Şriftin ölçüsü :

Saytın rəngi :

2017

Binəqədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın 2017-ci ildə apardığı işlərin hesabatı

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın icraatına yetkinlik yaşına çatmayanların müxtəlif hüquq pozuntuları törətmələri barədə 51 (+8) material daxil olmudur ki, həmin məsələlər komissiya iclasına çıxarılaraq baxılmışdır. Bunlardan 10-u yetkinlik yaşına çatmayanların təhsildən yayınması, 6-ı məktəbdə nizam-intizam qaydalarının pozulması, 4-ü uşaq əməyinin istismarı, 4-ü xırda xuliqanlıqla bağlı, 5-i avaralıq və dilənçiliklə, 9-u hüquq-mühafizə orqanlarından icra xarakteri daşımayan məlumatlar, 13-ü digər məsələlərlə bağlı olmuşdur. Komissiya iclasında 42 məsələyə baxılaraq 110 nəfər yetkinlik yaşına çatmayan, habelə onların valideynləri barəsində "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə" nin 9-cu və 10-cu maddələrinə əsasən xəbərdarlıq növündə intizam təsiri tədbiri, habelə 2 valideyn barəsində üzürlü səbəblər olmadan uşaqların təlim-tərbiyəsi ilə lazımınca məşğul olmadıqları üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsinin tələblərinə əsasən cərimə növündə inzibati tənbeh tətbiq edilmə barədə - cəmi 30 qərar qəbul edilmişdir.  Qanunla ziddiyətdə olan yetkinlik yaşına çatmayanların təhsilə davamiyyəti bərpa edilmiş, Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət olunaraq fərdi təhsilə və yaxud Rayon Məşğulluq Mərkəzinə müraciət olunaraq peşə kurslarına cəlb olunmuşlar.
Təhsillə bərabər tərbiyə prosesi təhsil müəssisələrində aparılan pedaqoji fəaliyyətin ayrılmaz özəyidir. Tərbiyə işinin təşkili isə  tərbiyə prosesinin əsas komponentidir, onun tərkib hissəsidir. Ölkəmizin demokratik, hüquqi, sivil bir dövlət kimi inkişafını şərtləndirən əsas amillərdən biri də təhsil müəssisələrində, ailələrdə, ictimai yerlərdə tərbiyəvi iş sisteminin düzgün qurulmasıdır.
Bu baxımdan ümumtəhsil məktəblərində yetkinlik yaşına çatmayanlar arasında tərbiyə işinin təşkili vəziyyətinin yoxlanılması məqsədilə monitorinqlər keçirilir, şagirdlərin dərsə davamiyyətləri məktəb rəhbərliyi, rayon icra hakimiyyəti və rayon polis orqanı tərəfindən nəzarətdə saxlanılır.

    

Keçidlər