Şriftin ölçüsü :

Saytın rəngi :

2017

Binəqədi Rayon İcra Hakimiyyətinin 2017-cı ildəki fəaliyyətinə dair

HESABATI


Məlum olduğu kimi, 10 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.Ümummilli lider Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan sosial-iqtisadi inkişaf strategiyasının, onun böyük və zəngin irsinin layiqli davamçısı olan Prezident İlham Əliyev daxili və xarici siyasətdə  zəruri, davamlı, uğurlu qərarlar qəbul etməklə  Respublikamızın siyasi nüfuzunun və iqtisadi gücünün artmasına və Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunacaq bir ölkəyə çevrilməsinə nail olmuşdur.Belə ki, 2017-ci ildə  iqtisadiyyatın davamlı inkişafı, son illərdə aparılan siyasətin nəticəsində qeyri-neft iqtisadiyyatımız 2.5 faiz, o cümlədən qeyri-neft sənayesi 3.6,  kənd təsərrüfatı isə  4.1 faiz artmışdır.İlin yekunu üzrə ölkənin valyuta ehtiyatları 4.5 milyard dollar səviyyəsində artaraq, 42 milyard dollar səviyyəsinə çatmış, ixrac 19 faiz artmışdır, qeyri-neft ixracımız isə 24 faiz artmışdır. 2017-ci ildə 221 min yeni iş yeri açılmışdır ki, onların 177 mini daimi iş yeridir.Ölkəmizin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının davamlı və planlı şəkildə icrası, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı və çox sahəli infrastruktur layihələrinin realizasiyasında  müstəsna rol oynamışdır. Bütün bu inkişafın məntiqi nəticəsidir ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb.Binəqədi rayonunun sosial-iqtisadi həyatında 2017-ci il ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələr əldə olunmuşdur.Belə ki, sənaye sahəsində 2017-ci ilin yanvar-dekabr aylarında 305 milyon 56 min sənaye məhsulu istehsal edilmiş manatlıq və xidmətlər göstərilmişdir.2017-ci ilin yanvar-dekabr ayları ərzində sənaye müəssisələrində 7072 nəfər işləmiş,  müəssisələrdə orta aylıq əmək haqqı isə 502,8 manat olmuşdur.Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 39 milyon 906 min manat əsas fondlar istifadəyə verilmişdir. 2017-ci ilin yanvar-dekabr aylarında Binəqədi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 68 milyon 42 min manat məbləğində investisiya yönəldilmişdir ki, onlardan 57 milyon 938 min manatı tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Bu dövrdə tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 287 milyon 774 min manat olmuşdur. Tikintidə işçilərin orta siyahı sayı 3542 nəfər olmuşdur. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı  556,3 manat təşkil etmişdir. Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 62 milyon 606 min  manat həcmində xidmət göstərilmişdir. Ötən dövrdə nəqliyyat sektorunda 5436 nəfər işçi çalışmış, orta aylıq əmək haqqı 399,0  manat təşkil etmişdir.Rabitə müəssisələri tərəfindən Binəqədi rayonu üzrə ümumilikdə 7 milyon 99 min manatlıq xidmətlər göstərilmiş və rabitə müəssisələrində 431 nəfər işçi çalışmışdır. Orta aylıq əmək haqqı  isə 398,3 manat təşkil etmişdir.Son illərdə istehlak bazarında müsbət irəliləyişlər əldə edilmişdir. Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 1 milyard 253 milyon 104 min manatlıq istehlak malları satılmışdır.Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 422 milyon 78 min manat təşkil etmişdir. 2017-ci ilin yanvar-dekabr aylarında əhaliyə göstərilən xidmətlərin 14.8%-i dövlət müəssisələrinin payına düşmüşdür.2017-ci ilin yanvar-dekabr ayları ərzində orta aylıq nominal əmək haqqı 431 manat, qeyri-dövlət sektorunda  isə 483.5 manat olmuşdur.Ötən dövr ərzində Binəqədi rayonu üzrə işçilərin orta sayı  43193 nəfər olmuşdur.Dövlət sektorunda işçilərin orta aylıq sayı 17315 nəfər olmuş, qeyri-dövlət sektorunun payına isə 25878 nəfər düşmüşdür.2017-ci ilin 12 ayında Binəqədi rayonunda 9058 yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimi iş yerləridir. Hesabat dövründə işlə təmin olunmaq məqsədilə 3042 nəfər vətəndaş müraciət  etmişdir ki, onlardan da 2440 nəfəri işaxtaran kimi qeydiyyata alınmışdır. Bunlardan 1271 nəfəri, o cümlədən 368 nəfəri qadın olmaqla müxtəlif sahələrdə daimi işlə təmin edilmiş və 164 nəfər isə müxtəlif peşə kurslarına cəlb olunmuşdur. İşsizlik müavinəti başa çatmış vətəndaşlardan 15 nəfər Mərkəzin göndərişi ilə işlə təmin olunmuş, 662 nəfərə işsizlik statusu verilmiş,  ümumilikdə 642 nəfərə  işsizlik müavinəti təyin olunmuşdur. Əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə, 2017-сi il ərzində 1252 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir.Binəqədi Rayon Dövlət Sosial Müdafiə Fondu tərəfindən 235 nəfər tək ahıl vətəndaşa və əlilə xidmət göstərilir və həmin xidmət sektorunda 27 nəfər sosial işçi çalışır.İl ərzində 36158 pensiyaçıya xidmət göstərilmişdir. Bunlardan 23408 nəfərini yaşa görə, 9468 nəfərini əlilliyə görə, 3282 nəfərini isə ailə başçısını itirməyə görə pensiya alanlar təşkil edir.Ötən dövr ərzində Binəqədi rayonu üzrə pensiyaçılara ödənilən pensiya məbləği 102,8 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 11,5 milyon manat çoxdur. Rayon üzrə orta pensiya məbləği artaraq  224,7 manat olmuşdur.Əhalinin sağlamlığının qorunması məqsədilə, il ərzində küçə və yol kənarlarında mənşəyi məlum olmayan ərzaq məhsullarının satışının qarşısını alınması üçün Rayon İcra Hakimiyyəti Gigiyena və Epidemiologiya Mərkəzi və aidiyyəti strukturların əməkdaşları ilə mütəmadi reydlər keçirilmiş və qanunsuz pərakəndə ticarət fəaliyyəti, eyni zamanda gigiyenik normalara cavab verməyən iaşə xidmətlərinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılmış monitorinqlər zamanı aşkar olunmuş sanitar-gigiyenik nöqsanlar barəsində aidiyyəti orqanlara rəsmi məlumatlar göndərilmişdir.2017-ci il ərzində Ədliyyə Nazirliyinin reyestrinin çıxarışı əsasında sanitariya müayinələri aparılmış, 25 inzibati cərimə tətbiq edilmiş (ümumilikdə 3500 manat), 2018-ci il yanvar ayının 1-i vəziyyətinə Binəqədi rayonunda daimi qeydiyyatda olan əhalinin sayı 264 min 600 nəfər olmuşdur. Binəqədi rayonunun ərazisi 170 km2, əhalinin sıxlığı 1 km2 1556 nəfər təşkil edir. 2017-ci il yanvar-dekabr aylarında Binəqədi rayonunda 3595 nəfərin doğumu və 1420 nəfərin ölümü qeydə alınmış, təbii artım isə 2175  nəfər təşkil etmişdir.2017-ci ilin yanvar-dekabr aylarında 1832  nikah və 580 boşanma halları qeydə alınmışdır.
    2018-ci ilin yanvar ayının 1-i tarixədək Binəqədi rayon ərazisində Respublikanın işğal olunmuş bölgələrindən 49831 nəfər məcburi köçkün 12830 ailə faktiki məskunlaşmışdır. Komitənin Binəqədi Rayon sektoruna müraciət etmiş  987  məcburi köçkün  olan şəxslərə, “Məcburi köçkün” statusu verilməsi haqqında müraciətlərinə əsasən sektorun məsul əməkdaşları tərəfindən baxılmış və onlardan 970 nəfərinə “Məcburi köçkün” statusu verilmişdir. 2017-ci ilin fevralın 26-də Xocalı Soyqırımı ilə əlaqədar Goradil bağlar massivində yerləşən,  2 saylı Evtikmə Kombinatının istirahət zonasında məskunlaşmış, Xocalı şəhərindən olan sakinlərlə görüş keçirilmiş və 120 aztəminatlı və şəhid ailələrinə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq bağlaması paylanmışdır. Bununla yanaşı Xocalı şəhərindən olan məcburi köçkün ailələrinin hüzür mərasimində iştirak edilmiş və onlara maddi köməklik olunmuşdur.Bundan əlavə, Goradil bağlar massivində yerləşən,  2 saylı Evtikmə Kombinatının istirahət zonasında məskunlaşmış məcburi köçkün və şəhid ailələrinə Ramazan bayramı ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına iftar süfrələri açılmışdır.Dərnəgül yaşayış massivi, 3 saylı Evtikmə Kombinatının inzibati binasının elektrik enerjisində yaranmış problem ilə əlaqədar 4x50 ölçüdə 100 metr, Biləcəri qəsəbəsi, Dəmiryol idarəsinin emalatxanasında elektrik enerjisində yaranmış problem ilə əlaqədar 400A- faza, 10 ədəd elektrik ayırıcı, 8-ci mikrorayon, H.Hüseynov küçəsi 17, 18 saylı Bakı Peşə Litseyinin inzibati binasında elektrik enerjisində yaranmış problem ilə əlaqədar 2 ədəd 250A 3 faza ayırıcı şit və AVVQ 3x95  ölçüdə 100 metr AVVQ  elektrik kabeli,   Biləcəri qəsəbəsi, keçid 1285, Su-melorasiya idarəsinin inzibati binasının elektrik enerjisində yaranmış problem ilə əlaqədar 4*70 ölçüdə 80 metr AVVQ  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ayrılmış elektrik kabeli, sözügedən ünvana quraşdırılmışdır.Dərnəgül yaşayış massivi, A.Gəraybəyli küçəsi 39, 4 saylı Fəhlə yataqxananda baş vermiş yanğın nəticəsində yanmış 4 ailənin evləri, binanın koridoru, pilləkanləri, sanuzel qovşaqları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təmir olunmuş, sözügedən ünvanda yaşayan 2 məcburi köçkün ailəsinə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 1 aylıq kirayə pulu verilmişdir.Dərnəgül yaşayış massivi, 3 saylı Evtikmə Kombinatının inzibati binasının və Binəqədi qəsəbəsi, 4 saylı Evtikmə Kombinatının dam örtükləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təmir olunmuşdur.Binəqədi rayonu ərazisində məskunlaşmış Cəbrayıl rayonu, Cocuq Mərcanlı kənd sakini olan 4 məcburi köçkün ailəsi Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində məcburi köçkünlər üçün inşa olunmuş qəsəbədə yeni mənzillərlə təmin olunmuşlar. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində rayonumuzda ətraf mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların gündəlik rahat həyatı üçün lazım olan bütün infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmət göstərilməsinə nail olunmuş, genişmiqyaslı işlər görülmüşdür.Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq ayrı-ayrı təhsil müəssisələrinin əsaslı surətdə təmiri və yenidən qurulması işləri ardıcıl olaraq həyata keçirilmişdir.Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər Binəqədi rayonu ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi, rayonun mikrorayonlarında və qəsəbələrində yeni parklar, xiyabanlar, yaşayış məntəqələrində nümunəvi məhəllələr salınmış, park və məhəllələrdə fəvvarələr, şəlalələr çoxsaylı müasir oturacaqlar, uşaq idman-oyuncaq elementləri, quraşdırılmış, yol kənarlarında və nümunəvi məhəllələrdə milli ornamentləri özündə əks etdirən landşaft memarlığına uyğun çəmən örtüyü salınmış, həmin çəmənliklərdə müasir dekorativ və ekzotik ağac növləri əkilmişdir.Rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 2017-ci il ərzində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılmış, bu istiqamətdə işlər bu gündə davam etdirilməkdədir. Abadlıq işləri çərçivəsində rayon ərazisində bir sıra mühüm əhəmiyyətli yolların çəkilməsi işlərinə başlanılmışdır. Buna misal olaraq Novxanı-Pirşağı sahil yolunu göstərmək olar. Həmçinin, 8-ci mikrorayon C.Xəndan küçəsində nəqliyyat tıxaclarının aradan qaldırılması və nəqliyyatın intensiv hərəkətinin təmin edilməsi məqsədilə yolun yenidənqurulması işləri çərçivəsində yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi işləri həyata keçirilmiş və asfaltlanma işləri başa çatdırılmışdır. Bundan əlavə "Azəravtoyol" ASC tərəfindən Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi işləri aparılmışdır. Binəqədi-Novxanı-Corat avtomobil yolunun uzunluğu 14 km, eni isə 12 metrə qədər genişləndirilərək 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Yolun Binəqədi qəsəbəsi ərazisindən keçən 1,1 km təşkil edir. Yolun bu hissəsində 1,5 metr enində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb. Bundan başqa, layihə çərçivəsində yolun 1,3-cü km hissəsində, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunmuşdur. Qeyd etmək lazımdır ki, Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisinin başa çatması ilə əlaqədar 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi asanlaşdırılmışdır.“Azəravtoyol” ASC tərəfindən sahil boyu 12.7 km uzunluğunda Novxanı və Pirşağı qəsəbələrini birləşdirəcək yeni avtomobil yolunun inşası başa çatdırılmışdır. Layihəyə uyğun olaraq 2 hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7.5 metr, hər bir istiqamət üzrə bərkidici zolaqların eni 0.75 metrdir. Avtomobil yolunun kənarı ilə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1.5 metr enində piyada səkiləri inşa edilmişdir.Yolun inşasının başa çatdırıldıqdan sonra Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yol kənarı hasarlarda 160 m2 boyaq işləri, 1050 m2 dekorativ suvaq, hühdürlüyü 2.5 metr olan 256 metr uzunluğunda həsir materialdan ibarət hasar hörgüsü, vətəndaşlara məxsus hasarların bərpası işləri aparılmış və ərazidən 100 m3 bərk və digər tullantılar daşınmışdır.Eyni zamanda əlavə olaraq bildiririk ki, Xocəsən, Bləcəri və Binəqədi qəsəbələri ərazilərində yaşayan sakinlərin müxtəlif yuxarı dövlət qurumlarına və Rayon İcra Hakimiyyətinə çoxsaylı müraciətləri nəzərə alınaraq “Azəravtoyol” ASC tərəfindən Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Xocəsən-Biləcəri-Binəqədi yolunun tikintisi işləri aparılmışdır. Aparılmış işlər çərçivəsində eni 11 metr 4 zolağlı 2.5 km uzunluğunda müasir tələblərə cavab verən yeni yol çəkilmişdir. Yol kənarlarında sakinlərin rahat hərəkət etməsi üçün 1.6 metr enində səki salınmışdır. Yeni salınmış yolun strateji əhəmiyyəti ondan ibarət olmuşdur ki, ağır yük avtomobilləri şəhərə daxil olmadan şimal istiqamətində hərəkət edə biləcəkdir.Məlumat üçün qeyd edim ki, 2017-ci il ərzində Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq rayon ərazisində mövcud olan çoxmənzilli yaşayış binalarının giriş və dam örtüklərində əsaslı təmir işlərinə başlanılmışdır. Belə ki,  İ.Cümşüdov küçəsi 3, 4,  F.Məlikov küçəsi 1, 2a, 2b, S.S.Axundov küçəsi 15/1, 13/37, 11/35, 4, 2 və 6 saylı, İ.Dadaşov küçəsi 74, A.Kunanbayev küçəsi 4, 4/17 saylı, 9 mərtəbəli yaşayış binalarının 72  girişində və dam örtüyü əsaslı təmir edilmişdir. Eyni zamanda Azadlıq pr. 14, 18, 24 saylı, 16 mərtəbəli yaşayış binalarının fasadında  və grişlərində təmir işləri aparılmışdır. Bu işlərlə yanaşı 9a mkr. M.Cəlal küçəsi 3, 5, 7, 9, 11, 13, 15 saylı binaların 22 girişi tam əsaslı təmir edilmişdir. Cəmi il ərzində qeyd edilən yaşayış binalarının 98 girişi əsaslı təmir edilmişdir. Eyni zamanda 17 binanın 17090 m2 yumşaq dam örtüyü və 25398 m2 fasad hissəsi əsaslı təmir edilmişdir. 8-ci mikrorayon ərazisində H.Hüseynov küçəsi 23 saylı binanın arxa hissəsində abadlıq işləri aparılmış, yol genişləndirilmiş, əraziyə 700 kv.m qazon örtüyü salınmış, 180 p/m səki daşları düzülmüş, 100 kv.m asfalt örtüyü çəkilmiş, 9 ədəd oturacaq quraşdırırlmış, dekorativ kollar əkilmişdir. Azadlıq prospekti 36 və N.Nərimanov küçəsi 85, 26, A.Kunanbayev 1 və 2 saylı ünvanlarda 35 ədəd ağac əkilmişdir. Hesabat dövrü ərzində yaşayış binalarının zirzəmilərində 1079 p/m kanalizasiya, 416 p/m su xətti cari təmir edilmişdir. Eyni zamanda 173 çoxmənzilli binaların zirzəmilərində təmizlik və dezinfeksiya işləri aparılmış, 23 binanın zirzəmisi kənar əşyalardan təmizlənmişdir.  Yaşayış binalarının 480 girişində sakinlər tərəfindən qurqşdırılmış 489 ədəd tikililər sökülmüşdür.
