№ 2573 – Məscid və minarə
Binəqədi qəsəbəsi, Ramazanov küçəsində yerləşir. Binəqədi qəsəbə camaatı tərəfindən tikildiyinə görə “Came” məscidi adı verilmişdir. “Came” məscidi 1907-1914-cü illər ərzində usta Ağabala və Hüseyn qardaşlarının öz təşəbbüsü ilə tikilmişdir. “Came” məscidinin minarə hündürlüyü 32 metr, ümumi sahəsi 400 kv metrdir.
Məscidin giriş hissəsində qapının üzərində yazılan kitabəyə əsasən məscidin bu yerində hicri qəməri 234, miladı 849-cu illərdə inşa edilmişdir. 1918-ci ildə “Came” məscidi ermənilərin hücumuna məruz qalmışdır. Belə ki, məscidin minarəsi top gülləsi ilə vurulub və həmin nişanə bu günə kimi minarədə qorunur. 1983-cü ildə məsciddə yanğın baş vermiş, məscid yararsız hala düşmüşdür. 1989-cu ildə yenidən təmir edilmişdir. Orta təmirlidir və hazırda istifadə olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət tərəfindən qorunur.