Şriftin ölçüsü :

Saytın rəngi :

Aqil Əliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 22 oktyabr 2022-ci il

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan

Mən bir Zəngilan ziyalısı kimi böyük sərkərdə və dahi qurucu, xalqının gələcəyi üçün bütün enerjisini sərf edən Prezidentimin qarşısında baş əyirəm.

Sizin Zəngilana səfərinizi sevinc göz yaşları içində izlədim. Xalqımıza bu tarixi, qürurlu anları yaşatdığınıza görə Sizə sonsuz minnətdarlığımızı bildiririk.

İmzası imzalar içində seçilən bir Lider olaraq məğrur duruşunuzla bütün dünyanı heyran qoymusunuz.

Cənab Prezident, Sizi Ulu Öndərin yadigarı kimi həmişə dəstəkləyirik və ölkəmizin inkişafına töhfə verməyə hazırıq. Sizin rəhbərliyinizlə Azərbaycan hələ çox uğurlar qazanacaq.

Allah Sizi və ölkəmizi qorusun.

Hörmətlə,

Əliyev Aqil Nəriman oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

Keçidlər