Şriftin ölçüsü :

Saytın rəngi :

“ÜMİD-VQM” MMC

“ÜMİD-VQM” MMC tərəfindən Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanında yerləşən qızalı vəziyyətdə olan və ərazinin ümumi memarlılq görünüşünə xələl gətirən 1 və 2 mərtəbəli 7 ədəd qaraj və 6 fərdi yaşayış evi sökülərək yerində “Çoxmənzilli yaşayış binasının tikintisinin layihələndirilməsinə dair” Rayon İcra Hakimiyyəti başçısının 22 dekabr 2017-cı il tarixli 284 saylı sərəncamı imzalanmışdır. Sərəncama əsasən qeyd olunan ünvanda “ÜMİD-VQM” MMC tərəfindən qəzalı binalarda yaşayan sakinlərin hər ay kirayə haqqının ödənilməsi şərti ilə köçürülməsi təmin olunmaqla, ümumi sahəsi 476 kv.m, o cümlədən yaşayış sahəsi 352 kv.m olan 1 və 2 mərtəbəli 7 ədəd qaraj və 6 fərdi yaşayış evləri sökülərək yerində müasir üslubda 1 girişli, 16 mərtəbəli mansardalı, 56 mənzilli yaşayış binasının tikintisi həyata keçiriləcəkdir. İnşa ediləcək həmin yaşayış binasının ümumi sahəsi 5340,36 m2, qeyri-yaşayış sahəsi 765.0 m2, yeraltı avtodayanacaq 1657.8 m2, ümumi yaşayış sahəsi 9610.15 m2, satılacaq mənzillərin sahəsi 5340,36 m2 ibarət olacaqdır. Bununla bağlı  “ÜMİD-VQM” MMC tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq sənədləşdirmə işləri başa çatdırılmışdır.
Bundan əlavə “ÜMİD-VQM” MMC tərəfindən 476 m2 ümumi sahəsi 352 m2 yaşayış sahəsi və 7 ədəd (qarajlar və digər tikililər) qeyri-yaşayış sahələrinin sökülməsi ilə əlaqədar sakinlərlə ümumi razılığa gəlinərək müqavilə imzalanmış və həmin tikililərin sökülməsi işləri başa çatdırılmışdır. “ÜMİD-VQM” MMC ilə öhdəlik müqavilələri imzalanaraq 6 fərdi yaşayış evinin sahiblərinin kirayə haqqı ödənilməklə köçürülməsi tam təmin edilmişdir. Tikintiyə hazırlıq işləri ilə əlaqədar olaraq ərazidə müvəqqəti ofis binası inşa edilmişdir. Tikinti ərazisi müvəqqəti kommunikasiya xətləri ilə (elektrik, su və kanalizasiya) təmin olunmuşdur. Hazırda inşa edilən binada 4-cü mərtəbə səviyyəsində betonlanma və qəlbləmə işləri aparılır.

 

Keçidlər