Anar Qədiməliyevdən, Bakı şəhəri, Binəqədi rayonu, 21 sentyabr 2026-cı il
Möhtərəm cənab Prezident,
Sizin gənclərə geniş təhsil imkanları yaratmağınız biz valideynləri çox sevindirir. Həm ölkəmizdə universitetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni müasir ali təhsil ocaqlarının ərsəyə gəlməsi, həm də xarici universitetlərə çıxış imkanının yaradılması gənclər üçün böyük şansdır.
Mənim qızım Zəhra Qədiməliyevanın Dövlət Proqramında uğur qazanaraq Böyük Britaniyanın Edinburq Universitetində təhsil almasına şərait yaradıldığına görə ailəm adından Sizə dərin minnətdarlığımı bildirirəm.
Şəffaf şəkildə və yüksək səviyyədə təşkil olunan müsahibələr övladımın ürəyincə oldu. İnanırıq ki, Zəhra təhsilini yüksək səviyyədə başa vuraraq dövlətinə və millətinə layiqincə və şərəflə xidmət göstərəcəkdir.
Hörmətlə,
Anar Qədiməliyev
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi qəsəbəsi









