Şriftin ölçüsü :

Saytın rəngi :

2018

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında Etik davranış məsələləri ilə əlaqədar 2018-ci ildə görülən işlər haqqında
Hesabat

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsaslanaraq, hesabat ilində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında bir sıra işlər görülmüşdür.
Belə ki, Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən etik müvəkkilin 2018-cı il üçün İş Planı təsdiq edilmiş və hesabat ilində Aparatda və ərazi nümayəndəliklərində çalışan dövlət qulluqçularını maarifləndirmək məqsədilə aşağıdakı mövzularda təlimlər keçirilmişdir:
- Dövlət qulluqçularının etik davranış qaydaları - peşəkarlıq və fərdi məsuliyyətin artırılması, ictimai etimad, mədəni davranış;
- Dövlət qulluqçularının etik davranış qaydaları - əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsi;
- Dövlət qulluqçularının etik davranış qaydaları - insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, işgüzar nüfuza hörmət, əmlakdan istifadə, məlumatlardan istifadə, ictimai və siyasi fəaliyyət
- Dövlət qulluqçusunun hüquqları, vəzifələri, təminatlar, məhdudiyyətlər və məsuliyyət
Məlum olduğu kimi, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyətinin hər təqvim ilinin sonunda qiymətləndirilməsi müəyyən edilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısının 99 nömrəli, 8 may 2014-cü il tarixli Sərəncamına əsasən, 1 iyun 2014-cü il tarixdən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında çalışan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə başlanmış və 2018-ci ildə də dövlət qulluqçularının fəaliyyəti qiymətləndirilmişdir.
Hesabat ilində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.4-cü maddəsinə və “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 8-ci bəndinə əsasən, 27 nəfər dövlət qulluqçusuna növbəti ixtisas dərəcələri verilmiş, 23 iyun Dövlət qulluqçularının Peşə bayramı münasibətilə 13 nəfər əməkdaş Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmiş, 2 nəfər təşəkkür almışdır.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, Aparatın əməkdaşları il ərzində 4 dəfə olmaqla ümumilikdə, 2 aylıq maaş məbləğində mükafatlandırılmışlar.
Həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
2018-ci il ərzində Aparatın Hüquq şöbəsinin müdiri Yunis Hüseynov və şöbənin məsləhətçisi Samir Babayev Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında qısamüddətli ixtisasartırma kurslarında iştirak edərək, müvafiq sertifikatlar almışlar.
İl ərzində Rayon İcra Hakimiyyəti başçısı Aparatında çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulmasına görə 8 şikayət daxil olmuş, müraciətləri araşdıran zaman həmin şikayətlərin əsassız olduğu müəyyən edilmişdir.
Xahiş edirəm, nəzərə alasınız.
 

Keçidlər