Anar Hacıyevdən, Bakı şəhəri Binəqədi rayonu, 26 yanvar 2024-cü il
Möhtərəm cənab Prezident,
Siz vətəndaşlara hər zaman diqqət və qayğı göstərirsiniz. Sizə minnətdarlığımızı bildiririk. Sizin kimi Vətənini və xalqını sevən Prezidentimizin olması ilə fəxr edirik.
Biz Sizə inanırıq, Sizi sevirik.
Qarşıdan gələn prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyirik. Mən tam əminəm ki, seçkilərdə Siz qələbə qazanacaqsınız. Çünki xalqımız Sizi ən layiqli namizəd hesab edir və həmişə Azərbaycanın Prezidenti görmək istəyir. Sizə cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq. Allah Sizi qorusun!
Hörmətlə,
Hacıyev Anar
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu