Şriftin ölçüsü :

Saytın rəngi :

2017

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında Etik davranış məsələləri ilə əlaqədar 2017-ci ildə görülən işlər haqqında hesabat

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 21-ci maddəsinə əsaslanaraq, Hesabat ilində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında bir sıra işlər görülmüşdür.
Rayon İcra Hakimiyyətinin başçısı Aparatında dövlət qulluqçularının xidməti davranışlarının qanunvericiliklə müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət edən və onun təhlilini aparan məsul şəxs – etik müvəkkilin 2017-cı il üçün İş Planı təsdiq edilmişdir.
Hesabat ilində Aparatda və ərazi nümayəndəliklərində çalışan dövlət qulluqçularını maarifləndirmək məqsədilə aşağıdakı mövzularda təlimlər keçirilmişdir:
- Dövlət qulluqçularının Etik davranış qaydaları. Dövlət qulluqçusu necə olmalıdır?
-  “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə yerli icra hakimiyyətlərinə həvalə edilmiş vəzifə və səlahiyyətlər;
- Dövlət qulluqçusunun əsas vəzifələri, hüquqları və dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər .
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə uyğun olaraq  Rayon İcra Hakimiyyəti başçısının 99 nömrəli, 8 may 2014-cü il tarixli Sərəncamına əsasən, 1 iyun 2014-cü il tarixdən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında çalışan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə başlanmış və Aparatın Avtomatlaşdırılmış İnformasiya Sistemində bu məqsədlə alt modul yaradılaraq qiymətləndirmə elektron şəkildə aparılır.
Hesabat ilində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.4-cü maddəsinə və “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 8-ci bəndinə əsasən, 26 nəfər dövlət qulluqçusuna növbəti ixtisas dərəcələri verilmiş, 23 iyun Dövlət qulluqçularının Peşə bayramı münasibətilə 15 nəfər əməkdaş Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmiş, 10 nəfər təşəkkür almışdır.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, Aparatın əməkdaşları il ərzində 3 vəzifə  maaşı həcmində  mükafatlandırılmışlar.
Həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Hacıbaba Babayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
2017-ci il ərzində Aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Tural Əliyev, İctimai-siyasi və humanitar məslələri şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında qısamüddətli ixtisasartırma kurslarında iştirak edərək, müvafiq sertifikatlar almışlar.
İl ərzində Rayon İcra Hakimiyyəti başçısı Aparatında çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulmasına görə 3 şikayət daxil olmuş, müraciətləri araşdıran zaman həmin şikayətlərin əsassız olduğu müəyyən edilmişdir.
Bununla yanaşı, vətəndaşlarla münasibətdə etik davranış qaydalarını pozduğuna görə vəzifə səlahiyyətlərinin icrasını lazımi qaydada icra etmədiyinə görə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məslələri şöbəsinin müdiri Elman Dadaşova töhmət elan edilmişdir.

Keçidlər