2017-ci ilin ikinci rübü
2017-Cİ İLİN APREL-İYUN AYLARINDA BİNƏQƏDİ RAYONUNUN SOSİAL-İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ
Sənaye. Rayon üzrə 81391,7 min manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 38,1 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 85,7 faiz təşkil etmişdir.
Nəqliyyat. 2017-ci ilin aprel-iyun aylarında nəqliyyat sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 14418,4 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövründən 50,9 faiz çoxdur.
Rabitə. 2017-ci ilin aprel-iyun aylarında rabitə müəssisələri tərəfindən 1566,6 min manatlıq xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövründən 77,1 faiz təşkil etmişdir.
Tikinti. 2017-ci ilin aprel-iyun aylarında rayonun sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 22568,5 min manat məbləğində investisiyadan istifadə edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 53,5 faiz artıqdır. İstifadə olunmuş vəsaitin 20851,0 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 60,7 faiz artıqdır.
Ticarət. 2017-ci ilin aprel-iyun ayları ərzində rayonun pərakəndə ticarət dövriyyəsi 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 95,6 faiz təşkil edərək 321585,2 min manat olmuşdur.
Pərakəndə ticarət dövriyyəsinin 64,3 faizi ərzaq, 35,7 faizi isə qeyri-ərzaq məhsullarının payına düşmüşdur.
İaşə. 2017-ci ilin aprel-iyun ayları ərzində əhaliyə 13080,6 min manatlıq və ya 2016-cı ilin eyni dövrünün səviyyəsinin 78,4 faizi həcmində iaşə xidmətləri göstərilmiş, onların da 41,6 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58,4 faizi isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşgul olan fiziki şəxslərin payına düşmüşdür.
Ödənişli xidmət. 2017-ci ilin aprel-iyun aylarında əhaliyə 92731,4 min manat məbləğində ödənişli xidmətlər göstərilmişdir. Ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 99,4 faiz təşkil etmişdir.
MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR
|
2017-ci ilin
aprel- iyun ayları faktiki, min manat |
2017-ci ilin aprel-iyun ayları 2016-cı ilin aprel-iyun aylarına
nisbətən,
faizlə |
Məlumat üçün
2016-cı ilin aprel-iyun ayları 2015-ci ilin aprel-iyun
aylarına nisbətən, faizlə
|
---|---|---|---|
Sənaye məhsulunun (işlərin, xidmətlərin) ümumi həcmi |
81391,7 | 138,1* | 84,8* |
Əsas kapitala yönəldilən vəsaitlər | 22568,5 | 153,5 | 32,9 |
Əsas kapitala yönəldilmiş ümumi investisiyadan tikinti-quraşdırma işləri | 20851,0 | 160,7 | 33,4 |
Yerinə yetirilmiş inşaat işlərinin həcmi | 53566,9 | 111,3 | 54,5 |
Nəqliyyat xidmətlərinin həcmi | 14418,4 | 150,9 | 68,9 |
İnformasiya və rabitə xidmətlərinin həcmi | 1566,6 | 77,1 | 81,5 |
Pərakəndə ticarət dövriyyəsi | 321585,2 | 95,6* | 101,9* |
Əhaliyə göstərilən ödənişli xidmətlər | 92731,4 | 93,5* | 98,7* |
Bir işçiyə hesablanmış orta aylıq nominal əmək haqqı, manat (2017-ci ilin yanvar-may aylarında) | 423,4 | 103,5 | 100,6 |
İşsizlik statusu verilmiş şəxslərin sayı (2017-ci il iyulun 1-nə, nəfər) | 1221 | 77,2 | 138,6 |