Arzuman Qarayevdən, Bakı şəhəri Binəqədi rayonu, 08 aprel 2023-cü il
Hörmətli cənab Prezident
Azərbaycan bu gün bir çox beynəlxalq tədbirlərin, qarşılıqlı razılaşmaların təşəbbüskarı və təşkilatçısı kimi çıxış edir. Eyni zamanda, dünyaya öz modelini, öz brendini təqdim edir. Sizin müəllifi olduğunuz “ASAN xidmət” modeli buna ən gözəl nümunələrdən biridir. Bu modelin uğurla gerçəkləşməsi ölkəmizin beynəlxalq imicinin yüksəlməsinə, ən əsası da xalqımızın bir sıra xidmətlərdən rahat istifadə etməsinə, dövlət qurumlarına əlçatanlığın asanlaşmasına yol açdı.
Sizin rəhbərliyinizlə məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar ölkə vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsində yeni mərhələnin başlanğıcı oldu. Bu sahədə mövcud nöqsanlar aradan qaldırıldı, əhalinin məhkəmə sisteminə inamı daha da artmaqdadır.
Biz vətəndaşlar üçün bütün bunların önəmi, əhəmiyyəti çox böyükdür. Azad, firavan, tərəqqipərvər ölkədə yaşamaq hər bir insanın arzusudur və Siz bu arzumuzu reallaşdırmısınız.
Tutduğunuz bu mötəbər yolda Ulu Tanrı hər zaman dayağınız və köməyiniz olsun.
Hörmətlə,
Qarayev Arzuman
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi