Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin üçüncü rübü

2017-Cİ İLİN YANVAR-SENTYABR  AYLARINDA BİNƏQƏDİ RAYONUNUN SOSİAL, İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ

 

Sənaye.  Rayon üzrə 230514,6 min manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 9,3 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 86,5 faiz təşkil etmişdir.

Nəqliyyat. 2017-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat sahəsində  fəaliyyət göstərən  müəssisələr tərəfindən 39518,5 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövründən  37,1 faiz çoxdur.

Rabitə. 2017-ci ilin yanvar-sentyabr aylarında rabitə müəssisələri tərəfindən 5812,1 min manatlıq xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövründən 49,6 faiz çoxdur.

Tikinti. 2017-ci ilin yanvar-sentyabr aylarında rayonun sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 44164,4 min manat məbləğində investisiyadan istifadə edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 94,3 faiz təşkil etmişdir.. İstifadə olunmuş vəsaitin 38840,7 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Bu da əvvəlki  ilin müvafiq dövrünə nisbətən  91,4 faiz artıqdır.

Ticarət.  2017-ci ilin yanvar-sentyabr ayları ərzində rayonun pərakəndə ticarət dövriyyəsi 2016-cı ilin eyni dövrünə nisbətən  müqayisəli qiymətlərlə 6,7 faiz çox təşkil edərək 939828,4 min manat olmuşdur.Pərakəndə ticarət dövriyyəsinin 58,4 faizi ərzaq, 41,6 faizi isə qeyri-ərzaq məhsullarının payına düşmüşdur.

İaşə. 2017-ci ilin yanvar-sentyabr ayları ərzində əhaliyə 45507,1 min manatlıq və ya 2016-cı ilin eyni dövrünün səviyyəsinin 90,1 faizi həcmində iaşə xidmətləri göstərilmiş, onların da 37,0 faizi hüquqi şəxs statuslu müəssisələrin, 63,0 faizi isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşgul olan fiziki şəxslərin payına düşmüşdür.

Ödənişli xidmət. 2017-ci ilin yanvar-sentyabr aylarında əhaliyə 308668,6 min manat məbləğində ödənişli xidmətlər göstərilmişdir. Ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 96,5 faiz təşkil etmişdir. Ödənişli xidmətlərin 85,9 faizi özəl sektorun müəssisələrinin payına düşmüşdür.

Orta aylıq nominal əmək haqqı. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2017-ci ilin yanvar-avqust aylarında 427,5 manat və yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,8 faiz artmışdır. Sənaye sahələrində çalışanların orta aylıq nominal əmək haqqı yanvar-avqust aylarında keçən ilin müvafiq dövründən 7,6 faiz artaraq 503,8 manat, tikinti kompleksində isə 547,5 manat olmuşdur, keçən ilin müvafiq dövrünə nisbətən 41,8 faiz artmışdır.

 

MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR

 

2017-ci ilin

yanvar- sentyabr ayları faktiki, min manat

2017-ci ilin yanvar-sentyabr ayları 2016-cı ilin yanvar-sentyabr aylarına

nisbətən,

faizlə

Məlumat üçün

2016-cı ilin yanvar-sentyabr ayları 2015-ci ilin yanvar-sentyabr

aylarına nisbətən,  faizlə

Sənaye məhsulunun (işlərin,

xidmətlərin)  ümumi həcmi

230514,6

109,3*

87,2*

Əsas kapitala yönəldilən  vəsaitlər

44164,4

94,3

25,1

Əsas kapitala yönəldilmiş  ümumi investisiyadan tikinti-quraşdırma işləri

38840,7

91,4

27,3

Yerinə yetirilmiş inşaat işlərinin həcmi

162843,9

109,2

66,2

Nəqliyyat xidmətlərinin həcmi

39518,5

137,1

74,9

İnformasiya və rabitə xidmətlərinin həcmi

5812,1

149,6

61,3

Pərakəndə ticarət dövriyyəsi

939828,4

106,7

105,1

Əhaliyə göstərilən ödənişli  xidmətlər

308668,6

96,5

97,4

Bir işçiyə hesablanmış orta aylıq nominal əmək haqqı, manat (2017-ci ilin yanvar-avqust  aylarında)

427,5

104,8

99,7

 

İşsizlik statusu verilmiş şəxslərin sayı (2017-ci il oktyabrın 1-nə, nəfər)

1094

84,2

111,9

 

*)    fiziki həcm indeksi

 

 

Keçidlər