Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin birinci rübü

2017-Cİ İLİN YANVAR-MART AYLARINDA BİNƏQƏDİ RAYONUNUN SOSİAL, İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ

Sənaye.  Rayon üzrə 55932,2 min manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 51,8 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 86,4 faiz təşkil etmişdir.
Nəqliyyat. 2017-ci ilin yanvar-mart aylarında nəqliyyat sahəsində  fəaliyyət göstərən  müəssisələr tərəfindən 9585,2 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisinin 9,6 faizini təşkil etmişdir.
Rabitə. 2017-ci ilin yanvar-mart aylarında rabitə müəssisələri tərəfindən 2380,4 min manatlıq xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövründən 2,2 dəfə artmışdır.
Tikinti. 2017-ci ilin yanvar-mart aylarında rayonun sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 10432,3 min manat məbləğində investisiyadan istifadə edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 40,9 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 9141,3 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və ya əvvəlki  ilin müvafiq dövrünə nisbətən  73,0 faiz artmışdır.
Ticarət.  2017-ci ilin yanvar-mart ayları ərzində rayonun pərakəndə ticarət dövriyyəsi 2016-cı ilin eyni dövrünə nisbətən  müqayisəli qiymətlərlə 94,0 faiz təşkil edərək 326138,1 min manat olmuşdur.
Pərakəndə ticarət dövriyyəsinin 66,2 faizi ərzaq, 33,8 faizi isə qeyri-ərzaq məhsullarının payına düşmüşdur.
 İaşə. 2017-ci ilin yanvar-mart ayları ərzində əhaliyə 12839,3 min manatlıq və ya 2016-cı ilin eyni dövrünün səviyyəsinin 93,0 faizi həcmində iaşə xidmətləri göstərilmiş, onların da 42,7 faizi hüquqi şəxs statuslu müəssisələrin, 57,3 faizi isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşgul olan fiziki şəxslərin payına düşmüşdür.
Ödənişli xidmət. 2017-ci ilin yanvar-mart aylarında əhaliyə 95425,3 min manat məbləğində ödənişli xidmətlər göstərilmişdir. Ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 91,3 faiz təşkil etmişdir. Ödənişli xidmətlərin 91,8 faizi özəl sektorun müəssisələrinin payına düşmüşdür.
Əmək haqqı. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2017-ci ilin yanvar-fevral aylarında 424,2 manat və yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,5 faiz artmışdır. Sənaye sahələrində çalışanların orta aylıq əmək haqqı yanvar-fevral aylarında keçən ilin müvafiq dövrünün 98,1 faizini təşkil etməklə 475,8 manat, tikinti kompleksində isə 558,6 manat olmuşdur, keçən ilin müvafiq dövrünə nisbətən 61,7 faiz artmışdır.
 
MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR
 
 
2017-ci ilin
yanvar- mart ayları faktiki, min manat
2017-ci ilin yanvar-mart ayları 2016-cı ilin yanvar-mart aylarına nisbətən, 
faizlə
Məlumat üçün
2016-cı ilin yanvar-mart ayları 2015-ci ilin yanvar-mart aylarına nisbətən,  faizlə
Sənaye məhsulunun (işlərin, xidmətlərin) ümumi həcmi       
55932,2
151,8*
82,4* 
Əsas kapitala yönəldilən  vəsaitlər
10432,3
140,9
8,1
Əsas kapitala yönəldilmiş  ümumi investisiyadan tikinti-quraşdırma işləri        
9141,3
173,0
7,2
Yerinə yetirilmiş inşaat işlərinin həcmi
31134,5
89,1
61,3
Nəqliyyat xidmətlərinin həcmi                               
9585,2
109,6
75,1
İnformasiya və rabitə xidmətlərinin həcmi                                                      
2380,4
2,2 dəfə
51,0
Pərakəndə ticarət dövriyyəsi
326138,1
94,0
102,7
Əhaliyə göstərilən ödənişli  xidmətlər
95425,3
91,3
97,3
Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı, manat (2017-ci ilin yanvar-fevral  aylarında)
424,2
106,5
98,3
İşsizlik statusu verilmiş şəxslərin 
sayı (2017-ci il aprelin 1-nə, nəfər)
1271
87,3
132,1

 

Keçidlər