Şriftin ölçüsü :

Saytın rəngi :

2017

2017

S Ə N A Y E  

 2017-ci ilin yanvar-dekabr aylarında Binəqədi rayonu üzrə 306514,4 min manatlıq  və ya ötən ilin müvafiq dövründən  8,2 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.

Sənayenin dövlət müəssisələri tərəfindən 45116,8 min manatlıq və ya ümumi istehsalın 14,7 faizi qədər, qeyri-dövlət müəssisələri tərəfindən 261397,6 min manatlıq və ya ümumi istehsalın 85,3 faizi qədər sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.

Sənaye məhsulu istehsalının indeksi,

sabit qiymətlərlə, faizlə

 

 

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, artan yekunla

2017

Yanvar

149,8

Yanvar-fevral

163,2

Yanvar-mart

151,8

Yanvar-aprel

148,6

Yanvar-may

151,3

Yanvar-iyun

138,1

Yanvar-iyul

135,3

Yanvar-avqust

107,3

Yanvar-sentyabr

109,3

Yanvar-oktyabr

110,8

Yanvar-noyabr

109,3

Yanvar-dekabr

108,2

 

Sənayenin ayrı-ayrı bölmələrində istehsalın dinamikası aşağıdakı göstəricilərlə xarakterizə olunur:

 

 

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

Mədənçıxar-ma sənayesi

Emal sənayesi

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüş-dürülməsi və təchizatı

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

2017-ci il

Yanvar

100,0

290,7

-

101,8

Yanvar-fevral

98,8

309,1

-

117,0

Yanvar-mart

99,5

237,8

76,6

117,1

Yanvar-aprel

100,3

225,1

127,8

118,2

Yanvar-may

100,4

215,5

147,9

118,7

Yanvar-iyun

100,5

172,6

163,6

118,5

Yanvar-iyul

100,6

163,0

177,4

117,4

Yanvar-avqust

100,9

111,3

191,3

116,2

Yanvar-sentyabr

101,3

113,4

208,2

115,4

Yanvar-oktyabr

101,4

114,8

242,6

114,4

Yanvar-noyabr

101,6

111,4

306,7

113,5

Yanvar-dekabr

101,8

106,8

410,4

113,3

 

 

 

Sənaye məhsulunun 26,8 faizi mədənçıxarma bölməsində, 66,5 faizi emal bölməsində, 2,5 faizi elektrik enerjisi, qaz və buxarla təchizat bölməsində, 4,2 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.

 


Sənayenin fəaliyyət növləri üzrə məhsul buraxılışı

 

Fəaliyyət növlərinin adı

2017-ci ilin yanvar-dekabr aylarında istehsal edilmişdir, min manat

2016-cı ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə), faizlə

Cəmi

306514,4

108,2

Ümumi yekundan istehsal olunmuş məhsulun (işlərin, xidmətlərin) müəssisələrin fəaliyyət növünə görə bölgüsü

 

 

Mədənçıxarma sənayesi

82044,4

101,8

Emal sənayesi

203886,4

106,8

               o cümlədən:

 

 

Qida məhsullarının istehsalı

21943,7

89,0

İçki istehsalı

108656,7

109,8

Geyim istehsalı

396,6

-

Dəri məmulatları, ayaqqabı istehsalı

4437,6

244,7

Ağac emalı və ağac məmulatların istehsalı

 

28,8

 

179,9

Kağız və karton istehsalı

631,4

72,2

Poliqrafiya fəaliyyəti

4068,4

199,4

Kimya sənayesi

9285,4

168,3

əczaçılıq məhsullarının istehsalı

11,0

-

Rezin və plastmas məmulatların istehsalı

 

1986,9

 

101,9

Tikinti materiallarının istehsalı

4365,5

199,5

Metallurgiya sənayesi

2475,2

70,7

Hazır metal məmulatlarının istehsalı

17444,8

-

Maşın və avadanlıqların istehsalı

2510,8

201,1

Avtomobil, qoşqu və yarımqoşquların istehsalı 

 

113,9

 

-

Sair nəqliyyat vasitələrinin istehsalı

-

-

Mebellərin istehsalı

2887,2

189,6

Sair sənaye məhsullarının istehsalı

2225,5

0,6

Maşın və avadanlıqların quraşdırılması və təmiri

 

20417,0

 

181,1

Elektrik enerjisi, qaz, buxar  istehsalı, bölüşdürülməsi və təchizatı

 

7530,9

 

410,4

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

 

13052,7

 

113,3

2017-ci ilin yanvar-dekabr aylarında istehlakçılara 342025,1 min manatlıq və ya ümumi sənaye istehsalından 11,6 faiz çox sənaye məhsulu göndərilmişdir.

2018-ci il yanvar ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 11915,2 min manatlıq hazır məhsul ehtiyatı qeydə alınmışdır.

 2017-ci ilin yanvar-noyabr aylarında sənaye müəssisələrində 7072 nəfər işləmişdir. Bu da keçən ilin müvafiq dövründən 7,7  faiz çoxdur.

    2017-ci ilin yanvar-noyabr aylarında sənaye müəssisələrində orta aylıq nominal əmək haqqı 502,8 manat olmuşdur. Bu isə əvvəlki ilin müvafiq dövründən 9,7 faiz çoxdur.        

2017-ci ilin yanvar-noyabr aylarında işçilərin sayı və orta aylıq əmək haqqı aşağıdakı göstəricilərlə xarakterizə olunur:                 

                                                         

              

2017-ci ilin yanvar-noyabr ayları

Əvvəlki ilin müvafiq dövrünə nisbətən,

faizlə

İşçilərin orta siyahı sayı (nəfər)

7072

107,7

Orta aylıq əmək haqqı (manat)

502,8

109,7

 

MƏDƏNÇIXARMA SƏNAYESİ

Mədənçıxarma sənayesi üzrə neft və qaz istehsalı aşağıdakı göstəricilərlə xarakterizə olunur.

Məhsul növləri

2017-ci ilin yanvar-dekabr aylarında istehsal edilmişdir.

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.01.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

Neft, min ton

143,6

101,7

2,9

Qaz, milyon kub metr

2,8

127,3

-

 

Neft istehsalı keçən ilin müvafiq dövründən 1,7 faiz çox olmaqla 143,6 min ton, qaz istehsalı keçən ilin müvafiq dövründən 27,3 faiz çox olmaqla 2,8 milyon kub.metr olmuşdur. Dövrün sonuna 2,9 min ton neft hazır məhsul ehtiyatı kimi qalmışdır.

EMAL  SƏNAYESİ

Emal sənayesində istehsalın həcmi ötən ilin müvafiq dövründən 6,8 faiz  çox olmuşdur.

Emal sənayesində istehsal olunmuş əsas məhsullar

Məhsul növləri

2017-ci ilin yanvar-dekabr aylarında istehsal edilmişdir.

Əvvəlki ilin müvafiq dövrünə nisbətən,

faizlə

01.01.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

Qida məhsulları istehsalı

Ətdən hazırlanan kolbasalar, ton

55,8

3,2 d

-

 Buğda kəpəyi, ton

9210,4

82,3

213,0

Içli sair şokolad şirniyyat məmulatları, ton

1965,6

79,3

-

Dondurma, ton

374,1

3,3 d

-

Pendir və kəsmik, ton

10,3

91,2

0,8

İçki istehsalı

Sair alkoqollu içkilər, min dkl

66,1

77,6

-

Alkoqolsuz içkilər, min dkl

17508,0

108,0

451,0

Dəri və dəri məmulatları istehsalı

Üstü dəridən kişi ayaqqabıları, min cüt

78,3

2,5 d

15,8

Kimya sənayesi

Suda dispersiya edilmiş boya, ton

1945,8

2,1 d

108,5

Sintetik üzvi boyayıcı maddələr, ton

1859,4

168,7

95,1

Yapışqan və yapışqanlı maddələr, ton

9,8

-

1,1

Metallurgiya sənayesi

Polad profil, ton

2842,9

53,6

6025,2

Maşın və avadanlıqların istehsalı

Qarmaqlar, ədəd

109,0

2,9 d

2,0

Fontan armaturu, ton

13,8

45,1

-

 

Qida məhsullarının istehsalına nəzər salsaq pendir və kəsmik istehsalı keçən ilin müvafiq dövrünün 91,2 faizini təşkil etməklə 10,3 ton, buğda kəpəyi 82,3 faizini təşkil etməklə 9210,4 ton, içli sair şokolad məmulatı 79,3 faiz təşkil edərək 1965,6 ton, ətdən hazırlanan kolbasalar 3,2 dəfə artaraq 55,8 ton, dondurma 3,3 dəfə artaraq 374,1 ton olmuşdur. Hazır məhsul ehtiyatı kimi 0,8 ton pendir və kəsmik, 213,0 ton  isə buğda kəpəyi  qalmışdır.

 İçki istehsalı sahəsində alkoqolsuz içkilər keçən ilin müvafiq dövründən 8,0 faiz çox olmaqla 17508,0 min dkl, sair alkoqollu içkilər isə keçən ilin müvafiq dövrünün 77,6 faizini təşkil etməklə 66,1 min dkl olmuşdur. 2018-ci il yanvar ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı kimi 451,0 min dkl alkoqolsuz içki olmuşdur.

 Dəri və dəri məmulatları istehsalı sahəsində üstü dəridən kişi ayaqqabıları keçən ilin müvafiq dövründən 2,5 dəfə çox olmuş, dövrün sonuna hazır məhsul ehtiyatı isə 15,8 min cüt qalmışdır.

Kimya sənayesi sahəsində suda dispersiya edilmiş boya istehsalı keçən ilin müvafiq dövründən 2,1 dəfə çox, sintetik üzvi boyayıcı maddələr 68,7 faiz çox olmuşdur. Hazır məhsul ehtiyatı kimi 108,5 ton suda dispersiya edilmiş boya, 95,1 ton sintetik üzvi boyayıcı maddələr, 1,1 ton yapışqan və yapışqanlı maddələr  qalmışdır.

Metallurgiya sənayesində polad profil istehsalı 2842,9 ton, hazır məhsul ehtiyatı isə 6025,2 ton  qalmışdır.

Maşın və avadanlıqlar istehsalı sahəsində qarmaqlar istehsalı keçən ilin müvafiq dövründən 2,9 dəfə artıq olaraq 109 ədəd, fontan armaturu isə 45,1 faiz təşkil edərək 13,8 ton olmuşdur. Hazır məhsul ehtiyatı kimi 2 ədəd qarmaq qalmışdır.

 

 

 

 

 

Keçidlər