Mənzil fondunun yaxşılaşdırılması məqsədilə binalarda tüstü və hava kanalları tutulmuş mənzillərin siyahıları dəqiqləşdirilərək müvafiq işlərin həyata keçirilməsi istiqamətində mənzillərin tüstü və ventelyasiya kanallarına baxış keçirilmiş, 4050 mənzildə tutulmuş tüstü kanalları təmizlənmişdir.Ötən dövr ərzində 75 lift cari, 6 liftin böyük mühərriki əsaslı təmir edilmiş və 513 liftin maşın şöbəsi kənar əşyalardan təmizlənmişdir.Mikrorayonlar ərazidsində 25100 kv.m, Biləcəri qəsəbəsində 16340 kv.m, Xocəsən qəsəbəsi ərazisində 5000 kv.m, M.Ə.Rəsulzadə qəsəbəsində 1670 kv.m, Binəqədi qəsəbəsində 7440 kv.m, Azadlıq prospekti, Binəqədi şosesi, Ş.Məmmədova və S.S.Axundov küçələrində ümumi uzunluğu 12050 metr olan yollara 165950 kv.m asfalt örtüyü salınmışdır. Hesabat dövrü ərzində 221500 kv.m asfalt örtüyü salınmışdır.  Xaric olan bərk məişət tullantılarının müvəqqəti toplanması üçün, yaşayış massivlərində 642 konteyneraltı meydança və 2168 ədəd konteynerdən istifadə olunur. Rayon üzrə xaric olan bərk məişət tullantılarının mütəmadi daşınması üçün ümumilikdə 76 ədəd xüsusi təyinatlı maşın və mexanizmlərdən (KAMAZ-KAO, MAN-KAO, MERSEDES-KAO və digər uyğunlaşdırılmış özüboşaldan maşınlardan) istifadə olunmaqla həyata keçirilir.Bakı-Sumqayıt yolunun “Avtovağzal” metrostansiyasının yaxınlığında yerləşən yaşayış massivində yaşayan sakinlərin müxtəlif yuxarı dövlət qurumlarına və Rayon İcra Hakimiyyətinə çoxsaylı müraciətləri nəzərə alınaraq ərazidə mövcud olan ağacların qorunması və yaşıllıq zonasının daha da genişləndirilməsi, həmçinin ictimai zonanın yaradılması məqsədilə layihələndirmə işləri aparılmışdır.Aparılan layihələndirmə işləri çərçivəsində ərazidə hündürlüyü 4-5 metr olan 1900 m2 hasar hörgüsü, 250 metr piyada səki daşları, 400 m2 tamet daşı düzülmüş, 15000 kub torpaq işləri görülmüş, 5220 m2 yaşıl çəmən örtüyü salınmış, 1260 ədəd sarmaşıq, 2515 ədəd həmişəyaşıl bəzək kolları, 50 ədəd buksus kolları, müxtəlif gül-çicək, ağaclar və dekorativ bitkilər əkilmiş, 1 ədəd söhbətgah, 22 ədəd oturacaqlar, 350 metr avtomatlaşdırılmış suvarma sistemləri quraşdırılmışdır.Bundan əlavə Bakı-Sumqayıt yolunun “Rahat” market istiqamətində hündürlüyü 1.8 metr olan 157 metr hasar hörgüsü, 147 metr səki daşları düzülmüş, 1500 kub metr torpaq işləri, 1025 m2 yaşıl çəmən örtüyü salınmış və 30 ədəd alyandra, 20 ədəd giparis kolları əkilmişdir.Binəqədi şosesində “Azərsu” ASC tərəfindən yağış sularının kənarlaşdırılması məqsədilə kanalizasiya xətti, həmin ərazidə yaşayan əhalinin içməli su təchizatının yaxşılaşdırılması üçün yeni su xətti çəkilərək istifadəyə verilmişdir. Qeyd olunan işlər başa çatdırıldıqdan sonra “Azəravtoyol” ASC tərəfindən şosenin asfaltlandırılması işləri aparılmışdır. Asfalt işləri yekunlaşdırıldıqdan sonra Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şose boyunca yolun sağ və sol hissəsində abadlıq və yenidənqurma işləri aparılmışdır. Ümumilikdə Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun Binəqədi rayon ərazisinə düşən hissəsində -Binəqədi-Balaxanı yolunda və həmçinin Binəqədi şosesində ümumilikdə 5.4 km məsafədə  asfalt örtüyü çəkilmiş və yolun kənarında abadlıq işləri aparılmış. Aparılmış abadlıq və yenidənqurma işləri çərçivəsində yol kənarında yerləşən tikililərin fasadlarında 9080 m2 boyaq işləri,  3073 p/m səki və tamet daşları çəkilmiş, 12000 m2 torpaq torpaq işləri, 3135 m2 dekorativ hasar işləri, 600 m2 hörgü və 1218 m2 suvaq işləri görülmüş, qeyri-yaşayış obyektlərinin 3859 m2 fasadları, dam örtükləri 12060 p/m metal profil istifadə olunmaqla Türkiyə və Almaniya istehsalı olan betapan, teqola və dekorativ üzlüklərlə yenidən təmir olunmuş, 481 ədəd   küçə, səki və fasad işıqları quraşdırılmış, əraziyə 10270 m2 çəmən örtüyü salınmış, 600 ədəd müxtəlif növ ağac və kollar, 11237 ədəd gül-çiçək kolları əkilmişdir. Azadlıq prospektində 920 m2 yaşıl çəmən örtüyü və 5352 ədəd gül-çiçək kolları əkilmişdir. Bundan əlavə Bakı Nəqliyyat Agentliyi tərəfindən 13 ədəd yeni avtobus dayanacaqları quraşdırılmışdır.2017-ci il ərzində 70600 ədəd müvtəlif növ bəzək gül-çişək kolları, 28210 m2 yaşıl çəmən örtüyü salınmış, 3416 ədəd müxtəlif növ ağaclar əkilmişdir.Əhalinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə 2017-ci il ərzində  12839 p/m yeni qaz xətti çəkilmiş, 33 ədəd yeni ŞQTM, quraşdırılmış, 67 ədəd açıq tipli qazsızma aradan qaldırılmış, 71 ədəd istifadə olunmayan yararsız qoşulma nöqtəsi ləğv olunmuş, 9273 dəfə qaz tənzimləyici şkaflar təftiş edilərək texniki baxış keçirilmiş, 5682 dəfə ərazinin müxtəlif yerlərində tənzimləmə işləri aparılmışdır. Müxtəlif xarakterli 35832 çağırış və şikayətlərə baxılmış və görülmüş zəruri tədbirlər nəticəsində nöqsan və iradlar aradan qaldırılmışdır. 13513 ədəd mexaniki sayğaclar smart-kart tipli qaz sayğacları ilə əvəz edilmişdir. Rayon ərazisində müxtəlif ünvanlarda ümumilikdə 1830 p/m müxtəlif diametrli yeni su xətti çəkilmiş və sakinlərin istifadəsinə verilmişdir. Su xətləri üzrə 69 ədəd yeni siyirtmə quraşdırılmış, müxtəlif markalı 33 ədəd nasos təmir edilmiş, 10 ədəd müxtəlif markalı elektrik mühərriki təmir olunmuşdur. Hesabat dövrü ərzində əhalinin keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə müxtəlif ünvanlarda su xətlərində 5120 ədəd qəzanın qarşısı alınmış, 23 ədəd su anbarı yuyulmuş, kanalizasiya şəbəkəsində 8241 qəzanın qarşısı alınmış, 477 p/m kanalizasiya xətti dəyişdirilmiş, həmçinin 9030 p/m müxtəlif diametrli kanalizasiya xətti xüsusi təyinatlı texnika ilə, 59770 p/m xətt isə mexaniki üsulla təmizlənmiş, 1 ədəd yağış suyu barmaqlığı, 6 ədəd kanalizasiya baxış quyusu quraşdırılmışdır.Bundan əlavə Binəqədi rayon təsərrüfatının kanalizasiya sahəsində mövcud olan problemlərlə əlaqədar yaşayış massivlərində yaranan kanalizasiya və yağış sularının ötürülməsi ilə bağlı, həmçinin “Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçı qrupunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2016-ci il tarixli Sərəncamının tələblərinə uyğun olaraq rayon ərazisində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi, o cümlədən səth sularının idarə olunması, təmizlənməsi, yağış sularının yığılması nəticəsində ciddi problemləri olan avtomobil yollarında, həmçinin yaşayış massivlərində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir. Binəqədi şosesində yağış sularının kənarlaşdırılması məqsədilə I mədən, korpus 43 ünvanında açıq kanal ləğv edilərək müxtəlif diametrli 2750 p/m kanalizasiya xətti, həmin ərazidə yaşayan əhalinin içməli su təchizatının yaxşılaşdırılması üçün müxtəlif diametrli 2800 p/m yeni su xətti çəkilərək istifadəyə verilmiş və bu istiqamətdə işlər davam etdirilir.2017-ci il ərzində əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması məqsədilə rayon ərazisində ümumilikdə 2310 metr müxtəlif gücə malik yeni kabel xətləri çəkilmiş,  650 metr hava xətti yeraltı kabel xətti ilə əvəz edilmiş, 2074 metr istismara yararsız kabel xətti dəyişdirilərək yenisi ilə əvəz edilmiş, 7 ədəd transformator dəyişdirilmiş, 2017-ci il ərzində rayon ərazisində 10 yeni küçə işığı dirəkləri quraşdırılmış, 2319 metr kabel xətti çəkilmişdir.2017-ci il ərzində əhalinin istiliklə təmin edilməsi və bu sahədə mövcud olan problemlərin həlli məqsədilə rayon ərazisində müxtəlif diametrli 458 metr yeni magistral və məhəllədaxili istilik xətti çəkilmiş, 2653 metr istilik xətti dəyişdirilmiş, 535 ədəd  siyirtmə  əsaslı və ya cari, 120 ədəd şəbəkə və dövriyyə nasosu cari təmir olunmuşdur. 84 ədəd qazan və 11 istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənmişdir. Yaşayış binalarının məhəllədaxili və aşağı paylama istilik xətlərində əsaslı və cari təmir işləri aparılmışdır. Görülmüş tədbirlər nəticəsində 2017-2018-ci illərin payız-qış mövsümündə 448 yaşayış binası, 12 məktəb, 9 uşaq bağçası, 7 səhiyyə müəssisəsi, 138 digər təyinatlı binalar istiliklə təmin olunmuşdur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Binəqədi və Qaradağ rayonunun Sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 8 saylı 22 yanvar 2016-cı il tarixli Qərarı ilə Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yerləşən 5, 7, 9, Dərnəgül qəsəbəsi 3095-ci məhəllədə, H.Hüseynov küçəsi 37A ünvanında və Azadlıq prospekti 187 ünvanında “Pilot layihə” lər uğurla davam edir.Hazırda Azadlıq prospekti 5 saylı yaşayış binasının sakinləri ilə “RELT HOUSE” MMC arasında öhdəlik müqavilələri imzalanmışdır. Belə ki, həmin binada 18 mənzil sahibi ilə müqavilə imzalanmış və 18 mənzil sahibinin kirayə evlərə köçürülməsi tam başa çatdırılmış və binaların tikinti işləri davam etdirilir.Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-ci məhəllə, H.Hüseynov küçəsi 37A ünvanında yerləşən əmlak kompleksinin inzibati binalarında və müəssisənin ərazisində inşa edilmiş özbaşına tikililərdə uzun illərdir məskunlaşmış 104 ailə ilə “Dərnəgül” MTK arasında qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı ödənilməsi təmin edilməklə başqa yerə köçürülmüş və ərazidə mövcud olan tikililər tam sökülmüş, tikinti işlərinə başlanılmışdır.Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və rayonun ümumi memarlıq görüntüsünə xələl gətirən, xüsusi mülkiyyətdə olan, 0,5 ha torpaq sahəsində mövcud əmlak kompleksinin sökülərək, həmin əmlak kompleksinin inzibati binasında məskunlaşmış 26 ailənin mənzillərlə təmin edilməsi şərti ilə yerində çoxmərtəbəli yaşayış binasının tikintisinin həyata keçirilməsi məqsədilə “İnam-İnşaat 555” MMC tikinti şirkəti Rayon İcra Hakimiyyətinə müraciət etmiş və şirkətlə müvafiq qaydada müqavilə bağlanmışdır. İnşa ediləcək binada bünövrə çalasında qazıntı işləri aparılır. Hazırda tikinti işləri davam etdirilir.2017-cı il ərzində  Rayon İcra Hakimiyyəti başçısının ümumilikdə 31 görüş və 5  “Açıq qapı” vətəndaş forumu çərçivəsində növbəti səyyar qəbulu  keçirilmişdir.  Həmin görüşlərdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərlərinin iştirakı təmin edilmişdir. Keçirilən görüşlərdə ümumilikdə 6211 nəfər vətəndaş iştirak etmiş və 378 məsələ qaldırılmışdır. Görüşlərdə sakinlər tərəfindən qaldırılan irad və təkliflər protokollaşdırılaraq aidiyyəti üzrə Prezident Administrasiyasına ötürülməsi təmin edilmiş, 31 Tədbirlər Planı tərtib edilmiş, qaldırılan məsələlərlə əlaqədar aidiyyəti qurumlara və cavabdeh şəxslərə paylanmışdır. Tərtib edilən Tədbirlər Planında hər bir məsələnin icrası ilə bağlı  vaxt müəyyən edilmiş və həmin vaxt ərzində məsələlərin həlli şöbə tərəfindən nəzarətdə saxlanılır. Məlumat üçün bildirirəm ki, bu günə olan məlumata əsasən, vətəndaşlar tərəfindən qaldırılan  378  məsələnin 91-i yerində həll edilmiş,  287 məsələdən  122 məsələ planda nəzərdə tutulan müddətdə həllini tapmış, 2 məsələ ilə əlaqədar aidiyyəti üzrə yuxarı instansiyaya müraciət olunmuş, 14 məsələ ilə əlaqədar müvafiq izahat verilmiş, 1 məsələ məqsədəmüafiq hesab edilməmiş, 148 məsələ isə hal-hazırda icraatdadır.2017-ci il ərzində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına vətəndaşlardan, ümumilikdə  3538  müraciət (2016-cı illə müqayisədə 92 vahid və ya 2,5%  az) daxil olmuşdur.Hesabat dövründə Binəqədi rayonundan daxil olmuş vətəndaş müraciətlərindən  2753-ü ərizə (daxil olmuş müraciətlərin 77,8%-i; o cümlədən,  2016-cı illə müqayisədə 28  vahid və ya 1% az) və 784-ü (daxil olmuş müraciətlərin 22,2%-i; o cümlədən, 2016-cı illə müqayisədə 62 vahid və ya 7,3% az) şikayət,  1-i  təklif olmuşdur.Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına 2017-ci il ərzində daxil olmuş vətəndaş müraciətlərinə baxılmasının mövzular və növlər üzrə bölgüsü barədə məlumatlar təhlil edilərək müəyyən edilmişdir ki müraciətlərin əsasən 31%-i şəhərsalma və tikinti məsələləri  (1100 müraciət, 2016-cı illə müqayisədə 16 vahid çox), 18,7%-i mənzil məsələləri  (662 müraciət, 2016-cı illə müqayisədə 93 vahid və ya 16,3% çox), 9,5%-i sosial müdafiə məsələləri (o cümlədən, ünvanlı sosial yardım verilməsi, birdəfəlik maddi yardın verilməsi, pensiya məsələləri və işlə təmin olunma) (317 müraciət, 2016-cı illə  müqayisədə 67 vahid və ya 17,4%  az), 3%-i enerji daşıyıcıları və su təchizatı məsələləri (107 müraciət, 2016-cı illə müqayisədə 24 vahid  və ya 18,3% az),  5,5%-i torpaq məsələləri ilə bağlı (197 müraciət, 2016-cı  illə müqayisədə 8 vahid və ya 4,2% çox), 2%-i təbii fəlakət hadisələri və fövqəladə hallarla bağlı (74  müraciət, 2016-cı  illə müqayisədə 32 vahid və ya 30% az), 3,2%-i qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlər (115 müraciət, 2016-cı  illə müqayisədə 36 vahid və ya 45,5% çox), 1,1%-i sənaye, iqtisadiyyat və sahibkarlığın inkişafı ilə  bağlı məsələlər (39 müraciət, 2016-cı  illə müqayisədə 20 vahid az), 2,5%-i məişət məsələləri, (89 müraciət, 2016-cı illə eyni sayda), 2,3%-i qəbul məsələləri (83 müraciət, 2016-cı illə müqayisədə 45 vahid çox), 14,3%-i şəhər, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyəti ilə əlaqədar (506 müraciət 2016-cı illə müqayisədə 163 vahid və ya 24,4% az), və 6,9%-i digər mövzular ilə əlaqədar olmuşdur.Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında 2017-ci il ərzində 4536 vətəndaş qəbul edilmişdir. O cümlədən, RİH başçısı tərəfindən 289 vətəndaş qəbul edilmişdir.Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının 2017-ci il üçün təsdiq edilmiş İş planına uyğun olaraq, 2017-ci il ərzində 33 Şura iclası keçirilmiş və 41 məsələ müzakirəyə çıxarılmışdır. Müzakirə olunan məsələlərlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir. Həmin tapşırıqların icrası ilə bağlı mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.İctimai-siyasi Hesabat dövrü ərzində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olmuşdur.14 fevral tarixində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 7-ci qrupunun üzvləri ilə görüş keçirildi. Fevral ayının 15-dən etibarən 10 nəfər gəncdən ibarət “ASAN könüllüsü” Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlamışdırlar, onlar peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələrə istiqamətləndirilmişdirlər.16 mart tarixində “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili məktəblilərin  Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir  keçirilmişdir. Naxçıvan Muxtar Respublikasına reallaşdırılan maarifləndirici tur-aksiyada Binəqədi rayonundan 27 məktəbli iştirak etmişdir. Məktəblilər 4 gün ərzində Naxçıvan, Ordubad şəhərləri, Şahbuz, Kəngərli rayonlarının tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə yaxından tanış olmuşdurlar.13 yanvar 2017-ci il tarixində Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Fəxrəddin Qurbanlının doğum günü ilə əlaqədar Binəqədi rayonundan həqiqi hərbi xidmətə çağırılmış gənc çağırışçılar və rayonun fəal gəncləri şəhid Fəxrəddin Qurbanlının məzarını ziyarət etmişdilər. Ziyarətdən sonra Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin, Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə keçirilən tədbir Binəqədi Mərkəzi Mədəniyyət Evində davam etmişdir.15 mart tarixində “İslam Həmrəyliyi İli” çərçivəsində Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə “İslam ölkələrinin həmrəylik festivalı” keçirilmişdir. Keçirilən festivalda rayon rəhbərliyi, millət vəkilləri, Sudan, İraq, İndoneziya Respublikasının səfirləri, Misir Ərəb Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Qətər dövləti, Birləşmiş Ərəb Əmirliyi, Pakistan İslam Respublikası, Türkiyə Respublikasının diplomatları, “Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmişdirlər.24 fevral 2017-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Xocalı harayı” adlı tədbir keçirilmişdir. Həmçinin Xocalı şəhərindən olan sakinlərlə görüş keçirilmiş və 120 aztəminatlı və şəhid ailələrinə Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq bağlaması paylanılmışdır.3 may 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin milli dövlətçilik ideologiyası – Azərbaycançılıq, vətənçilik” mövzusunda tədbir və Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 48-ci ildönümü münasibətilə rayon sakinləri üçün konsert proqramı keçirilmişdir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2017-ci ilin fevralın 15-dən mayın 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır. Əhalinin tibbi müayinədən keçirilməsi rayonun 8 tibb müəssisəsi tərəfindən həyata keçirilmiş və bütün səhiyyə ocaqlarında əhalinin tibbi-proflaktik müayinədən keçirilməsi üçün hərtərəfli şərait yaradılmış və fevral-mart ayları ərzində rayon əhalisindən 63062 nəfəri tibbi müayinədən keçmişdir.30-31 avqust tarixlərində İslam dünyasının ən əziz bayramlarından sayılan Qurban bayramı münasibətilə Binəqədi rayonunda humanitar aksiya keçirildi.Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya çərçivəsində rayonda yaşayan şəhid ailələri, əlillər, müharibə veteranları, məcburi köçkünlər, tənha ahıllar və aztəminatlı ailələrə Qurban sovqatı paylanıldı.Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər insanlara həmrəylik və mənəvi saflıq kimi yüksək dəyərləri aşılayan Qurban bayramı münasibətilə Binəqədi sakinlərini təbrik edib, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizə daim ehtiramla yanaşdığını vurğulayaraq belə tədbirlərin vətəndaşlara dövlət qayğısının təzahürü olduğunu qeyd etdilər. Qurban Bayramı münasibətilə ümumilikdə rayon ərazisində keçirilən humanitar aksiya çərçivəsində 1500-dən artıq ailəyə qurban əti paylanıldı.6 sentyabr tarixində Binəqədi rayonunun nümayəndə heyəti Cocuq Mərcanlıya səfər etdi. Nümayəndə heyətinin tərkibində Binəqədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının, Rayon Gənclər və İdman İdarəsinin rəhbər heyəti, M.Ə.Rəsulzadə və Binəqədi rayon bələdiyyələrinin sədrləri, rayonda fəaliyyət göstərən bir neçə sahibkar, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin nümayəndəsi və Aprel şəhidləri Fəxrəddin Qurbanlının və Emin Bağırovun valideynləri iştirak etdilər. Nümayəndə heyəti səfər çərçivəsində ilk öncə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək əklil qoydular. Daha sonra nümayəndə heyəti Cocuq Mərcanlıda yeni inşa olunmuş 96 şagird yerlik məktəblə tanış olaraq məktəbə hədiyyələr, yeni tədris ilində məktəbə gedəcək şagirdlərə məktəbli geyimləri, idman formaları və avadanlıqları, məktəb ləvazimatları təqdim etmiş, ibtidai hərbi hazırlıq fənni üzrə sinif otağını xüsusi ləvazimatlarla və digər zəruri avadanlıqlarla təchiz etdilər. Səfər çərçivəsində nümayəndə heyəti Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində inşa edilmiş məscidlə yaxından tanış oldular. Bu müqəddəs ocağın inşası işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır. Bu, bir daha dünyaya bəyan edir ki, Azərbaycan İslam dünyasının bir parçasıdır, öz tarixi keçmişinə sadiqdir. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası həm də o deməkdir ki, gün gələcək Şuşadakı məscid də bərpa ediləcək. Məscidin tikilməsi, həmçinin 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilməsinə dəyərli töhfədir.01 dekabr 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi ilə əlaqədar keçirilmiş tədbirdə öz çıxışları ilə fərqlənən istedadlı gənclərin təltifedilməsi mərasimi keçirildi. Çıxış edən gənclər və onların valideynləri göstərilən etimadı görə Yeni Azərbaycan Partiyası və Binəqədi Rayon İcra Hakimiyyəti rəhbərliyinə təşəkkürlərini bildirdilər.Tədbirin sonunda gənclərə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Fəxri Fərmanları və mükafatlar təqdim edildi.15 və 16 noyabr tarixlərində “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində Binəqədi rayonunda fəaliyyət göstərən 11 və 21 saylı uşaq poliklinikaları və 27 saylı şəhər poliklinikasında növbəti ağacəkmə aksiyaları keçirilmişdir.- 22 dekabr 2017-ci il tarixində Binəqədi rayon ərazisində yerləşən “Atrium”əyləncə mərkəzində Binəqədi rayon İcra Hakimiyyəti Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatı, "FAB Boya və Kimya Sənayesi MMC" nin birgə təşkilatçılığı ilə daun, talesemiya, autizm, hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqların iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilmişdir.13 sentyabr 2017-ci il tarixində Binəqədi rayonunda 2016-2017-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş “İlin 105 Qızıl Beyni” adlı elmi-praktik konfrans keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik  Vaqif Abbasov , millət vəkilləri Musa Qasımlı, Kamaləddin Qafarov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, rayonun tədris müəssisələrinin rəhbərləri, ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş orta məktəb məzunları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun genişləndiyi və demokratiyanın bərqərar olduğu dövrdə cəmiyyətimizdə gedən proseslərin düzgün qiymətləndirilməsi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin hər bir Azərbaycan vətəndaşı tərəfindən dərindən dərk edilməsi həyati zərurətə çevrilib. Bununla əlaqədar ideoloji iş, xüsusilə bu işin həlledici sahəsi olan təbliğat işinin gücləndirilməsi və səmərəliliyinin artırılması son dərəcə böyük əhəmiyyət kəsb edir. Təbliğat işinin əsas mənası onun təsirli olmasındadır. Ölkəmizin inkişafının təmin edilməsi, əhalinin məşğulluğunun artırılması, maddi rifahının yüksəldilməsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlər ideoloji işin əsas bazasını təşkil edir. Cəmiyyətimizin sosial-iqtisadi və mədəni inkişafının yüksək səviyyəsi təbliğat işinə yeni yanaşmanı, onun səmərəliliyinin artırılmasını, üslub və metodlarının təkmilləşdirilməsini şərtləndirir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rayon icra hakimiyyətlərində İctimai-siyasi və təbliğat işlərinin təşkilinə dair tövsiyələrindən irəli gələn vəzifələrin icrası məqsədilə 31 May 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında “Rayonda ideoloji işin təşkili vəziyyəti və onun təkmilləşdirilməsi ilə əlaqədar tədbirlər”ə həsr olunmuş Şura iclası keçirilmişdir.  Şura iclasında Binəqədi rayonunda ideoloji işin təkmilləşdirilməsi ilə bağlı 66 bənddən  ibarət Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər Planından irəli gələrək, Ümummilli lider Heydər Əliyev irsinin, ölkə başçısı cənab İlham Əliyevin fəaliyyətinin mülkiyyət və təşkilatı hüquqi formasından asılı olmayaraq fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda, yaşayış yerlərində öyrənilməsi və təbliği məqsədilə Binəqədi Rayon İcra Hakimiyyətində ictimai-siyasi və təbliğat işinin təşkilinə dair “Təbliğat –təşviqat ” Qrupu yaradılmışdır.  Bununla yanaşı “Təbliğat- təşviqat” Qrupunun əsasnaməsi və fəaliyyət istiqamətləri haqqında metodik tövsiyələr hazırlanmışdır.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasətin əhali arasında təbliği şəhər, rayon icra hakimiyyətlərinin gündəlik vəzifəsidir və təbliğatın əsasında isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışları, nitqləri, müsahibələri və məqalələri dayanmalıdır. Şəhər, rayon icra hakimiyyətinin hər bir işçisi, o cümlədən icra başçılarının yerlərdəki nümayəndəliklərinin hər bir əməkdaşı bu çıxışları dərindən öyrənməli və aparılan təbliğat işlərində məhz onlara söykənməlidirlər.Məlum olduğu kimi, Azərbaycan inkişafın bütün istiqamətləri üzrə öz modelini ortaya qoymaqdadır. Ölkəmiz olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara-bir sözlə, nüfuzlu tədbirlərə evsahibliyi edir. Bu miqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi təsadüfi deyil, bu, əlbəttə, Azərbaycanın qazandığı mövqeyin, ölkəmizin beynəlxalq çəkisinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında qazandığı reputasiyanın ifadəsidir. Beləliklə, Paytaxt Bakı növbəti dəfə möhtəşəm idman yarışlarından birinə ev sahibliyi etdi. Binəqədi rayonu, Bakı Atıcılıq Mərkəzində Azərbaycan Atıcılıq Federasiyasının və Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin təşkilatçılığı ilə Atıcılıq üzrə Avropa çempionatı və Buenos - Aires 2018 Gənclər Olimpiya Oyunlarının seçim turunun açılış mərasimi keçirildi.Keçirilən tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Avropa Atıcılıq Konfederasiyasının Prezidenti Vladimir Lisin və Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Rana, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və digər rəsmi qonaqlar, idmançılar iştirak etmişdirlər.Ümumilikdə Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə Binəqədi rayonunda 393 tədbir keçirilmişdir.  Belə ki, Ümumilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin geniş təbliği, onun ideyalarının və irsinin öyrənilməsi məqsədilə 24,  Gənclər və İdman sahəsində 177, tarixi və əlamətdar günlərin qeyd olunması ilə əlaqədar 192 tədbir keçirilmişdir.Hesabat dövründə qanunsuz tikintilərin aparılmasının dayandırılması vəzifəli şəxslərin hərəkət və hərəkətsizliyindən və korrupsiya hallarının olması barədə 58 halda vətəndaşlar tərəfindən müraciətlər olmuş, onlardan aparılmış araşdırmanın nəticəsi olaraq hər 45 müraciətdə göstərilənlər fakt olaraq təsdiqini tapmamış, 13 müraciət üzrə qanunvericiliyin tələbləri izah edilmişdir.Vətəndaşların mənzil məişət problemləri ilə əlaqədar etdikləri 382 müraciət araşdırılmış, 351 müraciət üzrə qanunvericiliyin tələbləri izah edilmiş və 31 ailənin mənzil növbəsinə götürülməsi barədə sərəncam verilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq Qərarlarına əsasən Rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə mənzil növbəsinə dayanmış imtiyazlı şəxslərə verilmiş mənzillərin vətəndaşların istifadəsinə verilməsi barədə 8 ailənin müraciəti təmin edilmişdir.Həmçinin fəaliyyət qabiliyyət olmayan şəxslər üzərində qəyyumların təyin edilməsi barədə 19 müraciətdən 11-i müsbət həll olunmuş, 8 vətəndaşa isə qanunvericiliyin tələbləri izah edilmişdir.Ötən bir il ərzində Sakinlərin Müraciət Xidmətinin 1646 telefon nömrəsinə daxil olan müraciətlərin statistikası bu xidmətdən istifadə edən vətəndaşların sayının günü-gündən artdığını göstərir. 2017-ci il yanvar – dekabr ayları üzrə   statistik rəqəmləri əks etdirən göstəricilər təhlil edilərkən müəyyən edilmişdir ki, cavablandırılmış zənglərin sayı - 35882, birbaşa cavablandırılmış zənglərin sayı – 28829  tərtib edilmiş şikayət vərəqələrinin sayı – 7053 olmuşdur.Şikayət xarakterli müraciətlərin 7053-nün icrası təmin edilmiş, o cümlədən 5410-u və ya 76,7 %-i tam həll olunmuş,  807-si və ya 11,4 %-i qismən həll edilmiş,  836-sı və ya 11,9 %-i müvafiq izahat verilərək həll edilmişdir.Yanvar - dekabr  ayları  üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 2591-i və ya 36,7 %-i  su-kanalizasiya, 2690-ı və ya 38,2 %-i qaz təchizatı, 557-si və ya 7,9 %-i lift problemi, 434-ü və ya 6,2 %-i istilik təchizatı, 268-i və ya 3,8%-i sakinləri narahat edən digər məsələlər, 189- u və ya 2,7 %-i elektrik təchizatı, 124-ü və ya 1,8 %-i məişət və zibil tullantıları, 77- si və ya 1,1 %-i küçə işığlandırılması, 50-si və ya 0,7%-i yaşıllaşdırma idarəsi  ilə əlaqədar olmuşdur.Hesabat dövrü rayonumuzda sürətli sosial-iqtisadi inkişafa baxmayaraq, rayon ərazisində bir sıra problemləri də qeyd etmək lazımdır.Qəsəbələrdə su təchizatının və kanalizasiya şəbəkəsinin yaxşılaşdırılması;Çoxmənzilli yaşayış binalarında lift təsərrüfatının cari və əsaslı təmiri, yeniləşdirilməsi və müasirləşdirilməsi işlərinin davam etdirilməsi;Biləcəri M.Ə.Rəsulzadə Xocəsən qəsəbələində, Aşağı və Yuxarı Sulutəpə yaşayış massivlərində baş verən subasma hallarının qarşısını almaq məqsədilə ümumi kanalizasiya şəbəkəsinin qurulması;Rayonun Biləcəri, Binəqədi, Rəsulzadə, Xocasən və 28 May qəsəbələrində qəsəbədaxili yolların asfaltlanması və işıqlandırılması işlərinin davam etdirilməsi;M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsində yerləşən 5ədəd çoxmərtəbəli binaların istilik sistemlərinin  və əvvəllər bu binalara xidmət etmiş, hazırda istifadəsiz vəziyyətdə Azərbaycan Dövlət Neft Şirkətinin balansında olan qazanxana binasınında qazanxananın bərpası və həmin binaların istiliklə təchizatı;Xocəsən, Sulutəpə və Binəqədi qəsəbələrində məktəb, uşaq bağçası və poliklinika tikintisi üçün saziş ərazisinə düşən, lakin neft çıxarılması üçün perspektivi olmayan ərazilərdən torpaq sahəsinin ayrılması.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ölkə başçısı yekun çıxışında qeyd etmişdir - “Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib.”Həmçinin cənab Prezident, regionların, qəsəbələrin inkişafına dair Dövlət Proqramlarının tam şəkildə icra edilməsinin, prioritet infrastruktur layihələrinin proqram üzrə aparılmasının vacibliyini xüsusi ilə qeyd etmişdir. Möhtərəm Prezident bu il də ənənəvi olaraq qazlaşdırma, kənd yollarının, su və kanalizasiya xəttlərinin çəkilişinin, Taxılçılığın, pambıqçılığın inkişafı, Qeyri-neft sektorunda ixracın artırılması, xarici sərmayelərin cəlb edilməsinin önəmli vəzifələr siyahısında olduğunu vurğulamışdır.Biz də öz növbəmizdə cənab Prezidentin tapşırıqlarına və tövsiyələrinə əsasən Binəqədi rayonunda sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyyəsinin azaldılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirməsini qarşımıza məqsəd qoyuruq.

 

 

 

 

 


 

Keçidlər