Şriftin ölçüsü :

Saytın rəngi :

2017

Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyanın 2017-ci ildə apardığı işlərin hesabatı

Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və  Himayəçilik komissiyasının icraatına məhkəmələrdən uşaqların tərbiyəsi barədə mübahisələrə baxılması ilə bağlı rəy verilməsi üçün 156 (+14) mülki iş daxil olmuşdur ki, bunlardan 149-u üzrə rəy verilmiş, 7-i iş - tərəflər barışdıqları üçün - rəy verilmədən məhkəməyə qaytarılmışdır. Daxil olmuş mülki işlər əsasında iclasda 149 məsələ müzakirə edilmiş və müvafiq rəylər qəbul edilərək məhkəmələrə göndərilmişdir. (56-ı uşaqla ünsiyyət, 13-ü digər valideynin razılığı olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılması, 4-ü valideynlik hüquqlarından məhrumetmə, 11-i övladlığa götürmə, 2-i övladlığa götürmənin ləğv edilməsi, 63-ü uşaq tələbi) ilə bağlıdır. Məhkəmələrə göndərilmiş 149 rəydən məhkəmələr tərəfindən müvafiq qərar qəbul edilərkən 47-i nəzərə alınmış, 7-i qismən nəzərə alınmış, 5-i nəzərə alınmamış, 10 rəy üzrə iddia tələbi baxılmamış saxlanılmışdır, 80-i məhkəmənin icraatındadır.
Həmçinin Qəyyumluq və himayəçilik komissiyasının icraatına uşaqlar üzərində qəyyumluq və himayə təyin edilməsi ilə bağlı 18 müraciət (bunlardan 18 məsələ iclasa çıxarılaraq 15-i müsbət, 3-ü əsassız hesab edilmiş); nənə, baba və digər qohumların uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi ilə bağlı 18 müraciət (bunlardan 18 məsələ iclasa çıxarılaraq müvafiq qərarlar qəbul edilmiş); nikaha daxil olmaq istəyən nikah yaşına çatmamış şəxslərin nikah yaşının azaldılması ilə bağlı 1 müraciət (komissiya iclasına çıxarılmış və müsbət həll edilmiş), yetkinlik yaşına çatmayanların mülkiyyət hüquqları olduğu əmlaka dair əqdlərin bağlanmasına razılıq verilməsi barədə 11 müraciət (komissiya iclasına çıxarılaraq müsbət həll edilmiş); müvafiq uşaq müəssisəsindən övladlığa uşaq götürməyi arzu edən edən şəxs qismində ilkin uçota alınması barədə 3 müraciət (komissiya iclasına çıxarılaraq 2-i müsbət, 1-i üzrə müvafiq izahat verilmiş); yetkinlik yaşına çatmayanların ad və soyadının dəyişdirilməsi barədə 27 müraciət (komissiya iclasına çıxarılaraq 19-u müsbət həll edilmiş, 8-i əsassız hesab edilmiş); valideyn himayəsindən məhrum olmuş uşaqların müvafiq uşaq müəssisəsinə yerləşdirilməsi barədə 4 müraciət (komissiya iclasına çıxarılaraq müsbət həll edilmiş); müvafiq uşaq müəssisəsindən uşağın ailəyə qaytarılması barədə 1 müraciət (komissiya iclasına çıxarılaraq müsbət həll edilmişdir).
Komissiya tərəfindən cari il ərzində 476 (+24) vətəndaş qəbul edilərək müraciətlərində qaldırdıqları məsələlərlə bağlı müvafiq izahat verilmişdir.
2017-ci il ərzində 32 (-5) valideyn himayəsindən məhrum olmuş uşaq aşkar edilərək Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq ilkin uçota alınmış, bunlardan 24-ü üzərində Azərbayçan Respublikası Ailə Məcəlləsinin 136-cı maddəsinə uyğun olaraq qəyyum təyin edilmiş, 8 uşaq isə müvafiq internat müəssisəsinə yerləşdirilmişdir.
Hazırda Qəyyumluq və himayəçilik komissiyasında qeydiyyata alınmış və üzərlərində qəyyum təyin edilmiş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sayı 82 nəfər təşkil edir. Komissiya üzvləri tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq qəyyumluğa verilmiş uşaqların ailələrinə nəzarət xarakterli səfərlər edilir, onların saxlanılması, təhsili və yaşayış şəraiti yoxlanılır.
Valideynlərinin ailə şəraitlərinin və maddi durumlarının əlverişsiz olması, habelə tək ana olması səbəbindən müvafiq uşaq müəssisəsinə yerləşdirilmiş yetkinlik yaşına çatmayan 3 uşaq valideynlərinin maddi vəziyyətinin yaxşılaşması ilə bağlı yerləşdirildiyi müəssisədən ailələrinə qaytarılmışdır.
Övladlığa 3 yaşa qədər uşaq götürməyi arzu edən 3 nəfər Azərbaycan Respublikası vətəndaşının qəyyumluq və himayəçilik komissiyasına etdiyi müraciətinə baxılaraq, onlardan 2-i barəsində övladlığa götürmənin qanunvericiliyin tələblərinə uyğun olması barədə rəy qəbul edilmiş və həmin vətəndaşlar övladlığa uşaq götürməyi arzu edən şəxs qismində uçota götürülərək toplanmış sənədlər mərkəzləşdirilmiş uçotun aparılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim edilmişdir, 1 nəfər vətəndaşa isə müvafiq izahat verilmişdir.
Nikah yaşının azaldılması ilə bağlı Rayon İcra Hakimiyyətinə ümumilikdə 1 (-3) müraciət daxil olmuş, müraciət edən şəxsin nikah yaşı, üzürlü səbəblər müəyyən edildiyindən, Azərbaycan Respublikası “Ailə Məcəlləsi”nin 10.2-ci maddəsinin tələblərinə uyğun olaraq 1 ilədək müddətə azaldılmışdır.

Keçidlər