasir texnologiyalardan istifadə etməklə milli və dünya musiqi nümunələrindən təşkil olunmuş kompozisiyalardan ibarət musiqili fəvvarə buraya xüsusi yaraşıq verməklə yanaşı, istirahət edənlərin könlünü oxşayır.
Park binəqədililərin ən kütləvi istirahət yeridir. Parkda həmçinin xalqımızın ümummilli lideri Heydər Əliyevin ayaqüstü abidəsi ucaldılmışdır.
Parkda Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binası, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Qərargahı, 1 ədəd ictimai iaşə obyekti var.
Azadlıq prospekti 179 ünvanında yerləşir.
 
 
 
 
 
 
 
 
 

 

Keçidlər