Vidadi Aslanlıdan, Bakı şəhəri Binəqədi rayonu, 16 iyul 2020-ci il
Vidadi Aslanlıdan, Bakı, AzərbaycanHörmətli cənab Prezident
Yürütdüyünüz daxili və xarici siyasəti daim dəstəkləyirik. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin davamçısı olaraq uzaqgörən siyasətinizlə xalqımızın rifahının yüksəldilməsinə göstərdiyiniz diqqətə görə Sizə minnətdarıq. Son günlər cəbhə bölgəsində baş verən hadisələr Yeni Azərbaycan Partiyası gənclərinin də diqqət mərkəzindədir. Biz YAP gəncləri olaraq Sizin iradənizə inanırıq. Vətən yolunda, torpaqlarımızın azadlığı uğrunda qanımızın son damlasına qədər savaşmağa hazırıq.
Yürütdüyünüz siyasəti daim dəstəkləyirik və Yeni Azərbaycan Partiyası gəncləri olaraq daim yanınızdayıq.
Hörmətlə,
Vidadi Aslanlı
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu